Yeni sistem maaşların artmasına səbəb olacaq?

Yeni sistem maaşların artmasına səbəb olacaq?"Minimum saatlıq əməkhaqqının tətbiqi məsələsinə dair suallar çox olduğu üçün bu məsələnin detallarına toxunmaq qərarına gəldim. Əvvəlcə bir məsələni açıq deyim ki, bu, maaş artımı deyil. Bunu kim belə təqdim edirsə, doğru etmir. Yox, əgər kimsə də maaşınız azalacaq deyirsə, o da doğru demir. Minimum əməkhaqqı 350-dən 400 manata qalxıb və mövzu bir müddətlik bağlanıb. Amma indi sadəcə "aylıq yox, saatlıq da hesablayaq" söhbəti gedir. Bəs onda bu saatlıq sistem niyə ortaya çıxıb? Çünki iqtisadiyyat dəyişir".

Ölkə.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

"Artıq adamlar təkcə səhər saat 9-dan 6-a qədər işləyən "ştatlı" işçi deyil. Kimisi "freelance" işləyir, kimisi mövsümi. Kimisi evdən çalışır, kimisi həftədə 2-3 gün. Aylıq maaş sistemi isə bu reallığı ədalətli tənzimləmək gücündə deyil. Başqa sözlə, bu dəyişiklik əmək bazarının yeni reallıqlarına uyğunlaşdırılmış hüquqi çərçivə yaratmaq üçündür. Əgər əvvəllər maaş yalnız aylıq sistemlə hesablanırdısa, indi həm aylıq, həm də saatlıq yanaşma paralel şəkildə tətbiq olunacaq.

Əslində bununla dünyada olmayan nəsə kəşf edilmir, Dünyada yalnız saatlıq əməkhaqqı tətbiq olunan ölkələr də var, bunu qarışıq tətbiq edənlər də. Hətta bəzi ölkələrdə həftəlik minimum əməkhaqqı sistemi də var. Böyük ehtimal ki, Azərbaycanda sahədən və xarakterindən asılı olaraq bəzi istiqamətlərdə saatlıq, bəzi istiqamətlərdə isə aylıq olmaqla qarışıq model olacaq.

Odur ki, bu yeni sistem əsasən qısamüddətli əmək müqaviləsi ilə çalışanlara, həftəlik iş vaxtı normasının yarısından az işləyənlərə, mövsümi işlərdə olanlara, qeyri-daimi əmək fəaliyyətləri ilə məşğul olan şəxslərə və s. şamil ediləcək".

Ekspert qeyd edib ki, effekt isə həmişə müsbət olmayacaq:

"Bu proses doğru icra edilməzsə, müsbət tərəflərilə yanaşı mənfi tərəfləri də ola bilər. Bunun ilk öncə müsbət tərəfi işçinin nə qədər işlədiyinə uyğun ədalətli əməkhaqqı sistemi formalaşdırması olacaq. Mövsümi və hissə-müddətli işlərdə əmək müqavilələrinin rəsmiləşməsi asanlaşacaq. İşəgötürənlər üçün elastik işçi idarəetmə imkanı yaranacaq. Tam doğru tətbiq edilərsə, qeyri-formal məşğulluğu azalda və əmək münasibətlərində şəffaflıq və vergi daxilolmalarında artım yarada bilər.

Mənfi tərəflərinə gəldikdə isə mikro və kiçik sahibkarlar üçün əlavə uçot və hesabat yükü yaradacaq. Sistemə nəzarət mexanizmi zəif olarsa, o zaman bəzi işəgötürənlər istismara yol aça bilər. Bəzi hallarda işçilərə "aylıq yox, çağıranda gəl, saatına verərik" deyərək qeyri-sabit iş şəraiti təklif oluna bilər.

Odur ki, yeni sistemin tanıdılması və başa salınması üçün uzun müddət ictimai maarifləndirmə lazımdır. Əks halda ilk dövrlərdə qarışıqlıq və qeyri-şəffaflığa meyllər arta bilər.

