Paltaryuyan maşının qapısını açıq saxlamaq olmaz - SƏBƏB

Paltaryuyan maşının qapısını açıq saxlamaq olmaz - SƏBƏBBəzi istifadəçilər hələ də paltaryuyan maşının yuyulma dövrü bitdikdən sonra qapısının açıq saxlanmasının düzgün olub-olmadığını müzakirə edirlər. Kimisi göbələk yaranmasın, xoşagəlməz qoxu əmələ gəlməsin deyə, barabanın bütün daxili hissələrini quru silir. Digərləri isə, əksinə, qapını növbəti yuyulmaya qədər möhkəm bağlayır və bu barədə narahat olmur. Bəs əslində necə olmalıdır?

Sonxeber.az Lent.az-a istinadən bununla bağlı məlumatları təqdim edir:

Təcrübəli ustaların çoxu belə hesab edir ki, paltaryuyan maşının qapısını açıq saxlamağa ehtiyac yoxdur, çünki zavod tərəfindən barabanın lazımi ventilyasiyası artıq təmin olunub. Bundan başqa, qapının daima açıq qalması avadanlığın işləməsində bir sıra problemlərə səbəb ola bilər.

Qapının sallanması

İlk növbədə, paltaryuyan maşının qapısı su sızmasının qarşısını almaq üçün hermetikliyi təmin edən elementdir. Onun başqa funksiyası yoxdur. Adətən qalın möhkəmləndirilmiş şüşədən hazırlanır, buna görə də ağır qapı açıq vəziyyətdə asanlıqla sallana bilər.

Qapını saxlayan menteşələr tez-tez kövrək alüminium ərintilərindən hazırlanır və belə yüklərə hesablanmayıb. Bu isə başqa xoşagəlməz problemə gətirib çıxarır.

Qapı kilidinin nasazlıqları

Qapı öz çəkisinə görə tədricən aşağı sallandığı üçün elektron kilidin oxu ilə qapıdakı kilid dilciyinin oxu zamanla üst-üstə düşmür. Nəticədə dilcik kilidə tam keçmir və qapını sıx bağlaya bilmir. Bu isə həm qapı kilidinin mexanizminin sürətli aşınmasına, həm də qapının bağlanma səhvlərinə və hətta kilidlərin tutulmasına gətirib çıxarır.

Maşında qalan suyun əsas funksiyası

Barabanın içini süni şəkildə qurudaraq, siz həm də maşının konstruktiv xüsusiyyətlərini poza bilərsiniz. Məsələ ondadır ki, paltaryuyan maşının içində həmişə müəyyən miqdarda su (təxminən 0,5 - 2 litr) qalmalıdır. Bu, istehsalçı tərəfindən nəzərdə tutulub.

Yuyulmadan sonra içəridə qalan su hidrobarmaqlıq (hidrozatvor) funksiyasını yerinə yetirir. Bu, daxili mexanizmləri, o cümlədən boruları və nasosu havalanmadan qoruyur. Bundan başqa, maşının içindəki su yuyulmadan sonra qalan toz, parça lifləri və digər kiçik zibillərin növbəti yuyulmada asanlıqla yuyulub getməsi üçün lazımdır. Əgər qapını daim açıq saxlasanız, bu hissəciklər quruyur və istilik elementlərinin (TEN) səthində yığılmağa başlayır, bu da onların xidmət müddətini azaldır.

Vertikal yükləməli maşınlarda vəziyyət necədir?

Sadalanan problemlərin demək olar ki, hamısı vertikal yükləməli paltaryuyan maşınlara da aiddir. Qapı konstruksiyası fərqli olsa da, onları da yuyulma dövrləri arasında açıq saxlamaq tövsiyə olunmur. Üstəlik, vertikal maşınların qapaqları adətən boş konstruksiyalı olur. Buna görə də belə maşınlarda başqa problem də yarana bilər.

Qapaq daim açıq qaldıqda, yuyulma zamanı içəridə yığılan nəm menteşələrə axır və yağlayıcını yuyub aparır. Zamanla bu, menteşələrin korroziyasına səbəb olur və qapaq boşalır.

