İnsan səsi ilə "danışan" quş internetin ulduzu oldu - VİDEO
Hindistanın bir kəndində peyda olan bu quş bütün sakinləri təəccübləndirib.
Hindistanın Palqar bölgəsində yerli bir qadının üç il boyunca qayğısına qaldığı qarğa qəfil insan nitqini təkrarlamağa başlayıb. Quşun "papa" sözünü təkrarladığı video sürətlə yayılaraq sosial şəbəkələrdə böyük maraq doğurub.
Lent.az bu maraqlı görüntünü təqdim edir:
Palqar şəhərindən olan Tanudja Mukne adlı qadın xəbərlərin qəhrəmanına çevrilib. Üç il əvvəl bağında tapdığı və baxdığı qarğa gözlənilmədən "insan kimi danışmağa" başlayıb. Quşun "papa" sözünü dəfələrlə deməsi ilə bağlı video cəmi bir gün ərzində 1,3 milyondan çox izlənmə toplayaraq viral olub.
Tanudja Mukne tərəfindən baxılan və sonradan yenidən onun həyatına qayıdan bu quş, artıq insanlarla fəal şəkildə ünsiyyət qurmağa çalışır. Qarğa insan sözlərini inanılmaz dəqiqliklə təkrarlayaraq təkcə yerli sakinləri deyil, "Instagram", X və LinkedIn kimi platformalarda minlərlə istifadəçini heyrətləndirib.
Hadisənin Palqar bölgəsinin Vada Taluk kəndində baş verdiyi qeyd olunan paylaşımda quşun demək olar ki, ailənin bir üzvünə çevrildiyi vurğulanır. Onun "insan səsi" ilə danışması hamını təəccübləndirib və heyran edib.
İstifadəçilər şərhlərdə həyəcanlarını bildirərək zarafatla qeyd ediblər ki, bu qarğa "təbiət möcüzəsi" və "quşlar arasında dahidir". Biri hətta belə deyib: "Əgər onun həqiqi səs telləri olsaydı, indiyə qədər musiqi albomu çıxarmışdı." Digərləri isə vurğulayırlar ki, qarğaların intellekti 7 yaşlı uşaq səviyyəsindədir və bu quşlar çox vaxt tutuquşularla müqayisədə yetərincə qiymətləndirilmir.
Bu hadisə təkcə internetdə yayılmış maraqlı bir xəbər deyil, həm də quşların qabiliyyəti və intellekti barədə düşünməyə əsas verir. Mütəxəssislər bu qeyri-adi quşun davranışını öyrənməkdə maraqlı olduqlarını bildiriblər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1978 Tarix: 11 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə
20 sentyabrTelefon şarjda olarkən yanında yatmaq təhlükəlidirmi?
Telefonun şarjda olarkən yanında yatmağın sağlamlığa zərərli olması ilə bağlı çoxsaylı fikirlər yayılıb. Həkimlər isə bildirirlər ki, bu mövzuda ən böyük risk radiasiyadan deyil, daha çox elektrik, qızma və nasaz şarj cihazlarından qaynaqlanır. xəbər verir ki, bu günə qədər aparılan araşdırmalar mobi
20 sentyabrBaşları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto
ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y
19 sentyabrÖldüyü bilinən qadın qəfil dirildi
Çinin şimalındakı Hebey əyalətində qeyri-adi hadisə baş verib. Ailəsi tərəfindən öldüyü düşünülən 70 yaşlı qadın qəfil dirilib. xarici mediaya istinadla xəbər verir ki, qadın uzun illər beyin trombozu və xərçəng xəstəliyindən əziyyət çəkib. Həkimlər şişin müalicəsinin mümkün olmadığını bildirdikdən sonr
22 sentyabrBananı qətiyyən bunlarla birlikdə yeməyin
Banan tərkibindəki vitamin və minerallar sayəsində həzm sisteminin nizamlı işləməsinə və bağırsaq hərəkətliliyinin dəstəklənməsinə töhfə verən meyvələr arasındadır. Gündəlik qidalanmada tez-tez istehlak edilən bu meyvənin bəzi qidalarla birlikdə yeyilməsi isə xüsusilə həssas orqanizmə sahib olanlard
19 sentyabrEşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri
20 sentyabrMaqnitlə işləyən soyuducu - qazsız soyudur
Almaniyada fəaliyyət göstərən "Magnotherm" startapı məhsulları ənənəvi soyuducu qaz əvəzinə maqnit sahəsinin köməyi ilə soyudan yeni soyuducu hazırlayıb. -ın xarici mediaya istinadən xəbərinə görə, Darmştadt Texniki Universitetinin bazasında yaradılan şirkətin hazırladığı sistem maqnitokalori
22 sentyabr