ABŞ-nin tətbiq etdiyi tariflər Almaniya üçün fəlakətlə nəticələnəcək

ABŞ-nin tətbiq etdiyi tariflər Almaniya üçün fəlakətlə nəticələnəcəkDünya ABŞ Prezidenti Donald Trampın rüsumlar tətbiq etmək qərarının şokunu yaşayır. Vaşinqtonun qərarından çaşbaş qalan ölkələrin bir qismi Tramp administrasiyası ilə eyni addımlamaq istəmədiklərini nümayiş etdirir, digər hissəsi danışıqlar aparmağa qərar verib, qalanları isə gözləmə mövqeyi tutublar. Bu məsələdə ən maraqlı olan Avropa İttifaqının (Aİ), daha dəqiq desək, onun aparıcı ölkələrinin mövqeyidir. Məlum olduğu kimi, burada lokomotiv rolunu Fransa və Almaniya oynayır. İndidən bildirilir ki, Almaniya üçün ABŞ hakimiyyətinin tətbiq etdiyi tariflər iqtisadi fəlakətlə nəticələnəcək. "Bild" alman iqtisadçılarına istinadən qeyd edir ki, dörd il ərzində bu rüsumlar Almaniyaya 200 milyard avroya başa gələ bilər.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Büdcə kəsirində rekord

Almaniyanın büdcə kəsiri 1990-cı ildən bəri ən yüksək göstəricilərə çatıb və sürətlə artmağa davam edir. Nə qədər qəribə səslənsə də, Almaniyanı "Avropanın xəstə adamı" kimi xarakterizə etməyə başlayıblar. Məsələn, Avropanın sənaye gücü və dünyanın ikinci ən böyük ixracatçısı hesab olunan ölkənin bələdiyyələrinin büdcə kəsiri ötən il 24,8 milyard avroya yüksəlib.

Trampın ABŞ-yə idxal olunan mallara rüsumlar tətbiqi onsuz da zəif olan alman iqtisadiyyatını, gözlənilən 0.2% artıma baxmayaraq, resessiya ilə təhdid edə bilər. Almaniya Mərkəzi Bankının prezidenti Yoaxim Nagel Trampın tarif siyasətini "keçmişin iqtisadiyyatı" kimi tənqid edib və ABŞ-nin polad idxalına 25% rüsumuna cavab olaraq Aİ-nin tədbirlərini dəstəkləyib.

Ciddi resessiya riski yaranıb

Hesablamalara görə, Almaniyadan ABŞ-yə ixrac təxminən 15% azala bilər və Tramp tərəfindən tətbiq edilən idxal rüsumları saxlanılarsa, alman iqtisadiyyatının resessiyaya düşmə ehtimalı artacaq. Bunu Almaniyanın maliyyə naziri Yorq Kukis da etiraf edib. Trampın Almaniya üçün rüsumlar tətbiq etmək siyasəti Amerika iqtisadiyyatını qorumaq və ticarət kəsirini azaltmaq istəyi ilə bağlı olsa da, istehlakçılar üçün qiymətlərin artmasına və Aİ ilə münasibətlərdə gərginliyə səbəb olub. Trampın tarifləri ən çox hansı Avropa ölkəsinə zərbə vuracaq? Əlbəttə ki, bu, ABŞ ilə təxminən 70 milyard dollar ticarət profisiti olan Almaniyadır. Almaniya ABŞ-yə xoş gəlmək üçün özünü ucuz Rusiya enerji resurslarından məhrum etdi. ABŞ və Almaniya arasında iqtisadi münasibətlər azad ticarət və investisiya prinsiplərinə əsaslanan yüksək qarşılıqlı asılılıq və əməkdaşlıq səviyyəsi ilə xarakterizə olunurdu. Hər iki ölkə avtomobil istehsalı, texnologiya, əczaçılıq və maliyyə xidmətləri kimi sektorlarda fəal əməkdaşlıq edir. İki ölkə arasında qarşılıqlı əlaqə həmçinin davamlı inkişaf və rəqəmsallaşma sahəsində birgə səyləri əhatə edir ki, bu da qlobal arenada onların strateji tərəfdaşlığını vurğulayır. Lakin bu tərəfdaşlıq Tramp tərəfindən son onilliklərin ən ciddi çağırışı qarşısında qoyulub.

