İsa Məsihin məzarı tapılıb? - Arxeoloqlardan tarixi kəşf
Arxeoloqlar Hz. İsanın çarmıxa çəkilməsi və dəfn edilməsi ilə bağlı İncil qeydlərini dəstəkləyən yeni dəlillər tapdıqlarını bildiriblər.
Milli.Az xəbər verir ki, bu iddia bütün dünyada milyonlarla insanın maraqla izlədiyi müzakirələrə yeni nəfəs verib.
İtaliyanın Romadakı Sapienza Universitetindən bir qrup arxeoloq Yerusəlim yaxınlığında apardıqları qazıntılar zamanı 2 min il əvvələ aid fosilləşmiş zeytun və üzüm bitkiləri tapıblar. Bu tapıntı İncilin Yəhya 19:41 ayəsində bəhs edilən, İsanın dəfn edildiyi "bağ"ın mövcudluğuna dair əhəmiyyətli sübut kimi dəyərləndirilir.
Tədqiqatın rəhbəri, arxeoloq Francesca Romana Stasolla bildirib ki, qazıntılar təkcə dini bir məkanın deyil, həm də bu inanca sahib insanların tarixi izlərini ortaya çıxarır:
"İnsan Müqəddəs Qəbirin tarixi gerçəkliyinə inanıb-inanmamasının fərqi yoxdur. Bu, nəsillər boyu yaşadılan bir inancın izidir".
Hal-hazırda Pasxa bayramı qeyd olunduğuna görə qazıntılara fasilə verilib. Arxeoloqlar bayramdan sonra işlərinə davam edəcəklərini və ərazinin qədim tarixini daha da dərindən araşdıracaqlarını açıqlayıblar.
Bu kəşf Hz. İsanın dəfn yerinə dair mübahisələrə yeni elmi baxış bucağı gətirə bilər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1260 Tarix: 09 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa bilər
İran hələ də ölkənin mərhum ali rəhbəri Əli Xameneinin fətvasına sadiqdir və nüvə doktrinasını dəyişməyib. "Report" ISNA-ya istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai deyib. "ABŞ və İsrailin hərəkətləri bizə Nüvə Silahlarının Yayılmaması Müqaviləsində
20 sentyabrHələ də çap maşınında yazır
Dünyaca məşhur aktyor Tom Henks qeyri-adi hobbisi ilə seçilir. "Qafqazinfo" xəbər verir ki, aktyor çap maşınlarının kolleksiyasını toplayır. Onun kolleksiyasında artıq 300-dən çox çap maşınının olduğu bildirilir. "Oskar"lı aktyorun kolleksiyasına daxil olan 35 yazı makinası 2025-c
23 sentyabrApennin dağları necə yaranıb? - Alimlərdən təəccübləndirən kəşf
İtaliyadakı Apennin dağları paltardakı fermuarın açılmasına bənzər prosesin təsiri altında formalaşa bilər. Bu qənaətə Florensiya Universitetinin alimləri zəlzələlər, Yer səthinin hərəkətləri və yer qabığının quruluşu ilə bağlı məlumatları araşdırdıqdan sonra gəliblər. Qaynarinfo xəbər verir ki, yen
22 sentyabrABŞ və Çin Busan ticarət müqaviləsini uzatmaq barədə razılığa gəliblər
ABŞ və Çin tərəflərin bir-birinə tətbiq etdiyi bəzi ticarət məhdudiyyətlərindən imtinanı nəzərdə tutan razılaşmanı 10 yanvar 2027-ci ilə qədər uzatmaq barədə razılığa gəliblər. xəbər verir ki, bunu ABŞ Maliyyə Naziri Skott Besant bildirib. "Bu gün iki ölkəmiz arasındakı iqtisadi gərginliyi azaltma
24 sentyabrBu ölkədə niqab qadağan edilir
İtaliyanın Baş naziri Corcia Meloni məktəblərdə niqab və hicabın qadağan edilməsini, həmçinin siniflərdə xarici şagirdlərin sayına limit qoyulmasını nəzərdə tutan qanun layihəsinin yaxın vaxtlarda Nazirlər Şurasında müzakirəyə çıxarılacağını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, Meloni bun
21 sentyabrMəkkədə təhlükə: Sakinlərə xəbərdarlıq edildi
Səudiyyə Ərəbistanının qərbindəki Məkkə şəhərində, eləcə də krallığın bir neçə digər şəhərində təhlükəsizlik barədə xəbərdarlıq elan edilib. -ın xəbərinə görə, müvafiq bəyanat krallığın mülki müdafiə xidməti öz "X" hesabında dərc edilib. Bəyanatda Məkkə sakinlərinə dərhal ən yaxın təhlükəsi
24 sentyabr