Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?

Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?Smartfon istifadəçiləri bəzən ekranın yuxarı hissəsində kiçik yaşıl və ya narıncı nöqtənin göründüyünü müşahidə edirlər. Bir neçə saniyədən sonra yoxa çıxan bu işarə əslində telefonun məxfilik və təhlükəsizlik funksiyalarından biridir.

Rəngli indikator tətbiqlərdən birinin telefonun kamerasına və ya mikrofonuna giriş əldə etdiyini göstərir.

Əksər hallarda bu nöqtənin görünməsi tamamilə normaldır. Məsələn, telefonla danışarkən, video çəkərkən, səsli mesaj yazarkən və ya videobağlantı zamanı indikator görünə bilər. Lakin heç bir səbəb olmadan tez-tez peyda olması diqqətli olmağa əsas verir.

Narıncı nöqtə nə deməkdir?
iPhone-da ekranın yuxarı hissəsində görünən narıncı nöqtə tətbiqlərdən birinin mikrofondan istifadə etdiyini bildirir. Bu işarə telefon danışığı, səsli mesajın yazılması, diktofondan və ya səsli axtarışdan istifadə zamanı görünə bilər.

Apple bu funksiyanı iOS 14-dən etibarən tətbiq edib. Məqsəd istifadəçiyə mikrofonun hətta tətbiq arxa planda işlədiyi zaman belə aktiv olduğunu göstərməkdir.

Telefonun "Rəngsiz fərqləndirmə" funksiyası aktivdirsə, narıncı nöqtə kiçik kvadrat şəklində də göstərilə bilər.

Android telefonlarında isə adətən ayrıca narıncı indikator istifadə edilmir.

Yaşıl nöqtə nəyi göstərir?
iPhone-da yaşıl nöqtə kameranın işlədiyini bildirir. Kamera ilə mikrofon eyni vaxtda istifadə edilərsə də yaşıl indikator görünür.

Bu, videobağlantı zamanı, video çəkilişində və ya QR-kod skan edilərkən baş verə bilər.

Android telefonlarında yaşıl nöqtə tətbiqlərdən birinin kameraya, mikrofona və ya hər ikisinə eyni anda giriş əldə etdiyini göstərir.

İndikatorun görünüşü və yerləşdiyi hissə telefon istehsalçısından və Android versiyasından asılı olaraq dəyişə bilər.

Nöqtə səbəbsiz görünürsə, nə etmək lazımdır?
Kamera və mikrofon bəzən istifadəçinin dərhal fərq etmədiyi proseslərdə də işə düşür.

Məsələn, mikrofon səsli axtarış, mesajların səslə yazılması, musiqinin tanınması, rəqəmsal köməkçilər və səs qeydləri zamanı istifadə edilir.

Kameraya isə sosial şəbəkə, bank, ödəniş və alış-veriş tətbiqlərinin ehtiyacı ola bilər. Bu proqramlar QR-kodun oxunması, şəxsiyyətin təsdiqlənməsi və ya sənədlərin fotosunun çəkilməsi üçün kameradan istifadə edə bilər.

Proses başa çatdıqdan sonra yaşıl və ya narıncı nöqtə də yox olmalıdır. İndikator uzun müddət ekranda qalırsa və ya heç bir səbəb olmadan mütəmadi görünürsə, tətbiqlərin icazələrini yoxlamaq məsləhətdir.

Kamera və mikrofonu hansı tətbiqin istifadə etdiyini necə öyrənmək olar?
iPhone-da ekranın yuxarı sağ küncündən aşağı sürüşdürərək İdarəetmə Mərkəzini açmaq mümkündür. Burada kameradan və ya mikrofondan hazırda istifadə edən, yaxud qısa müddət əvvəl istifadə etmiş tətbiqin adı göstərilir.

Android-də isə ekranın yuxarı hissəsindən aşağı sürüşdürüb yaşıl indikatorun üzərinə toxunmaq kifayətdir. Əksər telefonlarda hansı tətbiqin kamera və ya mikrofondan istifadə etdiyi göstərilir.

Müasir Android versiyalarında tətbiqlərin məxfilik tarixçəsini də yoxlamaq mümkündür. Bu bölmədə hansı proqramın kamera və mikrofona nə vaxt giriş etdiyi barədə məlumat əldə etmək olur.

Girişi necə bağlamaq olar?
Şübhəli tətbiq aşkar edilərsə, onun kameraya və ya mikrofona giriş icazəsini ləğv etmək mümkündür.

iPhone-da bunun üçün "Məxfilik və təhlükəsizlik" bölməsinə daxil olaraq "Kamera" və ya "Mikrofon" hissəsindən konkret tətbiqin icazəsini bağlamaq lazımdır.

Android-də isə bu seçim "Məxfilik" və ya "İcazələr" bölməsində yerləşir. İstifadəçi tətbiqə yalnız proqram işlədiyi müddətdə icazə verə, hər dəfə icazə soruşulmasını seçə və ya kameraya və mikrofona girişi tamamilə bağlaya bilər.