Ən çox zərəri avtomobil istehsalçıları çəkəcək

İndi almanlar ABŞ-dən zərbə alıblar. İdxal olunan avtomobillərə rüsum tətbiq etmək qərarından ən çox zərəri Almaniyanın avtomobil istehsalçıları - "Porsche" və "Mercedes-Benz Group" çəkəcək. Şirkətlər aprelin 3-dən qüvvəyə minən tariflər səbəbindən təxminən 3.4 milyard avro itki ilə üzləşə bilər. İtkiləri kompensasiya etmək üçün onlar ya avtomobillərin qiymətlərini artırmalı, ya da daha çox istehsal gücünü ABŞ-yə köçürməli olacaqlar. Qeyd edilir ki, alman avtomobil istehsalçılarının əksəriyyətinin ABŞ-də zavodları var və onlar həm yerli alıcılar, həm də ixrac üçün avtomobil istehsal edirlər. Aİ-nin cavab tədbirləri nəzərdən keçirməsi ilə ticarət müharibəsindəki hər hansı bir eskalasiya onsuz da artan xərclərdən və zəif tələbdən əziyyət çəkən sənayeyə daha çox zərər verə bilər. Qeyd edək ki, martın 26-da Tramp ABŞ-nin ölkədən kənarda istehsal olunan bütün avtomobillərə 25 faiz idxal rüsumları tətbiq edəcəyini açıqlayıb. Əvvəllər tətbiq edilən 2.5 faiz rüsum da qüvvədə qalmalıdır ki, bu da yeni tarif dərəcəsinin 27.5 faiz olması ilə nəticələnəcək.

Koalisiya hökumətinin yaradılması gecikir

Yaranmış durum Almaniyanın yeni koalisiya hökumətinin Avropanın ən böyük iqtisadiyyatını iki illik tənəzzüldən çıxarmaq səylərini çətinləşdirir. Gələcək kansler Fridrix Mertz Trampın yeni tarifləri elan etməsindən sonra şirkətlərin səhmlərinin ciddi ucuzlaşdığından Almaniyanın rəqabət qabiliyyətini təmin etmək üçün sürətli addımlar atmağa çağırıb. "Beynəlxalq fond və istiqraz bazarlarında vəziyyət dramatikdir və daha da pisləşə bilər. Buna görə də Almaniya təcili olaraq beynəlxalq rəqabət qabiliyyətini mümkün qədər tez bərpa etməlidir", - deyə Mertz bildirib. O, əlavə edib ki, bu məsələ koalisiya danışıqlarında əsas yer tutmalı, onun partiyasının vergilərin və enerji qiymətlərinin aşağı salınması, bürokratiyanın azaldılması çağırışları ilə səsləşməlidir. Almaniyanın gələcək lideri Trampa qarşı sərt mövqe sərgiləyib və vurğulayıb ki, Avropa müdafiə üçün Vaşinqtondan asılılığını azaltmalıdır.

Görünən odur ki, Avropanın fövqəldövləti ciddi sınaqlarla qarşı-qarşıyadır. Ölkə iqtisadi çətinliklərlə üz-üzə qala bilər ki, bu da təsirsiz ötüşməyəcək.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 668   Tarix: 12 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Fransa ordusunda yeni dövr: Əsgərləri robotlar əvəz edəcək

Fransa Silahlı Qüvvələri süni intellektlə idarə olunan robotlardan ibarət hərbi bölmənin yaradılması layihəsi üzərində işləyir. "Le Point"a istinadən xəbər verir ki, "Pendragon" adlı təşəbbüs çərçivəsində piyada bölmələrindən birinin əsgərlərlə deyil, robotlarla əvəz edilməsi planlaşdırılır

5 iyul
.

