Bərdədəki dəhşətli cinayətin TƏFƏRRÜATI - Gözəllik salonunda qadına hücumun ANBAAN GÖRÜNTÜLƏRİ
Bərdə rayonunda baş verən bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub.
Aprelin 12-də 1992-ci il təvəllüdlü Tünzalə Hüseynova "TikTok" sosial platformasında yaranmış mübahisə zəminində Vətən müharibəsi iştirakçısı, 1992-ci il təvəllüdlü Ceyhun Zeynalovla görüşüb və ona bıçaqla xəsarət yetirib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, cinayət hadisəsini törətməzdən əvvəl Tünzalə Hüseynova aprelin 4-də Ceyhun Zeynalov barəsində polisə müraciət edib.
Buna səbəb isə Ceyhun Zeynalovun Tünzalə Hüseynovanın işlədiyi gözəllik salonuna gələrək ona və dayısı qızı Rəqsanə Əhmədovaya hücum etməsi olub. Ceyhun Zeynalov Rəqsanə Əhmədovanı döyüb, Tünzalə Hüseynovanın isə telefonunu sındırıb.
Bütün bu hadisələr anbaan kamera görüntüsünə yansıyıb.
Tünzalə Hüseynova aparılan araşdırmanın nəticəsini gözləmədən Ceyhun Zeynalov ilə görüşərək, bıçaqla xəsarət yetirib.
Sözügedən hadisədən sonra Tünzalə Hüseynova polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1349 Tarix: 14 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Boğazında çörək qalan şagirdi belə xilas etdilər - Anbaan görüntülər
Bakıda yerləşən orta məktəblərdən birində boğulma təhlükəsi ilə üzləşən şagird vaxtında göstərilən yardım sayəsində xilas olunub. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə paytaxtın 112 nömrəli tam orta ümumtəhsil məktəbinin VI sinfində qeydə alınıb. Belə ki, şagird yemək zamanı boğazında çörə
20 dekabrBir kişi yol kənarında ölü tapılıb - VİDEO
Biləcikdə Suriya vətəndaşı olan bir kişi yol kənarında ölü vəziyyətdə aşkar edilib. türk mediasına istinadən xəbər verir ki, hadisə ilə bağlı əldə olunan məlumata görə, saat 20:30 radələrində Ertuğrulgazi məhəlləsində, Kent Ormanı Özgen Villaları yolunda yerdə hərəkətsiz uzanan bir şəxsi görən vətəndaşla
17 dekabrGoranboyda 13 yaşlı qız faciəli şəkildə ölüb
Goranboyda 13 yaşlı qız dəm qazından boğularaq ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Məşədiqaralar kəndində baş verib. Kənd sakini - 2012-ci il təvəllüdlü Nərmin Cəfərova yaşadığı mənzilin hamam otağında dəm qazından boğularaq həyatını itirib. Hadisə yerinə polis və prokurorluq əməkdaşlar
20 dekabrQəbiristanlıqda huşsuz vəziyyətdə tapılan kişi xəstəxanada öldü
Qaxda qəbiristanlıqda huşsuz vəziyyətdə tapılan kişi xəstəxanada ölüb. xəbər verir ki, Qax şəhərindəki qəbiristanlıqda 1981-ci il təvəllüdlü Ruslan Məmmədov huşsuz vəziyyətdə tapılıb. O, təcili tibbi yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb, amma həyatını xilas etmək mümkün olmayıb
21 dekabrŞəkidə canavar kəndə hücum edərək sakinlərə xəsarət yetirib
Şəkidə canavar kəndə hücum edərək 5 nəfərə xəsarət yetirib. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Bideyiz kəndində baş verib. Belə ki, canavar kənd sakinləri; 5 yaşlı Z.Qurbanov, 27 yaşlı Fariz Lətifov, 27 yaşlı Nazilə Qurbanova, 49 yaşlı Sevinc Qurbanova və 52 yaşlı Gündü
21 dekabrHəmin balıqçı bir ay əvvəl evlənibmiş - VİDEO
Xəbər verdiyimiz kimi Astara rayonunun Şahağac kəndi yaxınlığında balıq tutmağa gedən iki nəfərin meyiti tapılıb. xəbər verir ki, onlardan biri 199-cu il təvəllüdlü Ağadədə Həsənov, digəri isə 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğludur. Turanın bir ay əvvəl evləndiyi bildirilir və sosial şəbəkələrd
20 dekabrMaşınına asdığı nömrənin cəzası ağır oldu! - VİDEO
Antalyanın Konyaaltı rayonunda bir sürücünün maşının nömrəsinin üzərinə yazdırdığı "07 TRANS 07" yazısı sosial şəbəkələrdə gündəm olub. türk mediasına istinadən xəbər verir ki, Konyaaltı rayonunda hərəkətdə olan avtomobilin görüntüləri qısa zamanda sosial mediada geniş yayılaraq müzakirələr
19 dekabr