"Taksi parkları sürücüləri hədsiz dərcədə istismar edir" - Elməddin Muradlı

"Taksi parkları sürücüləri hədsiz dərcədə istismar edir" - Elməddin Muradlı"Taksi sürücülərinin iş qrafiki ilə bağlı məsələyə qanunvericilik səviyyəsində baxılıb, müəyyənləşdirilib. Sadəcə, hal-hazırda bəzi taksi faktları var ki, onlar bu vəziyyətdən sui-istifadə edirlər. Onlar sistemdə elə əməllərə yol verirlər ki, onu müəyyənləşdirmək biraz çətin olur. Məsələn, sonuncu "uçan taksi" söhbətində gördük ki, taksi parkı nə qədər ədəbsiz bir iş görüb, məsuliyyətsizliyə yol verib və belə bir ağır hadisə qeydə alınıb. Bu baxımdan düşünürəm ki, belə məsələlərdə taksi parklarının üzərinə getmək lazımdır. Taksi parkları sürücüləri hədsiz dərcədə istismar edir".

Bu sözləri Sonxeber.az-a nəqliyyat eksperti Elməddin Muradlı danışıb.

O, açıqlamasında qeyd edib ki, 10-12 saatı taksi sürücüləri üçün normal iş rejmi kimi qəbul etmək olar:

"Yəni, istismarı dedikdə iş saatlarından tutmuş, başqa maşını qeydiyyatdan keçirtmək və onunla hərəkətə imkan yaratmaq vəs. nəzərdə tutulur. Belə ki, hər cür əmələ əl atırlar. Məsələn, əvvəl "Pirus"la işləyirdilər, indi isə birdən-birə maşınların hamsını təbii ki, yeniləyə bilməyiblər. Bunu da baş düşmək lazımdır. Yeniləyə bilməyənlər isə elə köhnə maşınları da bəzən, təzə adı ilə qeydiyyatdan keçirdib işlədirlər. Bu hallara görə də ciddi nəzarətə ehtiyac var. Əlbəttə, normal iş və istirahət rejmi olmalıdır. Ümumilikdə baxsaq, taksi ilə bağlı beynəlxalq təcrübədə fərqli yanaşmalar var. Bir çox ölkələr 8 saatlıq iş rejmini üstün tutur. Orada taksinin qiyməti kifayət qədər bahadır və 8 saatda onlar normal qazanc əldə edə bilirlər. Bizdə taksi qiyməti ilə bağlı müəyyən çətinliklər var. Yəni, vətəndaşlar və sürücülər tərəfindən də bu görülür. Sürücülər deyir qiymət aşağıdır, vətəndaşlar bildirir ki, bahadır. Hesab edirəm ki, bunu hansısa formada tənzimləmək lazımdır. Azərbaycanda, ümumiyyətlə, taksi sürücülərinin iş rejminə gəldikdə isə, hesab edirəm ki, 10-12 saatı normal iş rejmi kimi qəbul etmək olar. Yəni, onların iş saatlarında etdiyi fasilələri də nəzərə alsaq 10-12 saat, məncə, normaldır".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2177   Tarix: 14 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası

Estetik əməliyyatdan sonra gözlərində ciddi problemlərin yarandığını iddia edən qadın həkimdən şikayətçidir. APA TV-yə istinadla xəbər verir ki, Aygün Məhəmmədova keçirdiyi göz qapağı əməliyyatından sonra gözlərinin tam bağlanmadığını və bu səbəbdən quruluq və sulanma kimi problemlərlə üzləşdiyini iddi

23 sentyabr
.

Azərbaycana payız gəldi

Azərbaycanda astronomik payız başlayıb. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, bu an "payız bərabərliyi" adlanır. Beləliklə, Şimal yarımkürəsində astronomik payız, Cənub yarımkürəsində isə astronomi

23 sentyabr
.

Paytaxtın iki böyük bağı birləşdirildi

"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi

23 sentyabr
.

Tamstore Marketlər Şəbəkəsində iş imkanları sizləri gözləyir

Azərbaycan pərakəndə satış sektorunun dinamik inkişaf edən şirkəti "Tamstore" marketlər şəbəkəsi komandasını genişləndirir. Şirkət insan resurslarının davamlı inkişafı, dayanıqlı iş imkanları və sağlam korporativ mühit prinsiplərinə uyğun olaraq Bakı və Sumqayıt filialları üzrə işə qəbul ela

23 sentyabr
.

Həcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət artımı ola bilər

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır. Qaynarinfo xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. "Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu i

23 sentyabr
.

Pulsuz metro tıxacları azaldacaq?

Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas

23 sentyabr
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib

24 sentyabr
.

Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə ilk məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə iclası zamanı şikayət üzrə prosesə baxılması nəzərdə tutulsa da, Çingiz Qənizadənin məhkəməyə gəlməməs

23 sentyabr
.

Hərbi qulluqçuların sosial təminatında yeni mərhələ

Hərbi qulluqçuların əməkhaqqı və pensiya təminatının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Bu tədbirlər hərbi qulluqçuların həm xidmət dövründə, həm də xidmətdən sonrakı mərhələdə sosial müdafiəsinin gücləndirilməsin

23 sentyabr