Və sonda

Tez-tez açıq qalan qapının təsadüfi zədələnmə riski də artır. Çox vaxt uşaqlar qapıya söykənərək onun menteşələrini qırırlar. Ev heyvanları da problem yarada bilər: itlər yumşaq rezin manjeti gəmirir, pişiklər isə barabanın içinə girirlər. Nəticədə barabanda tük yığılır və bu da nasos filtrini vaxtından əvvəl tıxaya bilər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1198   Tarix: 15 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zirzəmidə iki il saxlanılan pendir dünyanın ən yaxşısı seçildi

Fransanın şərqindəki Yura dağlarında yerləşən zirzəmidə düz iki il saxlanılan "Komte" pendiri İspaniyanın Kordova şəhərində keçirilən "World Cheese Awards" müsabiqəsində dünyanın ən yaxşı pendiri adına layiq görülüb. "Qafqazinfo" xəbər verir ki, nüfuzlu müsabiqənin münsiflə

13 noyabr
.

Göbələkləri bişirməzdən əvvəl yumaq lazımdırmı?

Göbələklərin hazırlanması zamanı ən çox mübahisə doğuran məsələlərdən biri onların yuyulmasıdır. Bəzi insanlar göbələkləri suya salmağın onların dadını dəyişdirdiyini düşünür, digərləri isə bişirməzdən əvvəl mütləq yuyulmasını vacib hesab edir. Göbələklərin səthində torpaq və digər çirkləndiricilər qal

12 noyabr
.

Peçenyedə dadı dəyişən gizli səhv bu imiş

Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas

11 noyabr
.

Kərə yağını kimlər yeməməlidir? - Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunsa da, hər kəs üçün eyni dərəcədə uyğun deyil. Süd zülalına allergiyası, yüksək xolesterini və ürək-damar xəstəlikləri olan şəxslər bu məhsulun istifadəsinə xüsusi diqqət yetirməlidirlər. Kərə yağında doymuş yağların miqdarı yüksəkdir. Onların həddində

14 noyabr
.

Arıqlamaq üçün 18:00-dan sonra yemək yeməyənlərə - Xəbərdarlıq

Endokrinoloq Qriqori Dolquşin arıqlamaq istəyən şəxslərin saat 18:00-dan sonra qidadan tamamilə imtina etməsinin sağlamlıq üçün zərərli olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, həkim bu barədə məlumat paylaşıb. Mütəxəssis izah edib ki, insan acqarına yatdıqda ya gecə yarısı oyanıb yemə

17 noyabr
.

Əvvəl ağ idi: təkər şinləri niyə qara rəngdə istehsal olunur?

Bu gün yollarda gördüyümüz avtomobillərin demək olar ki, hamısının təkərləri qara rəngdədir. Lakin maraqlıdır ki, ilk avtomobil şinləri qara deyil, ağ rəngdə istehsal olunurdu. Bəs zamanla onların rəngi niyə dəyişdi?. xarici mediaya istinadən xəbər verir ki, avtomobil şinlərinin qara rəngdə olmasını

15 noyabr
.

Sürücülər payızda avtomobilə niyə sabun parçası qoyurlar? - İnanılmaz SƏBƏB

Adi bir sabun parçası payız aylarında sürücülərin köməyinə çata bilər. Yağışların artması, havanın rütubətlənməsi və temperaturun tez-tez dəyişməsi avtomobil sahibləri üçün əlavə çətinliklər yaradır. Belə hallarda sadə məişət vasitələri də faydalı ola bilər. Məhz buna görə bəzi təcrübəli sürücülər avtomobili

15 noyabr
.

Kartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur

Mətbəxdə kartof qaynadarkən dağılmasının və ya isti qabığını soyarkən barmaqlarınızı yandırmağın qarşısını alan sadə bir üsul mövcuddur. Qaynama suyuna əlavə edilən 1 stəkan sirkə kartofun dağılmasının qarşısını alır və qabığının tək toxunuşla soyulmasını təmin edir. xəbər verir ki, kartofun tərkibindək

15 noyabr
.

Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı

İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak

7 noyabr