Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Qış aylarlarının yaxınlaşması ilə birlikdə elektrik, su və istilik sistemlərində baş verə biləcək xətalara qarşı evlərdə bəzi hazırlıqlar görülməlidir.
Milli.Az mütəxəssis tövsiyələri çərçivəsində hazırlanan bələdçi fövqəladə hallarda əsas ehtiyacların fasiləsiz qarşılana bilməsi üçün evdə saxlanılmalı olan məhsulları 7 əsas kateqoriya üzrə təqdim edir:
Qida və su ehtiyatlarında düzgün strategiya vacibdir
Ehtimal olunan kəsintilərdə qida ehtiyatının təməlini uzunömürlü və bişirilmə tələb etməyən məhsullar təşkil edir: qarabaşaq, düyü, yulaf, darı, makaron, un, duru yağ, duz və şəkər. Ət və balıq konservləri; konservləşdirilmiş lobya, yaşıl noxud, qarğıdalı; peksimet, kraker, çərəz, bal və UHT süd. Kartof, kök, çuğundur, quru soğan və sarımsaq kimi sərin yerlərdə saxlana bilən məhsullar. İçməli su ilə yanaşı, gigiyena və ev təsərrüfatı ehtiyacları üçün ayrıca istifadə suyu ehtiyatının yaradılması və mütəmadi olaraq yenilənməsi tələb olunur.
Dərman və gigiyena hazırlıqları
Qışdan əvvəl evdəki ilk yardım çantasının nəzərdən keçirilməli olduğu vurğulanır. Vaxtı keçmiş dərmanların seçilib ayrılması, mütəmadi istifadə edilən reseptli dərmanların ehtiyatının yığılması və sarğı bezi, yara bandı ilə antiseptik kimi əsas materialların əskiksiz saxlanılması əhəmiyyət daşıyır. Gigiyena kateqoriyasında isə sabun, diş məcunu, tualet kağızı, nəm salfet, paltar və qab yuma vasitəsi kimi gündəlik istifadə olunan məhsullardan kiçik ehtiyatlar yaradılması tövsiyə edilir.
Evin istilik balansı və alternativ enerji mənbələri
İstilik mövsümü başlamazdan əvvəl pəncərə və qapılardakı istilik sızıntılarının izolyasiya edilməsi, evdəki ən isti otağın hər hansı bir kəsintiyə qarşı müəyyən edilməsi məsləhət görülür. Ədyal, polar və qışlıq tekstil məhsullarının əvvəlcədən hazır edilməlidir.
Elektrik kəsintilərinə qarşı görülə biləcək tədbirlər isə belə sıralanıb:
Ehtiyat batareyalı və ya akkumulyatorlu əl fənərləri
Tam şarjlı powerbanklar və şarj olunan işıqlandırma cihazları
Daşınabilən enerji stansiyaları və ya fasiləsiz enerji mənbələrinin (UPS) baxım və şarj nəzarətləri
Şəbəkə və internet kəsintilərində məlumat izləməsi üçün batareya ilə işləyən kiçik radiolar
Uşaqlar, ev heyvanları və rəsmi sənədlər
Uşaqlı ailələrin uşaq yeməyi, bez və xüsusi qulluq məhsullarını; ev heyvanı sahiblərinin isə yem, qum və baytarlıq dərmanlarını əvvəlcədən təmin etməli olduğu qeyd edilib. Bundan əlavə, pasport, şəxsiyyət vəsiqəsi, çıxarış (kupça), lisenziya və sığorta polisi kimi kritik sənədlərin tək bir qovluqda toplanması və rəqəmsal surətlərinin təhlükəsiz mühitdə saxlanılması tövsiyə olunur.
Tədricən alış-veriş və büdcənin qorunması
Mütəxəssislər panik alış-verişi əvəzinə ehtiyac siyahısının çıxarılaraq əskiklərin həftəlik rutin alış-verişlərə daxil edilməsi və tədricən tamamlanması lazım olduğunu xatırladıblar.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Bakıda kişi arvadını marketdə, autizmli övladının gözü qarşısında döydü - Video
Alim Qasımov və Üzeyir Mehdizadənin "Nəyindən narahatsan" klipi yayımlandı
Bina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO
TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər