"Klinikaya 4300 manat ödədim, resept verib yola saldılar..."

"Klinikaya 4300 manat ödədim, resept verib yola saldılar...""Lux İnternational Hospital"a kəskin mədə ağrısı, ürəkbulanma ilə müraciət etmişdim. Bir neçə gün müayinələrdən keçdim, ümumilikdə 4300 manat ödəniş etdim. Amma bunun müqabilində normal xidmət görmədim, xəstəyə başdansovdu yanaşaraq pul alıb və resepti verib yola salırlar".

Bu iddia ilə "Qafqazinfo"ya vətəndaş Könül Həmzəyeva müraciət edib. Şikayətçi təxminən ay yarım əvvəl digər özəl klinikaların birində arıqlamaq üçün göbək ətrafına iynə vurdurub. Ehtimal edir ki, ondan sonra səhhətində problem yaranıb.

K.Həmzəyeva daha sonra kəskin mədə ağrısı, ürəkbulanma əlamətləri ilə "Lux İnternational Hospital"a müraciət edib: "Noyabrın 28-i özümü pis hiss elədim, təcili yardım çağırdım və məni ora apardılar. Depozit ödədim, 2 gün xəstəxanada müayinə olundum və ağrılarım kəsdiyi üçün evə buraxıldım. Lakin yenidən kəskin sancı tutdu, dekabrın 2-si klinikaya müraciət etməli oldum, ayın 5-dək orada qaldım. Yenidən məndən depozit aldılar, KT, qastroskopiya müayinəsindən keçirdilər. Həkim gəlib dedi ki, "KT yaxşı çıxmayıb, kista, mioma, bağırsağında şiş var, mədən yara içərisindədir və sairə". Çox narahat oldum, panik atak keçirdim. Bu dəfə MRT elədilər. Günorta ayıldım ki, yanıma resept qoyulub, yazılıb ki, bu gün çıxışınız var. Mən də sual verdim ki, axı xəstəni bu vəziyyətdə evə necə buraxa bilərsiniz? Dedim ki, həkim yaxınlaşıb xəstəliyimlə bağlı məlumat versin. Məni qorxutmusunuz, oturub ancaq internetdə xəstəliklə bağlı məlumatlar araşdırmışam. Dedilər ki, gedin, birinci gün gələrsiniz..."

K.Həmzəyeva həkim çağırılmasını tələb edəndə onu hədələdiklərini iddia edib: "Dedim axı bu qədər pul ödəmişəm, niyə məni müalicə etmirsiniz? Qabağıma 11 dərmandan ibarət resept qoyulub, bilmirəm suallarımı kimə verim. Mioma nə miomadır, bağırsaqdakı problem nədir? Onkoloji müayinə olunmalıyammı? Bu yazılan dərmanlar nə üçündür? Yenidən müayinəyə gəlməliyəmmi? Şikayət olunandan sonra həkim gəlib heç bir etik normanı gözləmədən "sən dincəldin, məni toydan yarımçıq çıxardın?!" dedi. Xəstə yarımçıq, öz diaqnozunu bilmədən necə çıxardıla bilər? Həkim yoxdursa, məni növbəti gün çıxara bilərdilər. Dedim ki, həkim gəlib mənə izah eləsin, sonra ödənişi edib çıxım. Baş həkim göstəriş verdi ki, "102-yə zəng edin çıxarın, getsin". Halbuki polis əməkdaşları da gəldi, məni dinlədilər və irad bildirdilər ki, xəstə ilə bu tərzdə danışmaq olmaz. Ödədiyim məbləğ müqabilində heç bir xidmət göstərilməyib. Məndən aldıqları ödənişin açıqlamasını istəyirəm. VİP otaqda qalmışam, bir tibb bacısını çağıranda 40 dəqiqəyə gəlirdi, xidmətdən narazıyam. Mənə hədə-qorxu gəldilər ki, "əgər ödəniş etməsəniz, çıxmağa qoymayacağıq". Klinika tam özbaşınalıq etdi, bu davranışlarına görə üzr istəməlidirlər".

Sadalanan ittihamlarla bağlı "Lux İnternational Hospital"a sorğu ünvanladıq. Tibb müəssisəsindən vətəndaşın şikayətinin araşdırıldığı deyilsə də, bu haqda açıqlama verə bilməyəcəkləri əlavə edilib. Qeyd edilib ki, vətəndaşın razılığı olmadan həkim sirrini təşkil edən məlumatların verilməli olduğu subyektlərin dairəsi qanunvericiliklə müəyyən edilib: "Qanunvericilik aktlarının tələblərinə əsaslanaraq nəzərinizə çatdırırıq ki, şikayətçi bilavasitə (və ya qanuni nümayəndəsi, yaxud etibarnamə üzrə nümayəndəsi vasitəsilə) "RR Medical Group" MMC-yə (Lux İnternational Hospitala) müraciət edərək sağlamlıq vəziyyəti, xəstəliyin diaqnozu və s. barədə məlumatları əldə edə, eləcə də özünün sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlərlə tanış ola bilər. Həmçinin o öz iradə ifadəsi əsasında mənafeyi baxımından bu məlumatı vermək mümkün olan şəxsi seçməklə yuxarıda göstərilən məlumatları əldə edə bilər.

Göstərilənləri nəzərə alıb məlumatların tərəfinizdən əldə edilməsinə vətəndaşın (pasiyentin) qanunvericiliklə təsbit edilmiş qaydada razılığını təqdim etdiyiniz təqdirdə sorğunuzun cavablandırılması tərəfimizdən təmin olunacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 963   Tarix: 13 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr
.

Bu köhnə 250 manat hərracda YÜKSƏK QİYMƏTƏ SATILDI - VİDEO

Azərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əskinaslarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb. Bunu -a Azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib. Onun sözlərinə görə, 250 manatlıq əskinas ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəf

20 sentyabr
.

Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir

Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"

20 sentyabr
.

Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ

2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa

19 sentyabr
.

Azərbaycanda internet BAHALAŞIR - YENİ QİYMƏT

Oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25 manatlıq tarifə keçiriləcək. -a istinadla xəbər verir ki, dəyişikliklər yalnız genişzolaqlı internet üçün nəzərdə tutulmuş xidmətlərinə şamil ediləcək və mobil rabitə ilə mobi

19 sentyabr
.

Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu

Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı

20 sentyabr
.

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ

Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət

20 sentyabr
.

Azərbaycanda üç uşaqlı ailələrlə bağlı yeni təklif gündəmdə: GÜZƏŞT VƏ MÜAVİNƏT VERİLƏ BİLƏR - VİDEO

Ölkəmizdə çoxuşaqlı ailə meyarının dəyişdirilməsi təklif olunur. Hazırkı qanunvericiliyə əsasən, beş və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab edilir. Onlara dövlət tərəfindən müəyyən güzəştlər və aylıq müavinətlər təyin olunur. Millət vəkili Vüqar Bayramov müasir dövrün tələblərini nəzər

19 sentyabr
.

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün

20 sentyabr