İşıq, qaz və su pulu ilə bağlı yenilik - Bundan sonra... (VİDEO)
Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sisteminin yaradılır.
Yeni sistem abonentlərə kommunal xidmətlərlə bağlı məlumatları vahid platformadan əldə etməyə və ödənişləri daha rahat həyata keçirməyə imkan verəcək. Bu sistem vasitəsilə istifadəçilər elektrik, qaz, su, istilik və digər kommunal xidmətlər üzrə borclarını, sərfiyyat göstəricilərini və tarifləri izləyə biləcəklər.
İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasovun sözlərinə görə, bu sistemlə məlumat mübadiləsi təmin ediləcək, abonentlərə dəqiq və operativ xidmət göstəriləcək.
Xidmətlərin 50 faizi və bildirişlər "myGov" üzərindən təqdim ediləcək.
Vahid İnformasiya Sistemi ilkin mərhələdə Bakı və böyük şəhərlərdə pilot layihə şəklində tətbiq olunacaq. İnfrastruktur və texnoloji imkanlar formalaşdıqdan sonra sistemin mərhələli şəkildə bütün regionlarda tətbiqi planlaşdırılır.
Qeyd edilir ki, hazırda bəzən eyni ünvanlarda kommunal xidmətlərdə fərqli ünvanlar göstərilir. Bu sistem belə problemi də kökündən həll edəcək. Bütün hallarda sistemin tətbiqi ilə vətəndaşlarla qurumların münasibətlərinin sağlamlaşacağı gözlənir.
Qeyd edək ki, layihənin icrasını İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi həyata keçirir.
Bu il yeniliyin tətbiqi gözlənilir.
Qaynarinfo
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2787 Tarix: 29 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ramil Səfərovun xanımına vəzifə verildi
Polkovnik-leytenant Ramil Səfərovun həyat yoldaşı Şəbnəm Səfərova "Study in Azerbaijan" layihəsinin direktoru təyin edilib. Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. "Study in Azerbaijan" layihəsinin direktoru kimi fəaliyyətə başlamaq karyeramd
14 dekabrBayram günlərinin üst-üstə düşməsi - Məzuniyyətə necə təsir edəcək?
Əmək məzuniyyəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyəti dövrün
14 dekabrTƏCİLİ: Bu, baş versə pensiya yaşı 60-a endiriləcək
Azərbaycanda cəmiyyəti narahat edən əsas sosial məsələlərdən biri də pensiya yaşının ilbəil artmasıdır. Maraqlıdır, pensiya yaşı yenidən artırıla bilərmi?. Mövzu ilə bağlı -a açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirib ki, pensiya yaşının artırılması prosesi yeni deyil və buna 2017-ci ildə qanunvericiliy
14 dekabr"Təkər aləmi" kimi tanınan bazar sökülür (VİDEO)
Bakıda daha bir bazar sökülür. Qaynarinfo Xəzər TV-yə istinadən xəbər verir ki, uzun illərdir burada çalışan sahibkalar artıq ərazini tərk etmələri barədə məlumatlandırılıb. Sahibkarların sözlərinə görə, ərazini boşaltmaları üçün onlara aprelin 30-na qədər vaxt verilib. Kompensasiya məsələsinə gəlinc
13 dekabr"Klinikaya 4300 manat ödədim, resept verib yola saldılar..."
"Lux İnternational Hospital"a kəskin mədə ağrısı, ürəkbulanma ilə müraciət etmişdim. Bir neçə gün müayinələrdən keçdim, ümumilikdə 4300 manat ödəniş etdim. Amma bunun müqabilində normal xidmət görmədim, xəstəyə başdansovdu yanaşaraq pul alıb və resepti verib yola salırlar". Bu iddia il
13 dekabr