Yıxım qərarına baxmayaraq evini sökdürməyən adam, onun üstünə 10 mərtəbəli nəhəng piramida tikdi
Çinin cənub-qərbində yaşayan 42 yaşlı Chen Tianming yerli hakimiyyət orqanlarının qərarlarına qarşı çıxaraq evinin üzərinə tam 10 mərtəbəli, piramida formasında nəhəng bir tikili inşa edib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Guizhou əyalətində yerləşən kəndi 2018-ci ildə lüks bir kurort layihəsi üçün tamamilə sökülüb. Bölgədə teatr salonları və süni göllərin daxil olduğu genişmiqyaslı bir turizm kompleksi planlaşdırılıb. Lakin Chenin ailəsi babasının 1980-ci illərdə tikdiyi evi tərk etmək istəməyib.
Rəsmilər evi sökməyə çalışsa da Chen buna icazə verməyib. O, illər ərzində tikintini davam etdirərək nəhayət 10 mərtəbəli, piramida formalı, eyvanlar, taxta sütunlar, pilləkənlər və əlavə hissələrlə zəngin bir qülləyə çevrilən qeyri-adi bir tikili ortaya çıxarıb.
Chenin evi rəsmi olaraq qanunsuz elan edilib və ilkin təkmərtəbəli ev istisna olmaqla qalan bütün tikililərin sökülməsi barədə qərar verilib. Lakin Chen qərarlıdır:
"Heç kim bu evi yıxa bilməz. Biz illərdir burada yaşayırıq. Artıq kurort layihəsi də olmayacaq, bəs evimi niyə söksünlər?"
Gecələr fənərlərlə işıqlandırılan bu maraqlı tikili turistlərin də diqqətini çəkməyə başlayıb. Yerli sakinlər binanın gözəl göründüyünü və əgər təhlükəsizlik baxımından problem yoxdursa, rəsmi bir simvola çevrilə biləcəyini düşünür.
Bəzi Çin media orqanları bu qeyri-adi evi məşhur yapon animatoru Hayao Miyazakinin filmlərindəki fantastik tikililərə bənzədir. ABŞ-ın Florida ştatında da bir adam, qonşularının mənzərəsini bağlamaq üçün qəribə bir qüllə tikmişdi və "əgər narahat olublarsa, nə xoş" deyərək diqqət çəkməyə çalışmışdı.
Amma Chenin hekayəsi tamamilə fərqlidir: bütün kənd sökülüb, qonşular köçüb, amma o hələ də evində dirəniş göstərir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1215 Tarix: 18 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZirzəmidə iki il saxlanılan pendir dünyanın ən yaxşısı seçildi
Fransanın şərqindəki Yura dağlarında yerləşən zirzəmidə düz iki il saxlanılan "Komte" pendiri İspaniyanın Kordova şəhərində keçirilən "World Cheese Awards" müsabiqəsində dünyanın ən yaxşı pendiri adına layiq görülüb. "Qafqazinfo" xəbər verir ki, nüfuzlu müsabiqənin münsiflə
13 noyabrGöbələkləri bişirməzdən əvvəl yumaq lazımdırmı?
Göbələklərin hazırlanması zamanı ən çox mübahisə doğuran məsələlərdən biri onların yuyulmasıdır. Bəzi insanlar göbələkləri suya salmağın onların dadını dəyişdirdiyini düşünür, digərləri isə bişirməzdən əvvəl mütləq yuyulmasını vacib hesab edir. Göbələklərin səthində torpaq və digər çirkləndiricilər qal
12 noyabrPeçenyedə dadı dəyişən gizli səhv bu imiş
Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas
11 noyabrArıqlamaq üçün 18:00-dan sonra yemək yeməyənlərə - Xəbərdarlıq
Endokrinoloq Qriqori Dolquşin arıqlamaq istəyən şəxslərin saat 18:00-dan sonra qidadan tamamilə imtina etməsinin sağlamlıq üçün zərərli olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, həkim bu barədə məlumat paylaşıb. Mütəxəssis izah edib ki, insan acqarına yatdıqda ya gecə yarısı oyanıb yemə
17 noyabrƏvvəl ağ idi: təkər şinləri niyə qara rəngdə istehsal olunur?
Bu gün yollarda gördüyümüz avtomobillərin demək olar ki, hamısının təkərləri qara rəngdədir. Lakin maraqlıdır ki, ilk avtomobil şinləri qara deyil, ağ rəngdə istehsal olunurdu. Bəs zamanla onların rəngi niyə dəyişdi?. xarici mediaya istinadən xəbər verir ki, avtomobil şinlərinin qara rəngdə olmasını
15 noyabrSürücülər payızda avtomobilə niyə sabun parçası qoyurlar? - İnanılmaz SƏBƏB
Adi bir sabun parçası payız aylarında sürücülərin köməyinə çata bilər. Yağışların artması, havanın rütubətlənməsi və temperaturun tez-tez dəyişməsi avtomobil sahibləri üçün əlavə çətinliklər yaradır. Belə hallarda sadə məişət vasitələri də faydalı ola bilər. Məhz buna görə bəzi təcrübəli sürücülər avtomobili
15 noyabrKartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur
Mətbəxdə kartof qaynadarkən dağılmasının və ya isti qabığını soyarkən barmaqlarınızı yandırmağın qarşısını alan sadə bir üsul mövcuddur. Qaynama suyuna əlavə edilən 1 stəkan sirkə kartofun dağılmasının qarşısını alır və qabığının tək toxunuşla soyulmasını təmin edir. xəbər verir ki, kartofun tərkibindək
15 noyabrSatın aldığı qırıq çaydan ona sərvət qazandırdı
İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak
7 noyabr