Uğurlu insanlar nəyə görə düyməli telefonlardan istifadə edir - Bilmədiyimizi bilirlər?

Uğurlu insanlar nəyə görə düyməli telefonlardan istifadə edir - Bilmədiyimizi bilirlər?21-ci əsrdə iOS və ya Android əməliyyat sistemli sensor telefonlar orta statistik insan üçün adi bir qurğuya çevrilib. Düyməli telefonlar isə çoxlarının fikrincə artıq keçmişin əşyasıdır – ya yaşlı insanlar, ya da maddi imkanı zəif olanlar üçün nəzərdə tutulur.

Ancaq elə uğurlu insanlar da var ki, şəxsi biznesləri və milyonlarla vəsaitləri olsa da, yenə də məhz belə sadə cihazlardan istifadə edirlər. Onlar sensorlu və düyməli telefon arasındakı əsas fərqləri yaxşı bilirlər.

Smartfonla düyməli telefon arasında fərq nədədir?

Texniki detallara varmadan belə, hər iki cihazın iş prinsipi ilə tanış olduqda bir məqam aydın olur: smartfon istifadəçiyə daha çox interaktiv imkan təqdim edir. Smartfonlar internetə çıxış, kamera, messencerlər, sosial şəbəkələr və saysız tətbiqlərlə zəngindir.

Düyməli telefonlarda isə əsas funksiyalar zəng, SMS göndərmək, bəzən zəif keyfiyyətli kamera, səs yazmaq və ya "ilan" oyunudur. İnternetə çıxış isə ya ümumiyyətlə yoxdur, ya da olduqca məhduddur.

Bəs niyə uğurlu insanlar yenidən düyməli telefonlara qayıdır?

Əsas səbəb – təhlükəsizlikdir.

Uğurlu və özəl həyatını qorumağa çalışan insanlar üçün məlumatların toplanması böyük risk hesab olunur. Smartfonlar istifadəçinin demək olar ki, bütün fəaliyyətini izləyir – harada olduğunu, nə aldığını, hansı mövzularda maraqlandığını, hansı videolara baxdığını və sair.

Bu isə həm texnoloji nəhənglərin informasiya idarəçiliyi baxımından, həm də kiberhücum və fırıldaqçılar baxımından risk yaradır. Əgər smartfon və ya onunla əlaqəli hesablar hack olunarsa, şəxsi məlumatlar, fotoşəkillər, bank məlumatları və s. üçüncü şəxslərin əlinə keçə bilər.

Düyməli telefonda isə belə bir şey mümkün deyil – o, sadəcə zəng edir, işləyir və heç bir məlumat toplamır. Bu cihazlar sadədir, dayanıqlıdır və batareya ömrü baxımından da üstünlük təşkil edir. Hətta zarafatla deyildiyi kimi: "Düyməli telefon yerə düşsə, döşəmə sınar, özü yox".

Nəticə

Hansı cihazın sizin üçün daha yaxşı olduğuna yalnız siz qərar verə bilərsiniz. Əgər şəxsi təhlükəsizlik və sadəlik sizin üçün prioritetdirsə, düyməli telefona keçid sizin üçün daha uyğun ola bilər. Ancaq gündəlik iş və həyatınız üçün smartfon funksiyaları zəruridirsə və məlumat toplanması sizi narahat etmirsə, müasir cihazdan istifadə etməyə davam edə bilərsiniz./Qaynarinfo


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1777   Tarix: 16 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zirzəmidə iki il saxlanılan pendir dünyanın ən yaxşısı seçildi

Fransanın şərqindəki Yura dağlarında yerləşən zirzəmidə düz iki il saxlanılan "Komte" pendiri İspaniyanın Kordova şəhərində keçirilən "World Cheese Awards" müsabiqəsində dünyanın ən yaxşı pendiri adına layiq görülüb. "Qafqazinfo" xəbər verir ki, nüfuzlu müsabiqənin münsiflə

13 noyabr
.

Göbələkləri bişirməzdən əvvəl yumaq lazımdırmı?

Göbələklərin hazırlanması zamanı ən çox mübahisə doğuran məsələlərdən biri onların yuyulmasıdır. Bəzi insanlar göbələkləri suya salmağın onların dadını dəyişdirdiyini düşünür, digərləri isə bişirməzdən əvvəl mütləq yuyulmasını vacib hesab edir. Göbələklərin səthində torpaq və digər çirkləndiricilər qal

12 noyabr
.

Peçenyedə dadı dəyişən gizli səhv bu imiş

Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas

11 noyabr
.

Kərə yağını kimlər yeməməlidir? - Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunsa da, hər kəs üçün eyni dərəcədə uyğun deyil. Süd zülalına allergiyası, yüksək xolesterini və ürək-damar xəstəlikləri olan şəxslər bu məhsulun istifadəsinə xüsusi diqqət yetirməlidirlər. Kərə yağında doymuş yağların miqdarı yüksəkdir. Onların həddində

14 noyabr
.

Arıqlamaq üçün 18:00-dan sonra yemək yeməyənlərə - Xəbərdarlıq

Endokrinoloq Qriqori Dolquşin arıqlamaq istəyən şəxslərin saat 18:00-dan sonra qidadan tamamilə imtina etməsinin sağlamlıq üçün zərərli olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, həkim bu barədə məlumat paylaşıb. Mütəxəssis izah edib ki, insan acqarına yatdıqda ya gecə yarısı oyanıb yemə

17 noyabr
.

Əvvəl ağ idi: təkər şinləri niyə qara rəngdə istehsal olunur?

Bu gün yollarda gördüyümüz avtomobillərin demək olar ki, hamısının təkərləri qara rəngdədir. Lakin maraqlıdır ki, ilk avtomobil şinləri qara deyil, ağ rəngdə istehsal olunurdu. Bəs zamanla onların rəngi niyə dəyişdi?. xarici mediaya istinadən xəbər verir ki, avtomobil şinlərinin qara rəngdə olmasını

15 noyabr
.

Sürücülər payızda avtomobilə niyə sabun parçası qoyurlar? - İnanılmaz SƏBƏB

Adi bir sabun parçası payız aylarında sürücülərin köməyinə çata bilər. Yağışların artması, havanın rütubətlənməsi və temperaturun tez-tez dəyişməsi avtomobil sahibləri üçün əlavə çətinliklər yaradır. Belə hallarda sadə məişət vasitələri də faydalı ola bilər. Məhz buna görə bəzi təcrübəli sürücülər avtomobili

15 noyabr
.

Kartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur

Mətbəxdə kartof qaynadarkən dağılmasının və ya isti qabığını soyarkən barmaqlarınızı yandırmağın qarşısını alan sadə bir üsul mövcuddur. Qaynama suyuna əlavə edilən 1 stəkan sirkə kartofun dağılmasının qarşısını alır və qabığının tək toxunuşla soyulmasını təmin edir. xəbər verir ki, kartofun tərkibindək

15 noyabr
.

Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı

İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak

7 noyabr