Bəzi Android smartfonlarında kamera və mikrofonu sürətli parametrlər panelindən ümumiyyətlə söndürmək də mümkündür. (lent.az)


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 180   Tarix: 19 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Arvadına dediyi tək kəlimə başına dərd oldu

Türkiyənin Yargıtay 2-ci Hüquq Dairəsi boşanma işi üzrə mühüm qərar qəbul edib. xarici mediaya istinadla xəbər verir ki, məhkəmə arvadına "eşşəksən, heyvansan" deyərək təhqir edən kişinin daha ağır təqsirli olduğuna qərar verib. Şiddətli fikir ayrılığı yaşayan ər-arvad qarşılıqlı şəkildə boşanm

17 sentyabr
.

Əfsanəvi boksçu doğum günündə öldü: 3 oğlunu və arvadını faciəli şəkildəitirmişdi

Dövrün ən güclü boksçuları, o cümlədən Məhəmməd Əli ilə qarşılaşmasına baxmayaraq, əfsanəvi boksçu heç vaxt nokdauna düşməmişdi. Əfsanəvi kanadalı boksçu Corc Çuvalo 89 yaşında vəfat edib. -ın xarici mediaya istinadən məlumatına görə, onun ölümü sentyabrın 12-də, doğum günündə baş verib. Çuvalo peşəka

14 sentyabr
.

Toyda bəy özündən çıxdı: Tortu YERƏ ÇIRPDI - VİDEO

Toy mərasimində baş verən gözlənilməz hadisə sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub. xəbər verir ki, görüntülərdə tort kəsimi zamanı bəy və gəlin arasında gərgin anların yaşandığı görünür. İddiaya görə, gəlinin hərəkətindən əsəbiləşən gənc oğlan özündən çıxaraq toy tortunu yerə çırpıb. Hadis

19 sentyabr
.

Saç qaynağının gizli təhlükəsi: Keçəlləşməyə səbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbii yolla tökülsə də, bərkidilmə yerlərində qaldığı üçün bu, hiss olunmur. Müvafi

13 sentyabr
.

22 yaşlı qadın məşqçinin cavabı gündəm oldu: "Bu komandanı qadınlar aşağı liqaya salmayıb" - VİDEO

Türkiyənin "Turgutluspor" klubunun 22 yaşlı baş məşqçisi Zeynep Mestanın televiziya proqramında yayımlanan yeni görüntüləri diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, proqramın aparıcısı Beyazıt Öztürkün qadınların futboldakı mövqeyi ilə bağlı sözlərinə gənc məşqçinin verdiyi cava

17 sentyabr
.

Neptunun o tayında 27 naməlum obyekt aşkarlandı

"Habbl" və "Ceyms Uebb" kosmik teleskopları daha əvvəl məlum olmayan 27 transneptun obyekti (TNO) - Neptunun orbitindən xeyli uzaqda Günəş ətrafında fırlanan cisim aşkarlayıblar. Onların hər birinin diametri 40 kilometrdən azdır, ən kiçiyinin diametri isə cəmi 10 kilometrdir. xəbə

15 sentyabr
.

Köməyə gələn ata ayını yox, oğlunu GÜLLƏLƏDİ

Rusiyanın Buryatiya Respublikasının Cida rayonunda kişi oğlunu ayının hücumundan xilas etməyə çalışarkən səhvən güllələyib. yerli mediaya istinadla bildirir ki, hadisə oğul qoyun sürüsünü meşədən uzaqlaşdırmağa çalışarkən baş verib. Bu zaman meşədən çıxan ayı çobana hücum edib. O, qışqıraraq kömək istəyi

13 sentyabr
.

İnsanlar səhvlərini etiraf etməkdən niyə çəkinirlər? - Psixoloq

Son vaxtlar cəmiyyətdə insanların bir-birini anlamaqda çətinlik çəkdiyi müşahidə olunur. Bu tendensiyanı sosial şəbəkələrdə də aydın şəkildə görmək mümkündür. Empatiya çatışmazlığı, başqalarını ittiham etmək, mühakimə etmək və onların səhvlərini axtarmaq getdikcə daha geniş yayılır. Bəs bu vəziyyət cəmiyyət

17 sentyabr
.

Mumiyalanmış insan qalıqları internetdə satılır: Həyəcan təbili

Bioarxeoloqlar sosial şəbəkələrdə, onlayn marketpleyslərdə və hərraclarda mumiyalanmış insan qalıqlarının satışının artması ilə bağlı sağlamlıq üçün real təhlükə barədə xəbərdarlıq ediblər. Alimlər bu qənaətə mumiyaların fraqmentlərinin satışı ilə bağlı 128 elan və paylaşımı araşdırdıqdan sonra gəliblər

17 sentyabr