Daha bir qurumdan hava xəbərdarlığı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, aprelin 14-dən 17-dək ölkə ərazisində hava şəraitinin leysan xarakterli yağış və küləklə müşahidə olunan kəskin dəyişməsi gözlənilir.
Sonxeber.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək yol qəzaları və digər xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, digər hərəkət iştirakçılarına, xüsusilə piyadalara qarşı diqqətli davranmağı xahiş edir.
Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.
Sürücülər, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçməli, açıq ərazilərdə sürəti azaltmalı, qəfil manevr və ya kəskin tormazlama etməməli, zərurət olmadan ötmə əməliyyatı aparmamalı, avtomobilin texniki sazlığını nəzarətdə saxlamalıdırlar.
Piyadalar isə havanın küləkli və yağışlı olmasını nəzərə almalı, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 763 Tarix: 14 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nazirlik qarla bağlı əhaliyə XƏBƏRDARLIQ ETDİ
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində yaxın günlər ərzində qeyri-sabit və yağıntılı hava şəraitinin müşahidə olunacağı, əsasən dağlıq və dağətəyi rayonlara qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, temperaturun xeyli enəcəyi, bəzi yerlərdə güclü külək əsəcəyi proqnozlaşdırılır
13 yanvarMənzurə Musayevadan qardaşının vəzifədən azad olunmasına münasibət
Müğənni Mənzurə Musayeva qardaşının vəzifədən azad olunmasına münasibət bildirib. Sənətçi Qaynarinfo-ya açıqlamasında deyib ki, qardaşı Mətləb Musayev Sumqayıt şəhər 1 nömrəli xəstəxananın baş həkimi vəzifəsindən öz ərizəsi əsasında çıxıb:. "Ona xəstəxanada şöbə müdiri vəzifəsi təklif ediblər. Raz
13 yanvarDiplomun iş tapmaqda rolu getdikcə azalırmı? - AÇIQLAMA
Son illər əmək bazarında ciddi dəyişikliklər müşahidə olunur. Artıq işəgötürənlər üçün təkcə diplom yox, insanın real bacarıqları, təcrübəsi və özünü necə inkişaf etdirməsi daha ön plana çıxır. Bu isə "Ali təhsil hələ də uğurun açarıdırmı?" sualını gündəmə gətirir. Məhz bu aktual mövzu il
14 yanvarİş yeri stressini evdə də azaltmaq üçün hansı üsullar effektivdir? - AÇIQLAMA
Müasir iş həyatının sürəti və tələbləri insanlarda tez-tez stress yaratmağa səbəb olur. İş yerində yaşanan gərginlik yalnız orada qalmır, ev həyatına da təsir edə bilir və bu həm şəxsi, həm də ailə münasibətlərinə mənfi təsir göstərir. Bəs görəsən iş yeri stressini evdə də azaltmaq üçün hansı üsulla
14 yanvarAzərbaycan Vaqif Xaçatryan və daha 3 nəfəri Ermənistana təhvil verdi
Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər - Xaçatryan Vaqif Çerkezi, Sujyan Gevorg Rubenoviç, Davtyan David Tiqrani v
14 yanvarBakı-Sumqayıt ekspres marşrutlarında gedişhaqqı - 90 qəpik olur
Yanvarın 17-dən Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən 594 və 595 nömrəli ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılaraq 90 qəpik təşkil edəcək. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, 594 və 595 nömrəli marşrutlar artıq əsa
13 yanvar"Best Beef" kolbasalarında zərərli maddələr
Son illər bazarda "keyfiyyətli", "ət məhsulu" adı altında satılan kolbasaların tərkibi ciddi suallar doğurur. "Best Beef" müəssisəsinə məxsus servelat kolbasasının üzərində göstərilən məlumatlar da bu məhsulun tam təbii olmadığını açıq şəkildə ortaya qoyur. Məhsulun etiketind
14 yanvar