"Əgər "Şərur" MTK-nın möhürü ilə bir ev iki adama satılıbsa, biz ona beş ev veririk" - MÜSAHİBƏ

"Əgər "Şərur" MTK-nın möhürü ilə bir ev iki adama satılıbsa, biz ona beş ev veririk" - MÜSAHİBƏ"Şərur İnşaat" MTK-nın mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova Sonxeber.az -ın qonağı olub.

Son günlər müzakirə olunan məsələlərdən biri "Şərrur" MTK-nın bir evi beş nəfərə satmasıdır. Amma araşdırma zamanı biz öyrəndik ki, vətəndaşları aldadan "Şərrur MTK" deyil də başqa şirkətdir. Tünzalə xanım, istərdik ilk olaraq bu məsələyə aydınlıq gətirəsiniz

"​Bu, dövlət orqanları tərəfindən "Şərur" MTK-ya tapşırılıb. "Şərur" MTK-nın o şirkətlərin hüquqi varisi deyil və onların qarşısında heç bir öhdəliyi yoxdur. 15-ə yaxın tikinti şirkəti bir evi iki və daha artıq vətəndaşa sataraq onlara külli miqrdarda zərər vurublar. Dəymiş, zərəririn ödənilməsi yəni mənzil ilə təmin olunmasını isə "Şərur" MTK qarşılayır. Belə ki, Prokurorluq ərəfindən araşdırlır və siyahı tərtib edilir və biz o siyahı çərçivəsində vətəndaşı evlə təmin edə bilərik. Siyahıda adı olmayanlar da ola bilər ancaq insanlara dəymiş ziyan "Şərur" MTK tərəfindən yalnız və yalnız dövlət orqanlarının tərtib etdiyi siyahiya uğun şəkildə təmin olunur. Mən burdan uzumu tuturam vətəndaşlara ki, bunu şirkət rəhbərinin adından deyirəm: əgər "Şərur" MTK-nın möhürü ilə, bir ev iki adama satılıbsa biz ona beş ev veririk. Bu, mümkün deyil".

Tünzalə xanım, İsfəndiyar bəyin "Müsavat TV"-yə müsahibəsində səsləndirdiyi bəzi fikirlər müzakirələrə səbəb olub. Bu haqda nə deyə bilərsiniz?

"​Bu mövzu haqqında uzun danışmaq istəmirəm sadəcə adam iş adamıdır onun cibində çoxlu pul da olar, bahalı maşını da ola bilər dövlət məmuru deyil ki, deyilsin bunlar nə ilə aldın? Ümumiyyətlə düşünürəm ki, cəmiyyətimizin sahibkarlara yanaşması doğru deyil, məmur ilə sahibkarı səhv salırlar".
"Əgər "Şərur" MTK-nın möhürü ilə bir ev iki adama satılıbsa, biz ona beş ev veririk" - MÜSAHİBƏBu gün bir çox MTK-larla bağlı problemlər mövcuddur. Əsasən də vətəndaşların zorla evindən çıxarılmasıdır. Bilirsiniz ki, "Melisa Park" tikinti şirkətinin Yasamalda əhaliyə zor tətbiq edərək, evləri qanunsuz sökdüyünə görə şirkət rəhbərliyi barədə cinayət işi açılıb. Ümumiyyətlə MTK-ların bu cür qanunsuz addımlarına münasibətiniz necədir?

​"Düzgün hal deyil, Milli qanunvericiliyə baxsaq, görərik ki, Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə əsasən, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Adı çəkilən maddənin 2-ci hissəsində qeyd olunur ki, Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi olmadan heç kəs mənzilə daxil ola bilməz".
"Əgər "Şərur" MTK-nın möhürü ilə bir ev iki adama satılıbsa, biz ona beş ev veririk" - MÜSAHİBƏ​"Şərur" MTK ilə bağlı da mətbuatda ara-sıra şikayət xarakterli məlumatlar gedir. Bu məlumatlar əsasən vətəndaş şikayətlərdir. "Şərur" MTK-dan ev alan vətəndaşların əsas şikayəti liftlə bağlı olur. Hətta Xətai rayonunda "Şərur MTK"-ya məxsus binada liftin qırılması nəticəsində 8 nəfər yaralanmışdı. Liftlərlə bağlı şikayətlər araşdırılırmı?

