Planetin ən qorxunc yerlərindən biri - Heyvanları "DAŞA ÇEVİRƏN" göl
Tanzaniyanın şimalında yerləşən Natron gölü - planetin ən sirli və ölümcül göllərindən biri hesab olunur. Onun suyu ammiak qədər yandırıcıdır, pH səviyyəsi isə 10.5-ə çatır. Bu ekstremal şəraitə görə gölün sahillərində ölən heyvanlar kalsiumla örtülərək sanki daşlaşırlar.
Oxu.Az bildirir ki, bu barədə "Live Science" portalında dərc olunan məqalədə qeyd olunub.
Gölün bu qədər təhlükəli olmasına səbəb onun vulkanik mənşəyi və sulara yuyulan natrium-karbonat, həmçinin digər duzlarla zəngin olmasıdır.
Buna baxmayaraq, bəzi canlılar burada yaşamağa uyğunlaşıblar. Natron gölü, dünyanın 75%-ni təşkil edən 1.5-2.5 milyon arası kiçik flaminqonun əsas çoxalma məkanıdır. Flaminqolar göldə yaranan adalarda yuva qurur, onların ayaqlarındakı sərt dəri və pulcuqlar isə kimyəvi yanmalardan qoruyur.
Bundan başqa, göldə bəzi tiplərdə tilapiya balıqları, həmçinin qırmızı rəng verən halofil mikroorqanizmlər və sianobakteriyalar da yaşayır.
Flaminqolar məhz bu mikroorqanizmlərlə qidalandıqları üçün onların lələk örtüyü çəhrayı rəng alır.
2013-cü ildə aparılan tədqiqatlar zamanı alimlər göl sahilində daşlaşmış quş və yarasa qalıqları aşkar ediblər. Onlar göldə ölüb və natrium karbonatın təsiri ilə sanki "mumiyalanıblar".
Bu xüsusiyyətlərinə görə, Natron gölü "Yer kürəsinin ən qorxulu gölü" adlandırılır.
Göldə yay aylarında temperatur 60 dərəcəyə çatır. Cəmi 0,5 metr dərinliyə malik gölün genişliyi isə 15 kilometrə çatır və mövsümə görə dəyişir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2640 Tarix: 10 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZirzəmidə iki il saxlanılan pendir dünyanın ən yaxşısı seçildi
Fransanın şərqindəki Yura dağlarında yerləşən zirzəmidə düz iki il saxlanılan "Komte" pendiri İspaniyanın Kordova şəhərində keçirilən "World Cheese Awards" müsabiqəsində dünyanın ən yaxşı pendiri adına layiq görülüb. "Qafqazinfo" xəbər verir ki, nüfuzlu müsabiqənin münsiflə
13 noyabrGöbələkləri bişirməzdən əvvəl yumaq lazımdırmı?
Göbələklərin hazırlanması zamanı ən çox mübahisə doğuran məsələlərdən biri onların yuyulmasıdır. Bəzi insanlar göbələkləri suya salmağın onların dadını dəyişdirdiyini düşünür, digərləri isə bişirməzdən əvvəl mütləq yuyulmasını vacib hesab edir. Göbələklərin səthində torpaq və digər çirkləndiricilər qal
12 noyabrPeçenyedə dadı dəyişən gizli səhv bu imiş
Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas
11 noyabrArıqlamaq üçün 18:00-dan sonra yemək yeməyənlərə - Xəbərdarlıq
Endokrinoloq Qriqori Dolquşin arıqlamaq istəyən şəxslərin saat 18:00-dan sonra qidadan tamamilə imtina etməsinin sağlamlıq üçün zərərli olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, həkim bu barədə məlumat paylaşıb. Mütəxəssis izah edib ki, insan acqarına yatdıqda ya gecə yarısı oyanıb yemə
17 noyabrƏvvəl ağ idi: təkər şinləri niyə qara rəngdə istehsal olunur?
Bu gün yollarda gördüyümüz avtomobillərin demək olar ki, hamısının təkərləri qara rəngdədir. Lakin maraqlıdır ki, ilk avtomobil şinləri qara deyil, ağ rəngdə istehsal olunurdu. Bəs zamanla onların rəngi niyə dəyişdi?. xarici mediaya istinadən xəbər verir ki, avtomobil şinlərinin qara rəngdə olmasını
15 noyabrSürücülər payızda avtomobilə niyə sabun parçası qoyurlar? - İnanılmaz SƏBƏB
Adi bir sabun parçası payız aylarında sürücülərin köməyinə çata bilər. Yağışların artması, havanın rütubətlənməsi və temperaturun tez-tez dəyişməsi avtomobil sahibləri üçün əlavə çətinliklər yaradır. Belə hallarda sadə məişət vasitələri də faydalı ola bilər. Məhz buna görə bəzi təcrübəli sürücülər avtomobili
15 noyabrKartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur
Mətbəxdə kartof qaynadarkən dağılmasının və ya isti qabığını soyarkən barmaqlarınızı yandırmağın qarşısını alan sadə bir üsul mövcuddur. Qaynama suyuna əlavə edilən 1 stəkan sirkə kartofun dağılmasının qarşısını alır və qabığının tək toxunuşla soyulmasını təmin edir. xəbər verir ki, kartofun tərkibindək
15 noyabrSatın aldığı qırıq çaydan ona sərvət qazandırdı
İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak
7 noyabr