Zeytun yağı həmişə faydalı olmaya bilər

Zeytun yağı həmişə faydalı olmaya bilərAçılış olein turşusu ilə bağlıdır, hansı ki, yağın tərkibində mövcuddur. Olein turşusu yağın tərkibində piy hüceyrələrinin yaranmasını stimullaşdırır.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, yağın tərkibində olan yağ turşusu - olein turşusu orqanizmdə yeni piy hüceyrələrinin yaranmasını stimullaşdırır. Bu isə zamanla piy ehtiyatlarının artmasına və arzuolunmaz çəki artımına səbəb ola bilər.

Məqalədə bildirilir ki, əvvəllər bu yağ turşusu ilə əlaqəli çəki artımının səbəbi onun olduğu məhsulların yüksək kalorili olması ilə izah olunurdu. Lakin Oklahoma Universitetinin, Yale Universitetinin və Nyu-York Universitetinin tibb alimləri birgə apardıqları yeni tədqiqatda bunun belə olmadığını müəyyən ediblər.

Alimlərin qənaətinə görə, ürək və xolesterin üçün faydalı hesab edilən və Aralıq dənizi pəhrizinin əsas tərkib hissəsi olan mono-doymamış yağ turşusu olan olein turşusu, həddindən artıq qəbul edildikdə AKT2 adlı siqnal zülalının artıq sintezini stimullaşdırır və LXR adlı tənzimləyici zülalın fəaliyyətini azaldır. Nəticədə piy hüceyrələrinin öncülləri olan hüceyrələrin aktiv çoxalması baş verir və onlar yeni piy hüceyrələrinə çevrilir.

"Biz bilirik ki, piylərin növləri piylənmə epidemiyası dövründə dəyişib. Biz öyrənmək istədik: piylənmə sadəcə yağlı qidaların çox yeyilməsi ilə bağlıdır, yoxsa konkret yağ turşularının tərkibindən asılıdır". Qeyd edilir ki, olein turşusu zeytun yağının əsas yağ komponentidir. Bundan əlavə, günəbaxan, avokado, yerfındığı yağlarında və bir çox heyvan yağlarında da mövcuddur. Uzunmüddətli saxlanmanı təmin etdiyinə görə, yüksək oleinli yağlar kommersiya məhsullarında və fast-fud sənayesində geniş istifadə olunur.

Bu araşdırmada siçanlara müxtəlif yağ tipləri - donuz piyi, kokos yağı, süd yağları - ilə zəngin qidalar verilib. Tədqiq olunan yağ turşuları arasında yalnız olein turşusu piy hüceyrələrinin inkişaf mexanizmini aktivləşdirib. Bu da piy hüceyrələrinin öncüllərinin (APC) sayının artmasına və onların daha sürətli yetişməsinə səbəb olub.

Eyni bioloji dəyişikliklər laboratoriya şəraitində insan APC hüceyrələrində də müşahidə olunub. Normal şəraitdə bu proses - adipoqenez - təbii, faydalı və nəzarət olunan bir prosesdir. Mövcud piy hüceyrələri dolduqda, yeni hüceyrələrin yaranması üçün siqnal ötürülür. "Yuxuda olan" APC-lər aktivləşir və yeni piy hüceyrələrinə çevrilir ki, bu da enerji ehtiyatlarının təhlükəsiz saxlanmasına imkan yaradır.

Beləliklə, fərdi hüceyrələrin həddindən artıq dolmasının və parçalanmasının qarşısı alınır. Əks halda, piy qana, qaraciyərə və əzələlərə qarışa bilər ki, bu da sağlamlıq üçün ciddi nəticələrə səbəb ola bilər. Lakin tədqiqatçılar müəyyən ediblər ki, olein turşusunun həddindən artıq qəbulu bu təhlükəsizlik mexanizmini "pozur", artıq ehtiyac olmayan halda belə yeni APC-lərin yaranmasını və aktivləşməsini stimullaşdırır.

"Piy hüceyrələrini ordu kimi təsəvvür edə bilərsiniz. Olein turşusu qəbul etdikdə əvvəlcə orduda "əsgərlərin" sayı artır - bu isə artıq qidaların saxlanması üçün böyük imkan yaradır. Zaman keçdikcə qida artıq olduqca piylənmə baş verir ki, bu da ürək-damar xəstəliklərinə və diabetə səbəb ola bilər".

