Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
Sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmət səviyyəsi və mobil tətbiqindəki texniki problemlərlə bağlı növbəti şikayət paylaşılıb.
"Yeni Sabah" xəbər verir ki, "Facebook" sosial şəbəkəsinin "Müştəriyəm şikayətim var" qrupunda paylaşım edən vətəndaş kredit ödənişləri zamanı tətbiqdə yaranan nasazlıqlar səbəbindən maddi ziyana düşdüyünü bildirib.
Şikayətçi qeyd edib ki, kredit borcunu vaxtında ödəməsinə baxmayaraq, mobil tətbiqdəki texniki xəta səbəbindən vəsait hesaba oturmayıb:
"İlk əvvəl kredit ödənişi etdiyim halda tətbiqdəki texniki xətaya görə pul hesaba oturmadı. Üzərinə əsassız faiz və gecikmə günü gəlməyə başladılar. Dəfələrlə bildirsəm də, "müraciətiniz araşdırılır" dedilər. Bir aya yaxın faiz hesablandıqdan sonra məbləği bərpa etdilər. İkinci dəfə ödəniş etdikdə yenə eyni hal təkrarlandı. Bu gün isə təqaüdümdən əsassız hesabladıqları faizlə birlikdə kredit ödənişini çıxıblar. Artıq növbəti ayın ödəniş vaxtı çatır. Bu qanunsuzluğun qarşısını necə ala bilərəm?"
Vətəndaş bank tərəfindən tətbiq olunan faiz və gecikmə cərimələrinin əsassız olduğunu vurğulayaraq, problemin həlli üçün kömək istəyib.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı