Çiyələyi nə qədər yemək olar? - Gündəlik norma
Çiyələk - vitaminlər, antioksidantlar və liflərlə zəngin olan ən sevimli və faydalı giləmeyvələrdən biridir. Lakin hər hansı bir qida məhsulunda olduğu kimi, bunda da ölçünü bilmək vacibdir. Bəs gündə nə qədər çiyələk yemək olar ki, orqanizmə zərər verməsin?
Oxu.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, tanınmış rusiyalı həkim Olqa Tarasova bununla bağlı danışıb.
Onun sözlərinə görə, yetkinlər və uşaqlar üçün çiyələk istehlakının gündəlik norması ümumi sağlamlıq vəziyyətinə görə dəyişir.
"Kişilərə gündə 2 fincandan çox çiyələk (300-400 q) istehlak etməmək tövsiyə olunur. Bir qayda olaraq, kişilər daha yüksək fiziki aktivlik səviyyəsinə malik olduqları üçün qidalanmalarında daha çox giləmeyvə yeyə bilərlər. Qadınların kalori ehtiyacı bir qədər azdır - gündə 1-1,5 fincan (200-250 q) ilə kifayətlənmək lazımdır", - deyə həkim bildirdi.
Ekspertin sözlərinə görə, bir yaşdan üç yaşa qədər uşaqlar gündə təxminən 50-100 q çiyələk yeyə bilərlər - bu təxminən 5-7 orta ölçülü və ya 3-4 böyük giləmeyvədir.
"4-8 yaş arası uşaqlar - gündə təxminən 100-150 q, 9-13 yaş arası uşaqlar - gündə təxminən 150-200 q, 14-18 yaş arası yeniyetmələr gündə təxminən 200-250 q çiyələk istehlak edə bilərlər. Bu yaşda həm oğlanların, həm də qızların kalori qəbulu yetkin qadınla eynidir", - deyə həkim bildirib.
Qeyd edək ki, çiyələk "A", "B", "E" və "C" qrupu vitaminləri, həmçinin yod, dəmir, kalsium, fosfor, manqan, lif, pektin, beta-karotin, fol turşusu və digər faydalı maddələr ehtiva edir. Çiyələk istehlakı immuniteti gücləndirməyə, xroniki və onkoloji xəstəliklərin riskini azaltmağa kömək edir. "B" qrupu vitaminləri mərkəzi sinir sisteminə və beyinə müsbət təsir göstərir. Giləmeyvə həmçinin mədə-bağırsaq sisteminin işini normallaşdıran liflərlə zəngindir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 710 Tarix: 10 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZirzəmidə iki il saxlanılan pendir dünyanın ən yaxşısı seçildi
Fransanın şərqindəki Yura dağlarında yerləşən zirzəmidə düz iki il saxlanılan "Komte" pendiri İspaniyanın Kordova şəhərində keçirilən "World Cheese Awards" müsabiqəsində dünyanın ən yaxşı pendiri adına layiq görülüb. "Qafqazinfo" xəbər verir ki, nüfuzlu müsabiqənin münsiflə
13 noyabrGöbələkləri bişirməzdən əvvəl yumaq lazımdırmı?
Göbələklərin hazırlanması zamanı ən çox mübahisə doğuran məsələlərdən biri onların yuyulmasıdır. Bəzi insanlar göbələkləri suya salmağın onların dadını dəyişdirdiyini düşünür, digərləri isə bişirməzdən əvvəl mütləq yuyulmasını vacib hesab edir. Göbələklərin səthində torpaq və digər çirkləndiricilər qal
12 noyabrPeçenyedə dadı dəyişən gizli səhv bu imiş
Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas
11 noyabrArıqlamaq üçün 18:00-dan sonra yemək yeməyənlərə - Xəbərdarlıq
Endokrinoloq Qriqori Dolquşin arıqlamaq istəyən şəxslərin saat 18:00-dan sonra qidadan tamamilə imtina etməsinin sağlamlıq üçün zərərli olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, həkim bu barədə məlumat paylaşıb. Mütəxəssis izah edib ki, insan acqarına yatdıqda ya gecə yarısı oyanıb yemə
17 noyabrƏvvəl ağ idi: təkər şinləri niyə qara rəngdə istehsal olunur?
Bu gün yollarda gördüyümüz avtomobillərin demək olar ki, hamısının təkərləri qara rəngdədir. Lakin maraqlıdır ki, ilk avtomobil şinləri qara deyil, ağ rəngdə istehsal olunurdu. Bəs zamanla onların rəngi niyə dəyişdi?. xarici mediaya istinadən xəbər verir ki, avtomobil şinlərinin qara rəngdə olmasını
15 noyabrSürücülər payızda avtomobilə niyə sabun parçası qoyurlar? - İnanılmaz SƏBƏB
Adi bir sabun parçası payız aylarında sürücülərin köməyinə çata bilər. Yağışların artması, havanın rütubətlənməsi və temperaturun tez-tez dəyişməsi avtomobil sahibləri üçün əlavə çətinliklər yaradır. Belə hallarda sadə məişət vasitələri də faydalı ola bilər. Məhz buna görə bəzi təcrübəli sürücülər avtomobili
15 noyabrKartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur
Mətbəxdə kartof qaynadarkən dağılmasının və ya isti qabığını soyarkən barmaqlarınızı yandırmağın qarşısını alan sadə bir üsul mövcuddur. Qaynama suyuna əlavə edilən 1 stəkan sirkə kartofun dağılmasının qarşısını alır və qabığının tək toxunuşla soyulmasını təmin edir. xəbər verir ki, kartofun tərkibindək
15 noyabrSatın aldığı qırıq çaydan ona sərvət qazandırdı
İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak
7 noyabr