Bundan başqa, tədqiqatlar göstərir ki, piy hüceyrələrinin epigenetik "əzələ yaddaşı" var: onlar əmələ gəldikdən sonra arıqlama zamanı tam yox olmurlar, sadəcə ölçüləri kiçilir və illərlə bu vəziyyətdə qala bilirlər. Bu isə arıqlamağı çətinləşdirir, əksinə çəki yığmağı asanlaşdırır. Beləliklə, olein turşusu piy hüceyrələrinin sayını və aktivliyini artırmaqla piy toxumasını gələcək yağ yığımına hazırlayır.

"Məncə əsas mesaj moderasiya və müxtəlif mənbələrdən yağların qəbuludur. Olein turşusunun balanslı səviyyələri faydalıdır, lakin yüksək və uzunmüddətli qəbulu zərərli ola bilər. Əgər insanın ürək xəstəliyi riski varsa, olein turşusunu çox qəbul etmək yaxşı fikir deyil", - Rudolf vurğulayıb.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 962   Tarix: 11 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ayla bağlı yeni kəşf: Alimləri təəccübləndirən an

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi 2024-cü ildə yaranan və diametri 22 metr olan yeni krater kəşf edib. xəbər verir ki, bu bu barədə ABŞ aerokosmik agentliyi məlumat yayıb. Bildirilib ki, "Science Advances" elmi jurnalının mütəxəssisləri bu tapıntını Günəş sistemində indiyədə

17 sentyabr
.

Argentina hərbi gəmisində "yoxa çıxan" qadın dənizçi görüntüləri gündəm oldu - VİDEO

Argentinaya məxsus ARA Libertad təlim gəmisində çəkilən görüntülər sosial mediada marağa səbəb olub. xarici mediaya istinadla xəbər verir ki, gəmidə müsahibə zamanı kameranın qarşısından keçən qadın dənizçinin bir neçə saniyə sonra görüntüdə görünməməsi izləyənlərin diqqətini çəkib. Argentina Hərbi Dəni

21 sentyabr
.

Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər

Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən

20 sentyabr
.

Qorxulu yuxuların səbəbi - Açıqlandı

İnsanlarda yuxu pozuntusuna səbəb olan amillər və gecə kabuslarının əsas yaranma səbəbləri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim Karema Maqomedova danışıb. Onun sözlərinə görə, gecə kabusları müxtəlif nevroloji pozuntular, o cümlədən yuxu zamanı tənəffüs pozuntuları səbəbində

18 sentyabr
.

Stüardessalardan XƏBƏRDARLIQ: hətta isti havada da təyyarədə bunu geyinməyin

İlk baxışdan şort isti havada uçuş üçün rahat seçim kimi görünür. Lakin stüardessaların sözlərinə görə, açıq qalan dəri uçuşlar arasında düşündüyümüz qədər yaxşı təmizlənməyən səthlərlə təmasda ola bilər. xarici mediaya istinadən xəbər verir ki,istifadəçilər orta oturacaqda şortla əyləşdiyini, hər ik

21 sentyabr
.

Telefon şarjda olarkən yanında yatmaq təhlükəlidirmi?

Telefonun şarjda olarkən yanında yatmağın sağlamlığa zərərli olması ilə bağlı çoxsaylı fikirlər yayılıb. Həkimlər isə bildirirlər ki, bu mövzuda ən böyük risk radiasiyadan deyil, daha çox elektrik, qızma və nasaz şarj cihazlarından qaynaqlanır. xəbər verir ki, bu günə qədər aparılan araşdırmalar mobi

20 sentyabr
.

Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq

Düyünü bahalı inqrediyentlərdən istifadə etmədən dənə-dənə, ətirli və dadlı bişirmək mümkündür. Peşəkar aşpazların istifadə etdiyi sadə üsullardan biri bişirmə zamanı düyüyə az miqdarda bitki yağı əlavə etməkdir. xarici mediaya istinadən xəbər verir ki, bir stəkan quru düyüyə təxminən bir xörək qaşığ

17 sentyabr
.

Toyda bəy özündən çıxdı: Tortu YERƏ ÇIRPDI - VİDEO

Toy mərasimində baş verən gözlənilməz hadisə sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub. xəbər verir ki, görüntülərdə tort kəsimi zamanı bəy və gəlin arasında gərgin anların yaşandığı görünür. İddiaya görə, gəlinin hərəkətindən əsəbiləşən gənc oğlan özündən çıxaraq toy tortunu yerə çırpıb. Hadis

19 sentyabr
.

Süni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video

"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları

20 sentyabr