ABŞ-də anomal istilər 25 nəfərin ölümünə səbəb olub

ABŞ-nin bir sıra regionlarında rekord istilər 25 nəfərin ölümünə səbəb olub. "Report" xəbər verir ki, bu barədə ştat rəsmilərinə istinadən "NBC News" məlumat yayıb. Qeyd olunub ki, ən çox ölüm halı Nyu-Cersi ştatında qeydə alınıb - 22 nəfər. "Ölənlər, əsasən, 30-80 yaş aras

5 iyul
.

Britaniyada 1976-cı ildən bəri görünməmiş istilərlə üzləşəcək

Böyük Britaniya hakimiyyəti İngiltərə ərazisində isti hava ilə əlaqədar narıncı və sarı xəbərdarlıq elan edib. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, ölkə 1976-cı ildən bəri müşahidə olunan ən uzunmüddətli istilik dalğalarından birinə hazırlaşır. Proqnozlara əsasən, temperatur bölgələr üzrə fərqlənəcək

9 iyul
.

Şahzadə Uilyamdan etiraf: "Kral III Çarlz futbola nifrət edir"

İngiltərə taxt-tacının varisi, Uels şahzadəsi Uilyam etiraf edib ki, İngiltərə futbolun vətəni hesab olunsa da, atası Kral II Çarlz bu idman növünü sevmir. xəbər verir ki, bu barədə o, ABŞ Milli Futbol Liqasının (NFL) oyunçusu Trevis Kelsinin podkastında danışıb. Veriliş idmançının müğənni Teylor Sviftl

5 iyul
.

AP: Salonikidə meşə yanğını baş verib, insanlar təxliyə olunub

Yunanıstanın ikinci ən böyük şəhəri olan Salonikinin ətraf əraziləri yaxınlığında meşə yanğını baş verib və üç kiçik qəsəbənin sakinlərinə təxliyə olunmaq tapşırılıb. "Report" xəbər verir ki, bu barədə Yunanıstan Yanğından Mühafizə Xidmətinə istinadən "Associated Press" (AP) məluma

5 iyul
.

Yəmən sahillərində gəmi hücuma məruz qalıb

Qırmızı dənizdə, Yəmən sahilləri yaxınlığında yük gəmisi silahlı şəxslərdən ibarət qrupun hücumuna məruz qalıb. TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin dəniz ticarət daşımalarının koordinasiyası mərkəzi (UKMTO) məlumat yayıb. "UKMTO-ya Yəməni

5 iyul
.

Rusiyanın Xarkova endirdiyi zərbələrdə üç nəfər ölüb, səkkiz nəfər yaralanıb

Ötən sutka ərzində Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov vilayətinin 22 yaşayış məntəqəsinə zərbələri nəticəsində üç nəfər ölüb, səkkiz nəfər xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov "Telegram" kanalında bildirib

5 iyul
.

Okeanın dibində yeni bir ada yaranır

Papua Yeni Qvineya sahilləri yaxınlığında peyklər tərəfindən qeydə alınan vulkanik aktivlik okeanın dibində yeni adanın formalaşa biləcəyini göstərir. Alimlər bölgədəki istilik anomaliyalarını və püskürmə prosesini izləyərək bu nadir təbiət hadisəsini araşdırırlar. Qaynarinfo xəbər verir ki, Papua Yen

6 iyul
.

Tramp Avropanın miqrasiya siyasətini tənqid edib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Avropa ölkələri öz miqrasiya siyasətləri səbəbindən üçüncü dünya dövlətlərinə çevrilmək riski ilə üz-üzədir. "Report" xəbər verir ki, Amerika lideri müvafiq bəyanatı "Truth Social" sosial şəbəkəsində paylaşıb. "Avropa öyrənəcək ki, əgə

5 iyul