Ali məktəblərə qəbul prosesində imtahan suallarında olan texniki və məntiqi səhvlərin səbəbi nədir? - AÇIQLAMA

Ali məktəblərə qəbul prosesində imtahan suallarında olan texniki və məntiqi səhvlərin səbəbi nədir? - AÇIQLAMAAli məktəblərə qəbul prosesində imtahan suallarında texniki və məntiqi səhvlərin baş verməsi, təkcə abituriyentlərin nəticələrinə deyil, həm də ölkədə təhsilin keyfiyyətinə, dövlətə və cəmiyyətə olan inamın zəifləməsinə səbəb olur. İmtahan suallarının keyfiyyətsiz hazırlanması zamanı ciddi psixoloji yükə məruz qalan abituriyentlər öz biliklərini tam şəkildə nümayiş etdirə bilmirlər və vaxtı optimal şəkildə idarə edə bilmədikləri üçün ümumi nəticələri aşağı düşür. Problem təkcə bir suala və ya onun texniki səhvinə aid deyil; bu, sistemin şəffaflığı və etibarlılığına olan münasibəti formalaşdıran strateji məsələdir.

Bəs görəsən bu halların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Bu barədə təhsil eksperti Kamran Əsədov Sonxeber.az -a açıqlama verib:

"Dövlət İmtahan Mərkəzinin imtahanlarında son beş ildə hər il orta hesabla 1-3 arasında sualın texniki və ya məzmun baxımından səhv olduğu rəsmi şəkildə etiraf olunub. 2022-ci ildə riyaziyyat fənni üzrə sualın yanlışlığı səbəbilə 4800-dən çox abituriyentə əlavə ballar hesablanmış, 2023-cü ildə isə I qrup imtahanında üç fərqli test variantında sual struktur səhvi ilə təqdim olunmuşdur. Belə hallar təkcə texniki qüsur deyil, planlaşdırma, ekspertiza və cavabdehlik sahəsindəki boşluqları da üzə çıxarır.

Məsələyə hüquqi baxımdan yanaşdıqda, "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 13.1.4-cü bəndində göstərilir ki, təhsil sistemində imtahanların keçirilməsi zamanı şəffaflıq və ədalət prinsipləri qorunmalıdır. Eyni zamanda, Dövlət İmtahan Mərkəzinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktlarda, xüsusilə "İmtahanların keçirilməsi qaydaları haqqında Təlimat"da (DİM, 2020) bildirilir ki, imtahan materialları çoxmərhələli ekspertizasından keçirilməli və mümkün səhvlərin qarşısı qabaqcadan alınmalıdır. Lakin praktika göstərir ki, bu müddəalar kağız üzərində qalsa da, tətbiq baxımından effektiv deyil. Çünki sualların hazırlanması zamanı təkcə fənn üzrə mütəxəssis rəyinə deyil, psixometrik göstəricilərə və istifadəçi davranışlarına əsaslanan testlərin sınaqdan keçirilməsi praktik olaraq həyata keçirilmir.

Sual səhvlərinin mənfi nəticələrindən biri də zamanın itirilməsidir. Abituriyentlər səhv və ya iki mənalı suallar üzərində daha çox vaxt sərf etdikləri üçün digər suallara diqqətlərini yönəldə bilmirlər. Bu isə 3 saatlıq qəbul imtahanının struktur balansını pozur. Zaman itkisi həm abituriyentin psixoloji tarazlığını pozur, həm də nəticəyə birbaşa təsir edir. Bir çox halda abituriyentlər sualın səhv olduğunu dərk etsələr də, onu buraxmaq və keçmək arasında tərəddüd edir, bu isə onların öz planlarına uyğun cavab strategiyasını alt-üst edir.

Müsbət tərəf ondan ibarətdir ki, bəzi hallarda suallarda aşkarlanan texniki səhvlər DİM tərəfindən etiraf olunur və abituriyentlərin xeyrinə qərar qəbul edilir. Bu, ilkin baxışda obyektivliyin qorunduğu görüntüsünü yaratsa da, sualın yanlışlığının imtahan zamanı deyil, yalnız ictimai təzyiqdən sonra etiraf edilməsi problemli yanaşmadır. Dünya təcrübəsində, xüsusilə Almaniya, Cənubi Koreya və Finlandiya kimi ölkələrdə sualların ictimai test mərhələsi olur. Yəni imtahanlardan əvvəl sualların təqribi formaları nümunə olaraq ictimaiyyətə təqdim edilir, müstəqil ekspert rəyinə açıq olur və psixometrik testlər əsasında keyfiyyətli sual bankları formalaşdırılır.

Bu ölkələrdə imtahanların psixoloji və texniki dizaynı üzrə xüsusi ixtisaslaşmış qurumlar mövcuddur. Məsələn, Almaniyada "Institut für Qualitätsentwicklung im Bildungswesen" (IQB) adlı qurum bütün testlərin hazırlanmasına, qiymətləndirilməsinə və tətbiqinə nəzarət edir. Bu yanaşma nəticəsində qəbul imtahanlarında texniki səhv ehtimalı minimuma endirilir və vətəndaşların imtahan sisteminə olan etibarı artır.

