TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA

TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMASon dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir.

Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yeni layihələrin həyata keçirilməsi ciddi maliyyə vəsaiti tələb edir. Sərnişin sayının azalması isə mümkün gəlir itkisi fonunda metropolitenin xərclərinin hansı mənbələr hesabına qarşılanacağı sualını aktuallaşdırır.

Bəs belə bir şəraitdə metroda gedişhaqqının artırılması mümkün variantlardan biri ola bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, iri və urbanizasiya problemi yaşayan şəhərlərdə ictimai nəqliyyat, bir qayda olaraq, dövlət dəstəyi hesabına fəaliyyət göstərir.

Bu hadisə məhsul bazarında qıtlıq yarada bilər | KONKRET

Onun sözlərinə görə, nəqliyyat xərclərinin yüksək olması səbəbindən bir çox ölkələrdə dövlət ictimai nəqliyyatın xərclərinin bir hissəsini və ya hamısını qarşılayır:

"Avropanın bir sıra ölkələrində paytaxtlarda ictimai nəqliyyat əhali, bəzi hallarda isə turistlər üçün də ödənişsiz həyata keçirilir. Bu, daha çox inkişaf etmiş ölkələrdə müşahidə olunur. İnkişaf etməkdə olan dövlətlərdə isə ictimai nəqliyyata ciddi subsidiyalar ayrılır".

Ekspert qeyd edib ki, yeraltı sərnişindaşıma nəqliyyat amortizasiyası və digər xərclər baxımından daha bahalı sahələrdən biridir:

"Burada həm perspektiv inkişaf planları çərçivəsində yeni layihələrin icrası, həm də sürətlə böyüyən və urbanizasiya problemi yaşayan şəhərlərdə yeni metro xətlərinin açılması üçün əlavə vəsait tələb olunur. Bu vəsaitlərin əhəmiyyətli hissəsini dövlət qarşılayır və müvafiq layihələrin maliyyələşdirilməsini büdcə hesabına həyata keçirir".

Razi Abbasbəyli hesab edir ki, metronu yalnız sərnişindaşıma gəlirləri hesabına bütün xərclərini qarşılamalı olan sahə kimi qiymətləndirmək düzgün deyil. Onun fikrincə, sərnişin sayının azalması da avtomatik olaraq metropolitenin maliyyə vəziyyətinin pisləşməsi demək deyil.

"Əgər metroda sərnişinlərin sayı azalırsa, təbii olaraq qatarların hərəkət qrafikində də müəyyən seyrəlmələr baş verə bilər. Qatarların daha az hərəkət etməsi nəticə etibarilə bəzi xərclərin azalmasına gətirib çıxarır. Bununla belə, metronun cari saxlanma xərcləri mövcuddur və sərnişin sayının azalması həmin xərclərin qarşılanması baxımından müəyyən maliyyə çətinlikləri yarada bilər", - deyə ekspert vurğulayıb.

İqtisadçı metroda gedişhaqqının artırılmasının iqtisadi baxımdan müəyyən əsaslarının olduğunu da qeyd edib. Onun sözlərinə görə, xüsusilə Bakı metrosunda sərnişin sıxlığının yüksək olması əlavə xərclərin yaranmasına səbəb olur:

"Metrodan istifadə edənlərin sayı nəzərdə tutulan göstəricidən çox olduqda metropoliten həddindən artıq yüklənir. Bu isə əlavə və əvvəlcədən nəzərdə tutulmayan xərclərin ortaya çıxmasına gətirib çıxarır. Gedişhaqqının yerüstü ictimai nəqliyyatın tarifindən fərqləndirilməsi sərnişin sayının azalmasına və nəticədə metronun yükünün müəyyən qədər yüngülləşməsinə səbəb ola bilər".

Lakin ekspert hesab edir ki, mövcud sosial-iqtisadi vəziyyətdə gedişhaqqının artırılması əhali üçün əlavə maliyyə yükü yarada bilər:

"Əhalinin aylıq və illik gəlirlərini, qazanc səviyyəsini nəzərə alsaq, hazırkı vəziyyətdə hər hansı artım, hətta 10 qəpiklik artım belə vətəndaşların sosial vəziyyətinin daha da ağırlaşmasına gətirib çıxara bilər. İqtisadi baxımdan metroda gedişhaqqının artırılması müəyyən mənada zəruri görünsə də, sosial ədalətlilik prinsipi baxımından bunu doğru addım hesab etmək olmaz".

Razi Abbasbəyli hesab edir ki, bu vəziyyətdə daha məqsədəuyğun yanaşma metropolitenə dövlət dəstəyinin artırılması və onun xərclərinin yüngülləşdirilməsidir.

"Bu, həm ictimai nəqliyyatın dayanıqlı fəaliyyətini təmin edə, həm də əlavə maliyyə yükünün vətəndaşların üzərinə keçirilməsinin qarşısını ala bilər", - deyə ekspert əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 83   Tarix: 20 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa

19 sentyabr
.

Mədət Quliyev oğlu ilə toyda - Foto

Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini, general-polkovnik Mədət Quliyevin oğlu Murad Qulubəyli ilə yeni fotosu yayılıb. "Qafqazinfo" xəbər verir ki, atası ilə birlikdə paytaxtda keçirilən toy məclislərindən birinə qatılan Murad Qulubəyli sosial şəbəkə hesabında ikisinin fotosun

19 sentyabr
.

Bakıda kişi arvadını marketdə, autizm​li övladının gözü qarşısında döydü - Video

Bakıda kişi həyat yoldaşını marketdə, autizm​li övladının gözləri qarşısında döyüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə görüntüləri "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşıb. "İllərdir həyat yoldaşının zorakılığın

18 sentyabr
.

Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq

Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir

20 sentyabr
.

Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...

Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea

20 sentyabr
.

Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA

Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə

20 sentyabr
.

Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ

2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa

19 sentyabr
.

Sabahın havası açıqlandı

Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gec

19 sentyabr
.

Nəsimi rayonunda fəaliyyət göstərən "ELMA" restoranı sakinlərin gecə yuxusunu haram edib (VİDEO)

Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi 40 ünvanında fəaliyyət göstərən "ELMA" restoranından sakinlər şikayətçidir. "Real Azərbaycan" xəbər verir ki, İmran Qasımov küçəsi 10 ünvanında yaşayan sakinlər restoran ərazisindən gecə saatlarınadək yüksək səslə musiqi səsləndirilməsində

18 sentyabr