Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR
Hollivud ulduzu Jan-Klod Van Damma qarşı insan alveri ilə bağlı cinayət işinin təfərrüatı məlum olub.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə aktyorun işində zərərçəkmiş Yuliana Dabın vəkili Adrian Kukulis "İzvestiya"ya danışıb.
Adrian Kukulisin sözlərinə görə, 2020-ci ildə Rumıniyada başlanılan istintaq, əslində, 10 il əvvəl Fransanın Kann şəhərində baş verdiyi güman edilən hadisələrlə bağlıdır.
Hüquqşünas işin qisas və ya məşhur şəxsiyyəti şantaj etmək cəhdi ola biləcəyi ehtimallarını qəti şəkildə rədd edib.
"Bu qisas deyil və bu 20 il əvvəl baş verib. Yuliya bu barədə üç həftə əvvəl öyrənib, aktyora qarşı cinayət şikayəti iki həftə əvvəl təqdim edilib, bu isə çox yaxın zamandır. Ona görə hər şey məntiqlidir", - deyə Kukulis qeyd edib.
Vəkilin fikrincə, media susur, çünki onlar ciddi ittihamdan şoka düşüblər. O qeyd edib ki, aktyorun agentləri bəyanatla çıxış ediblər ki, bu spekulyasiya olduğu üçün heç nəyi şərh etməyəcəklər.
"Bu isə spekulyasiya deyil, Van Damma qarşı rəsmi ittihаmlardır", - deyə o vurğulayıb.
Qeyd edək ki, qalmaqal aprelin 2-də bir sıra beynəlxalq KİV-də "Qanlı idman", "Kikboksçu" və "Universal əsgər" adlı kult filmlərin ulduzunun insan alveri şəbəkəsində iştirakda ittiham olunduğu barədə məlumatların yayılmasından sonra yaranıb. Bu mənbələrin məlumatlarına görə, Van Damm Kannda beş gənc rumıniyalı qızla vaxt keçirib. Onların arasında azyaşlıların da olduğu iddia edilib. Belə görüşlərdə iştirak etdiyi iddia olunan qızlardan biri bu ittihamları təsdiqləyib.
Jan-Klod Van Dammın nümayəndəsi aktyora qarşı qaldırılan ittihamları rəsmi şəkildə təkzib edib.
Əgər əfsanəvi Hollivud aktyorunun günahı sübut olunarsa, o, Rumıniya qanunlarına əsasən cinayət məsuliyyətinə cəlb oluna bilər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1010 Tarix: 13 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Samarada Ukraynanın "Rosneft" neft emalı zavodunda yanğın baş verib
Sentyabrın 22-si Samara bölgəsinə "onlarla" Ukrayna pilotsuz təyyarəsi hücum edib. xəbər verir ki, bu barədə bölgə rəhbəri Vyaçeslav Fedorişçev bildirib. "Düşmən sənaye müəssisələrini hədəfə alıb. Təəssüf ki, mülki obyektlərə, o cümlədən fərdi evlərə, avtomobillərə ziyan dəyib"
22 sentyabrİtaliyanın altında müəmmalı proses: Yer qabığı içəridən "açılır"
İtaliyanın dərinliklərində qeyri-adi geoloji proses baş verir. Alimlər ehtimal edirlər ki, yer qabığının aşağı təbəqələri tədricən ayrılaraq mantiyaya doğru batır. Bu proses yer qabığının sanki içəridən "açılmasına" bənzəyir. Qaynarinfo xəbər verir ki, bu barədə "Focus" yazıb. Apenni
21 sentyabrAvropa qışa hazırlıq üçün Ukraynaya gizli avadanlıq göndərir
Avropa ölkələri qışa hazırlıq məqsədilə Ukraynaya avadanlıq göndərməyə başlayıb, lakin çatdırılmalar ictimaiyyətə açıqlanmır. xəbər verir ki, agentliyin həmsöhbəti qeyd edib ki, "Avropalı müttəfiqlər artıq malik olduqları hər şeylə kömək edirlər: xüsusən də elektrik stansiyaları və istilik avadanlıqlar
21 sentyabrABŞ və Çin Busan ticarət müqaviləsini uzatmaq barədə razılığa gəliblər
ABŞ və Çin tərəflərin bir-birinə tətbiq etdiyi bəzi ticarət məhdudiyyətlərindən imtinanı nəzərdə tutan razılaşmanı 10 yanvar 2027-ci ilə qədər uzatmaq barədə razılığa gəliblər. xəbər verir ki, bunu ABŞ Maliyyə Naziri Skott Besant bildirib. "Bu gün iki ölkəmiz arasındakı iqtisadi gərginliyi azaltma
24 sentyabrHaaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb
Haaqada ifrat sağçı hərəkatların nümayişi iğtişaşlara və polislə toqquşmalara çevrilib. "Report" xarici mediaya istinadən xəbər verir ki, aksiya zamanı Niderland polisi hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı aqressiyaya görə 24 nəfəri saxlayıb. Qeyd olunub ki, Niderlandın miqrasiy
20 sentyabrUkrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi həyata keçirilib
Rusiya və Ukrayna Belarus ərazisində mülki şəxsləri mübadilə edib. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ali Radanın insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets məlumat verib. Qeyd olunub ki, Ukrayna ümumilikdə 15 nəfəri, Rusiya isə üç nəfəri geri qaytarıb. "Dah
20 sentyabr