Mövcud reallığı dəyişmək üçün əsas məsələ sual tərtibatında şəffaflığı artırmaq və ekspertiza prosesini genişləndirməkdir. Əgər imtahan suallarının hazırlanması prosesində yalnız məhdud sayda şəxsin iştirakı ilə bağlılıq davam edərsə, səhv ehtimalı daima qalacaq. Burada universitetlərin müvafiq kafedraları, fənn müəllimləri və müstəqil ekspertlərdən ibarət açıq platformaların yaradılması zəruridir. Hər sualın test edilmə mərhələsi olmalı, onun psixometrik göstəriciləri — cavab verilmə faizi, vaxt sərfi, anlaşılma dərəcəsi — öncədən pilot testlə yoxlanılmalıdır.

Digər tərəfdən, hüquqi mexanizmlər gücləndirilməli, imtahanlarda texniki səhv baş verdiyi zaman bununla bağlı hüquqi məsuliyyət norması tətbiq edilməlidir. Yəni sual tərtibatında məsuliyyətsizlik nəticəsində yüzlərlə abituriyentin nəticəsinə zərər verən şəxslər inzibati məsuliyyətə cəlb olunmalı, onların növbəti imtahanlarda iştirak hüququ məhdudlaşdırılmalıdır. Bu, məsuliyyət anlayışını gücləndirər və növbəti illər üçün profilaktik rol oynayardı.

İmtahanın nəticəsinə edilən düzəlişlər sadəcə kosmetik addımdır. Əgər abituriyent sualın səhvliyindən dolayı digər suallara diqqət yetirə bilmirsə və nəticədə ümumi balı aşağı düşürsə, sonradan ona əlavə 1 bal yazmaq heç nəyi dəyişmir. Ən effektiv mexanizm – səhvin baş verməməsidir. Bunun üçün isə yalnız təkcə texniki yox, sistemli dəyişikliklərə ehtiyac var.

Nəticədə, qəbul imtahanlarında sual səhvlərinin qarşısının alınması üçün yalnız sual bankının yoxlanması deyil, ümumilikdə test hazırlığı və qiymətləndirmə sisteminin yenidən qurulması tələb olunur. Bu sahədə beynəlxalq təcrübənin tətbiqi, şəffaflıq, çoxmərhələli ekspertiza, pilot testlər və hüquqi məsuliyyət sistemli şəkildə tətbiq olunarsa, imtahanlara olan inam artar, abituriyentlərin psixoloji gərginliyi azalaraq nəticələrdə ədalət təmin olunar. Əks halda, hər il "sualda texniki səhv olub, şagirdlərin xeyrinə qərar verildi" ifadəsi yalnız sistemin qüsurluluğunun rəsmi etirafı kimi qalacaq".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1911   Tarix: 02 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sentyabrın pensiyaları ödənildi

Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd

22 sentyabr
.

Vahid forma, vahid qayda, bərabər imkan: Məktəbli geyimi ətrafında yeni yanaşma

Məktəbli forması haqqında müzakirələri yalnız geyim məsələsi kimi təqdim etmək mövzunun mahiyyətini daraltmaq deməkdir. Əslində vahid məktəbli forması məktəb mühitində bərabərlik, intizam, sosial münasibətlər, valideyn-məktəb əməkdaşlığı, uşağın rahatlığı və təhsil müəssisəsinin daxili mədəniyyəti il

22 sentyabr
.

3-cü kurs tələbəsi əməliyyatda öldü

Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbəsi Fidan Abbaslı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, UFAZ-ın "Kompüter elmləri" ixtisasında 3-cü kursda təhsil alan tələbənin plastik əməliyyat nəticəsində dünyasını dəyişdiyi bildirilib. Məlumata görə, o, burun əməliyyatı zaman

22 sentyabr
.

Sosial şəbəkədə qadınlarla yazışdı, qısqanan arvadını döydü - Məhkəmə qərarı

Masallı rayonunda ailə-məişət zəminində baş vermiş mübahisə zamanı arvadına xəsarət yetirən şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, məhkəmənin araşdırması zamanı müəyyən edilib ki, hadisə 2026-cı ildə Masallı rayonunun Lürən kəndində yerləşən, zərərçəkmiş şəxsin mərhum atasına məxsus evd

22 sentyabr
.

Bu qəzadan xəsarət almadan qurtuldular

Bakı-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 20-si səhər saatlarında "Rizvan" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb. 15-BU-070 dövlət nömrə nişanlı "Mercedes" markal

21 sentyabr
.

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

"Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi yalnız təhsil sisteminin qarşısında dayanan pedaqoji vəzifə deyil, cəmiyyətin gələcəyi ilə birbaşa bağlı olan mühüm sosial məsələdir. Dövlətin davamlı inkişafı, milli dəyərlərin qorunması, ictimai həmrəyliyi

22 sentyabr
.

Sabah 34 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 23-də havanın yağmursuz keçəcəyi, 34 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərd

22 sentyabr
.

"Kristal Estetik" klinikası və direktoru cərimələndi

"Kristal Estetik" klinikasında həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Qaynarinfo xəbər verir ki, araşdırma zamanı "Kristal Estetik"

22 sentyabr
.

Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar

21 sentyabr