ABŞ-də itən bir yaşlı qız üç il sonra sağ tapıldı
ABŞ-də bir yaşında ikən qaçırılan Blessinq Vasso adlı qız təxminən üç il sonra sağ-salamat tapılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Məlumata görə, Blessinq bir yaşında olarkən anası Erika ilə birlikdə Çikaqodakı parkların birində yoxa çıxıb. Uşaq həmin vaxt İllinoys ştatının Uşaqlar və Ailələr Departamentinin nəzarətində olub. Qurumun əməkdaşları azyaşlının itkin düşməsi ilə bağlı dərhal polisə məlumat veriblər.
Azyaşlının axtarışları illərlə nəticə verməyib. Yalnız 2025-ci ilin yazında iş yenidən araşdırılmağa başlayıb. Hüquq-mühafizə orqanları Erika və qızının Kaliforniya və ya Texasda gizlənə biləcəyini ehtimal edərək axtarış elanını yeniləyiblər.
Məsələ ilə bağlı irəliləyiş 2025-ci ilin iyununda baş verib. Polis əməkdaşları Çikaqo ərazisində axtarışda olan şəxslərin yaşadığı bildirilən evdə yoxlama apararkən, ikinci mərtəbədən boylanan bir azyaşlının Blessinqin uşaqlıq fotosuna çox bənzədiyini müşahidə ediblər. Bu müşahidə işin açılmasında həlledici rol oynayıb.
Polis həmin evdə əməliyyat keçirib və uşaq tapılaraq dərhal sosial xidmət orqanlarına təhvil verilib.
Onun anası hadisə yerindən qaçmağa cəhd etsə də, saxlanılıb.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1029 Tarix: 19 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır
Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:
20 sentyabrBeyninin yarısı insan toxumasından ibarət siçanlar yetişdirildi
ABŞ-da alimlər insan beyin hüceyrələrini siçanların beyninə köçürərək insan toxumasının üstünlük təşkil etdiyi yeni model yaradıblar. xəbər verir ki, Stanford Universitetinin tədqiqatçıları insan beyninin inkişafını və nevroloji xəstəliklərin mexanizmlərini araşdırmaq məqsədilə genetik modifikasiya edilmi
19 sentyabrEv yığışdırmaq arıqladır? - 30 dəqiqədə bu qədər kalori yanır
Oturaq iş və azhərəkətli həyat tərzi fonunda ev yığışdırmaq əlavə kalori yandırmağın sadə yollarından biri ola bilər. xəbər verir ki, adi ev təmizliyi zamanı həftə ərzində təxminən 2690 kilokalori sərf etmək mümkündür. İl ərzində isə bu göstəricinin təxminən 140 min kilokaloriyə çatmaq ehtimalı var
20 sentyabrDolab seçimində görünüş və funksionallıq necə qorunmalıdır?
Dolab modeli otağın mebellərinə uyğun olmalı, eyni zamanda kifayət qədər saxlama sahəsi təqdim etməlidir. Geyimlərin sayı çoxdursa, asılqan hissəsi geniş olan dolab seçmək daha rahatdır. Qatlanmış paltarlar üçün rəflər, kiçik əşyalar üçün isə siyirmələr faydalıdır. Dolabın ölçüsü də otağa uyğun olmalıdır
20 sentyabrRusiyada inəyin itməsi ayının iki nəfəri parçalaması ilə nəticələndi
Rusiyanın İstintaq Komitəsinin Tomsk vilayəti üzrə İdarəsi iki yerli sakinin meyitinin tapıldığı yerdə mütəxəssislərin araşdırma apardığını bildirib. -ya istinadən xəbər verir ki, hadisə Sever kəndi yaxınlığında baş verib. 44 yaşlı kişi fermasından inəyin itdiyini öyrəndikdən sonra onu axtarmağa yollanıb
21 sentyabr