Texnologiya nəhənglərindən XƏBƏRDARLIQ: Dünya üzrə internet kəsilə bilər
NATO-nun hərbi komandirləri Rusiya tərəfindən dənizaltı internet kabellərinə yönələn şübhəli hücumların qlobal internet infrastrukturunu riskə atdığını bildiriblər.
Qaynarinfo xəbər verir ki. "Vodafone", "Telefonica" və "Orange" kimi böyük telekommunikasiya şirkətləri son dövrlərdə artan diversiya hallarının kritik rabitə xidmətlərini təhlükə altına aldığını qeyd edərək, Böyük Britaniya, Avropa İttifaqı və NATO rəsmilərinə rəsmi xəbərdarlıq məktubları göndəriblər.
Telekommunikasiya şirkətlərinin ortaq məktubunda bildirilib ki, dənizaltı kabellərdə baş verən zədələrin təsiri Avropanın çox kənarına qədər uzanır və bu zədələr qlobal interneti, beynəlxalq rabitəni, maliyyə əməliyyatlarını və digər mühüm xidmətləri kəsmə potensialına malikdir.
Məktubda dünya üzrə beynəlxalq məlumat trafikin təxminən 95 faizini daşıyan 500-dən çox dənizaltı kabelin, uzaq yerləşmələri səbəbindən, qorunmasının çətin və bahalı olduğu vurğulanıb. Telekom şirkətləri bildiriblər ki, son altı ayda Baltik dənizində ən azı 11 dənizaltı kabelə ziyan dəyib. Oxşar hadisələrin Şimal dənizində də baş verdiyi qeyd olunub.
"Kabel şəbəkəsi getdikcə daha müdafiəsiz hala gəlir"
Şirkətlər dənizaltı kabel şəbəkələrinin bütövlükdə "kritik infrastruktur" kimi tanınmasını tələb edirlər. Sektor nümayəndələri Aİ, Böyük Britaniya və NATO arasında kəşfiyyat məlumatlarının paylaşımı, birgə monitorinq və nəzarət təşəbbüsləri ilə bağlı daha sıx əməkdaşlığa çağırış ediblər.
Böyük Britaniya mərkəzli "The Telegraph" nəşrinin məlumatına görə, "Vodafone" kimi iri operatorlar on minlərlə kilometrlik dənizaltı kabel şəbəkəsinə sahib olduqları üçün bu təhdidlərdən xüsusilə təsirlənirlər.
Birləşmiş Krallığın Milli Təhlükəsizlik Strategiyası üzrə Birgə Komitəsi dənizaltı infrastrukturun qorunması imkanlarını araşdırmaq üçün rəsmi təhqiqat başladıb. Komitənin sədri Mett Vestern bildirib:
"Geosiyasi gərginliklər artdıqca, xarici dövlətlər bizi zəiflətmək üçün asimmetrik metodlar axtarırlar. İnternet kabel şəbəkəmiz getdikcə daha müdafiəsiz hala gəlir".
Böyük Britaniyanın müdafiə naziri Con Hili bu hadisələri Rusiyanın artan aqressiyasının bir göstəricisi adlandıraraq, ölkənin infrastrukturunu qorumaq üçün lazım olan tədbirlərin görüləcəyini vurğulayıb.
Texnologiya şirkətlərinin Çin narahatlığı
Dənizaltı kabel sistemlərinin təhlükəsizliyinə dair narahatlıqlar ABŞ-ın "Google", "Facebook" və "Microsoft" kimi texnologiya nəhənglərinin bu infrastrukturlara artan sərmayələri fonunda daha da güclənib. Xarici KİV-lər Tayvan ətrafında baş verən oxşar hadisələr səbəbilə Çinin də diversiya fəaliyyətlərində iştirak edə biləcəyi ehtimalını gündəmə gətiriblər.
Telekommunikasiya şirkətləri hökumətlərdən icazə proseslərinin sadələşdirilməsini və sektorla sıx əməkdaşlıq çərçivəsində risk əsaslı təhlükəsizlik tədbirlərinin hazırlanmasını tələb ediblər. Mütəxəssislər dənizaltı kabellərin təmir imkanlarının yetərli olduğunu, lakin artan diversiya cəhdlərinə qarşı əlavə tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Sentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı
Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı
Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI
Aç qurd sürüsü gecə yarısı fermaya girdi: iti parçaladılar - VİDEO
Paytaxtın iki böyük bağı birləşdirildi