Bu dəyişiklik əmək bazarının real vəziyyətini hüquqi sistemə uyğunlaşdırmaq üçün vacibdir. Məqsəd isə kiminsə qazanməsı və ya itirməsi deyil, sistemin adaptasiyası və çevikliyinin artmasıdır. Amma əsas odur ki, bu keçid düzgün icra olunsun, nəzarət və maarifləndirmə zəif olmasın".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2094   Tarix: 01 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İqlim dəyişikliyi kənd təsərrüfatı üçün ciddi risklərdən birinə çevrilir - AÇIQLAMA

İqlim dəyişikliyi Azərbaycanda kənd təsərrüfatı üçün temperaturun yüksəlməsi, su ehtiyatlarının azalması və quraqlıq, sel və digər ekstremal hava hadisələrinin artması kimi risklər yaradır. Bu amillər məhsuldarlığa və fermerlərin gəlirlərinə təsir etməklə yanaşı, ərzaq qiymətlərində də bahalaşma təzyiq

9 sentyabr
.

Çindən Azərbaycana turist axını 5 % artıb

2026-cı ilin avqust ayında Çindən Azərbaycana gələn turistlərin sayı 5 % artıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Teymur Süleymanzadə "China Southern Airlines" aviaşirkətinin Bakıdakı nümayəndəliyinin fəaliyyətə başlamasını

10 sentyabr
.

Naxçıvanda qadın sahibkarlar 1,4 milyon manatdan artıq güzəştli kredit alıb

İndiyə qədər Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu qadın sahibkarların layihələrinin maliyyələşdirilməsə 1,4 milyon manatdan çox güzəştli kredit ayırıb. "Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvanın iqtisadiyyat naziri Kazım Hüseynəliye

18 sentyabr
.

Azərbaycanda pul bazası 15 %-ə yaxın artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 238,8 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 1,2 % çoxdur. Bununla belə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 7,9 %, son 1 ildə isə 14,8 % artıb

7 sentyabr
.

Bitkoinin qiyməti azalıb

Bitkoinin qiyməti son 24 saatda 0,86% azalaraq 77,3 min ABŞ dollarına bərabər olub. xəbər verir ki, bu barədə "Binance" platforması məlumat yayıb. "Ethereum"un dəyəri isə son sutkada 0,27% artaraq 2475 dollar təşkil edib

11 sentyabr
.

Çində 42 min nəfər təxliyə edilib

Çinin Haynan ada əyalətinin hökuməti güclü yağışlar, eləcə də daşqınlar və geoloji fəlakətlər təhlükəsi səbəbindən 42 mindən çox insanın təxliyəsi barədə göstəriş verib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Yerli hakimiyyət orqanları anormal yağışlarla bağlı ikinci səviyyəl

14 sentyabr
.

Bakıda ətin qiyməti 19 manat oldu

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. Qaynarinfo xəbər verir ki, hazırda ət satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kimi mövsüm dəyişikliyin

22 sentyabr
.

Brent markalı neftin qiyməti bir barel üçün 102 dollara düşdü

Neft qiymətləri düşür və bu, bu həftənin ABŞ ilə İran arasındakı münaqişənin diplomatik yolla həlli istiqamətində səyləri bərpa etmək üçün fürsət yarada biləcəyi gözləntiləri ilə əlaqədardır. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri 1,8

21 sentyabr
.

Yeni tədris ili ilə bağlı məktəbli ailələrinin orta hesabla hansı xərcləri yaranır? - AÇIQLAMA

Yeni tədris ilinin başlaması ilə məktəbli ailələrinin qarşısında ənənəvi olaraq əlavə xərclər yaranır. Məktəbli forması, çanta, dəftərxana ləvazimatları, ayaqqabı və digər zəruri ehtiyacların alınması ailə büdcəsinə ciddi yük yarada bilər. Bu il də müxtəlif məktəb ləvazimatlarının qiymətlərində əvvəlk

15 sentyabr