"​Dəfələrlə sakinlərə bununla bağlı xəbərdarlıq edilir ki, liftin yük götürmə qabiliyyəti var. O hadisədə də dörd nəfərlik liftə 8 nəfər eyni anda daxil olmuşdur. Bizim liftlə bağlı mütamadi problemimiz olmur, sadecə baxıma ehtiyacı olan binalarımız var ki, onlarda da loru dildə desək komendant pulu tam verilimir ki, bu problemlər aradan qaldırılsın. ​Bəzi sakinlər buna qanunsuz kimi baxır bu doğru deyil. Misal göstərək, liftlərin, su motorlarının işləməsi və ümumi sahələrin işıqlanması üçün sərf olunan elektrik enerjisi ümumi əmlak üçün istifadə olunan sərfiyyatlar, bunların xərci və digər baxım xərcləri mülkiyyətçilərdən yığılan ödənişlər hesabına başa gəlir.
​Bu qanunla da belədir. Mənzil Məcəlləsinin 38-ci maddəsinə görə, çoxmənzilli binaların ümumi əmlakının saxlanması üçün tələb olunan və məcburi hesab edilən xərclər sahə mülkiyyətçilərinin, yəni hər bir mənzil sahibinin məsuliyyətinə aid edilir və bu məsuliyyət öz mülkiyyət sahəsinin payı nisbətində nəzərdə tutulur.
​Məcəllənin 142-ci maddəsi isə açıqlayır ki, çoxmənzilli binanın idarə edilməsi haqqında xidmət razılaşdırılmış xidmətlərin adları və xidmət haqqı, aylıq ödəniləcək kommunal pulu əks olunur. Yəni idarəedici təşkilat müqavilədə əks olunan xidmətlərin yerinə yetirməsini üzərinə götürür. Mənzil sahibləri isə öz növbəsində onun haqqını ödəməyi öhdəsinə götürür.
​Deməli, mənzil mülkiyyətçiləri binanın ümumi sahələrinin baxımı və ümumi kommunal xərclərin qarşılanması üçün binadakı idarəedici təşkilata dövrü olaraq xidmət haqqı ödəməlidir ki, həmin xidmətləri də davamlı ala bilsin. Çoxmənzilli binalarda kommunal pulu ümumi əmlakın saxlanması üçün çəkilən istismar xərclərini qarşılamaq məqsədilə ödənilən aylıq baxım xərcidir. ​Başqa sözlə desək, çoxmənzilli binanın idarə edilməsi üçün aylıq xidmət haqqıdır. Qanunla, bu xidmətlərin təmin edilməsi binadakı bütün mülkiyyət sahiblərinin müştərək öhdəliyidir. İstismar xidmətlərinin kəsintisiz və lazımi səviyyədə əldə edilməsi üçün xidmət haqqının vaxtında və tam şəkildə ödənilməsi vacibdir".
Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 11747   Tarix: 10 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tamstore Marketlər Şəbəkəsində iş imkanları sizləri gözləyir

Azərbaycan pərakəndə satış sektorunun dinamik inkişaf edən şirkəti "Tamstore" marketlər şəbəkəsi komandasını genişləndirir. Şirkət insan resurslarının davamlı inkişafı, dayanıqlı iş imkanları və sağlam korporativ mühit prinsiplərinə uyğun olaraq Bakı və Sumqayıt filialları üzrə işə qəbul ela

23 sentyabr
.

2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda minimum əməkhaqqı hazırda 400 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. Ölkədə orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-iyul aylarında

24 sentyabr
.

Azərbaycana payız gəldi

Azərbaycanda astronomik payız başlayıb. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, bu an "payız bərabərliyi" adlanır. Beləliklə, Şimal yarımkürəsində astronomik payız, Cənub yarımkürəsində isə astronomi

23 sentyabr
.

Hərbi qulluqçuların sosial təminatında yeni mərhələ

Hərbi qulluqçuların əməkhaqqı və pensiya təminatının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Bu tədbirlər hərbi qulluqçuların həm xidmət dövründə, həm də xidmətdən sonrakı mərhələdə sosial müdafiəsinin gücləndirilməsin

23 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

"Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası

Estetik əməliyyatdan sonra gözlərində ciddi problemlərin yarandığını iddia edən qadın həkimdən şikayətçidir. APA TV-yə istinadla xəbər verir ki, Aygün Məhəmmədova keçirdiyi göz qapağı əməliyyatından sonra gözlərinin tam bağlanmadığını və bu səbəbdən quruluq və sulanma kimi problemlərlə üzləşdiyini iddi

23 sentyabr
.

Çingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video

Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı lentə aldığı kadrlarla yaddaşlarda qalan Ləfxanım Mahmudova 34 ildən sonra doğma yurduna, Xocalıya qayıdıb. Bu barədə "Qafqazinfo"ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti v

24 sentyabr
.

Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI

Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd

23 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr