Gündə nə qədər gilas yemək olar? - Həkimdən vacib tövsiyələr
Gözoxşayan rəngi və şirin dadı ilə sevilən gilasın orqanizmə bir çox faydası olsa da, onun miqdarı düzgün tənzimlənməlidir. Gündə 200 qramdan artıq gilas yemək sağlamlıq üçün zərərdir.
Oxu.Az bildirir ki, bu barədə rusiyalı həkim Olqa Tarasova gazeta.ru-ya müsahibəsində xəbərdarlıq edib.
Onun sözlərinə görə, sağlam yetkinlər gündə 200 qram gilas yeyə bilər.
"Lakin şəkərli diabet və ya qıcıqlanmış bağırsaq sindromu olan şəxslər bu miqdarı 150 qramla məhdudlaşdırmalıdırlar. Pankreatitin (mədəaltı vəzi iltihabı) kəskinləşməsi zamanı isə gilasdan tamamilə imtina edilməlidir", - deyə mütəxəssis bildirib.
Tarasova bildirir ki, gilas tərkibindəki 1,6 qram liflə bağırsaq fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını alır və probiotik təsir göstərərək faydalı bakteriyaların artmasına şərait yaradır. Bundan əlavə, meyvənin tərkibindəki antosian piqmentləri mədə selikli qişada iltihabı azaldır, aşağı turşuluğu isə onu hətta qastriti olanlar üçün də təhlükəsiz edir.
"Gilas həmçinin qaraciyərin dostudur: tərkibindəki xlorogen turşusu oksidləşdirici stresi azaldır və detoks prosesini dəstəkləyir", - deyə o bildirib.
Həkim gilasın əsas yeməklə birlikdə yeyilməməsini tövsiyə edir:
"Gilası ya yeməkdən 30 dəqiqə əvvəl, ya da 1,5 saat sonra yemək lazımdır ki, dispepsik narahatlıqlar yaranmasın", - deyə mütəxəssis xəbərdarlıq edib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 749 Tarix: 15 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İsti vurması zamanı nə etməli? - Həyat qurtaran vacib qaydalar
İsti havalarda orqanizmin həddindən artıq qızması qısa müddətdə həyati təhlükə yaradan isti vurmasına çevrilə bilər. Xüsusilə uşaqlarda bu vəziyyət böyüklərlə müqayisədə daha sürətlə inkişaf edə bilər. xəbər verir ki, isti vurması yalnız açıq havada, birbaşa günəş altında baş vermir. Havasız və çox ist
9 avqustVenerada müəmmalı halqalar aşkarlandı
Alimlər Veneranın atmosferinin yuxarı qatlarında nəhəng konsentrik halqalar aşkar ediblər. Bu halqalar planetin Günəş işığı düşən yarımkürəsinin böyük hissəsini əhatə etsə də, adi əks olunmuş işıqda görünməyib və yalnız xətti polyarizasiya üsulu ilə aparılan müşahidələr zamanı üzə çıxıb. xarici mediay
29 iyulMauro İkardi sevgilisi ilə idman zalından görüntülər paylaşdı - VİDEO
Türkiyənin "Qalatasaray" klubunun sabiq ulduz futbolçusu Mauro İkardi şəxsi həyatı və sosial media paylaşımları ilə yenidən diqqət mərkəzinə düşüb. xarici mediaya istinadla xəbər verir ki, futbolçu sevgilisi, aktrisa China Suárez ilə birlikdə idman zalında məşq etdiyi anları sosial şəbəkə hesabınd
31 iyulAilədə neçənci uşaq olmağımız sağlamlığımıza təsir edirmiş
Yeni və genişmiqyaslı araşdırma doğum sırası ilə müxtəlif xəstəliklərin inkişaf riski arasında əvvəllər düşünüldüyündən daha geniş əlaqənin olduğunu ortaya qoyub. "Qafqazinfo" xəbər verir ki, "Nature Health" jurnalında dərc olunan araşdırmada iki uşaqlı ailələrdən 10 milyondan ço
7 avqustAlimlər insan ömrünün maksimum həddini açıqladı - 150-190 il
İnsan ömrünün nə qədər uzadıla biləcəyi ilə bağlı araşdırmalar davam edir. xəbər verir ki, Rusiyanın Skolkovo Elm və Texnologiya İnstitutunun alimləri apardıqları yeni tədqiqatda insan orqanizminin nəzəri olaraq çata biləcəyi maksimum ömür həddini müəyyənləşdirməyə çalışıblar. Kompüter simulyasiyaların
1 avqustYayın ən bərəkətli tərəvəzi: Kolundan DƏRDİKCƏ YENİSİ GƏLİR
Xiyarda yüksək məhsuldarlığın sirri təkcə suvarma və gübrələmə deyil. Mütəxəssislər yetişən məhsulların müntəzəm olaraq yığılmasının bitkinin yeni meyvə verməsini dəstəklədiyini bildirirlər. Düzgün yığım üsulu ilə yay boyu bol məhsul əldə etmək mümkündür. xəbər verir ki, xiyar becərilməsində yüksək məhsuldarlı
9 avqust