Ailələr üçün maddi yükə çevrilən ehsan: Dini öhdəlik, yoxsa sosial məcburiyyət?

Ailələr üçün maddi yükə çevrilən ehsan: Dini öhdəlik, yoxsa sosial məcburiyyət?Ənənəvi olaraq yas mərasimlərində ehsan süfrələrinin açılması, yemək verilməsi normal hal kimi qəbul olunur. Lakin bu adətin artıq mahiyyətindən uzaqlaşaraq formal hala gəlməsi, həm də ailələr üçün maddi yükə çevrilməsi ciddi suallar doğurur.

Azərbaycanda Samux rayonu və kəndlərində yas mərasimlərində ehsan verilməsi ləğv edilib. Sakinlər bildiriblər ki, yasda təkcə çay süfrəsinə icazə verilir. Əgər ehsan verilməsi aşkarlanırsa, vətəndaşlar cərimələnir. Tək Samuxda deyil, digər rayonlarda da bu qayda tətbiq edilir. Lakin bunun hüquqi çərçivəsi müəyyən edilməyib. Yəni, hansısa rayonda ehsana icazə verilməyib, digər rayonda bu qaydaların olmaması narazılıqlara səbəb olur. Ümumiyyətlə, yas mərasimlərində ehsan verilməsinin dini baxımdan hökmü nədir? Bu cür qadağaların tətbiqi üçün ölkə üzrə vahid hüquqi mexanizm olmalıdırmı?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

"Bu adət mahiyyətindən uzaqlaşıb"

Şərqşünas-alim Nəriman Qasımoğlu deyir ki, müsəlman cəmiyyətində ehsan anlayışı əksər hallarda yalnız yas mərasimləri ilə əlaqələndirilir: "Halbuki ehsan yaxşılıq etmək, gözəl davranmaq kimi İslamda daha geniş və dərin mənaya malikdir. Ənənəvi olaraq yas mərasimlərində süfrələrin açılması, yemək verilməsi normal hal kimi qəbul olunur. Lakin bu adətin artıq mahiyyətindən uzaqlaşaraq formal hala gəlməsi, həm də ailələr üçün maddi yükə çevrilməsi ciddi suallar doğurur".

"İnsanlar yasa başsağlığı verməyə gəlməlidir, yeyib-içməyə deyil"

N.Qasımoğlu bildirir ki, İslamın ruhuna uyğun olaraq, yas mərasimləri mərhumun xatirəsini anmaq, ailəsinə mənəvi dayaq olmaq məqsədi daşımalıdır: "Bu baxımdan, yemək-içmək mərkəzli ehsan əvəzinə, ehtiyacı olanlara yardım edilməsi, məsələn, həmin yeməklərin uşaq evlərinə, ahıl şəxslərə və ya aztəminatlı ailələrə paylanması daha gözəl və savab bir əməldir. İnsanlar yasa təsəlli, başsağlığı, dəstək verməyə, dünyasını dəyişənlərin xatirəsini anmağa gəlməlidirlər, yeyib-içməyə deyil. Bunun üçün sadə çay süfrəsi də yetərlidir".

Qadağaların ölkə üzrə tətbiqi məsələsinə gəldikdə isə, dinşünas alim vurğulayır ki, bu məsələlər dövlət səviyyəsində hansısa inzibati yolla tənzimlənərsə, yas mərasimlərindəki mənasız ənənəyə də son qoyular.

"İslam şəriətində belə göstəriş yoxdur"

Azərbaycan İlahiyyat İnstitutunun dosenti, ilahiyyatçı-alim Elvüsal Məmmədov da vurğulayır ki, Azərbaycanda yas mərasimləri zamanı müşahidə olunan bəzi adət-ənənələr İslamın əsas prinsipləri və şəriət qaydalarına tam uyğun gəlmir: "Bu ənənələr arasında ən çox yayılan və təhrifə uğramış məqamlardan biri də ilk üç gün ərzində ehsan süfrələrinin açılmasıdır. İslam şəriətində belə bir tələb və ya göstəriş yoxdur. Bu adət əsasən Azərbaycanda və bəzi digər az sayda müsəlman ölkələrində formalaşıb".

"Peyğəmbər tərəfindən qadağan olunub"

İlahiyyatçı deyir ki, hər hansı bir dini adətin İslamla uyğun olub-olmadığını müəyyənləşdirmək üçün ilk növbədə Peyğəmbərimizin həyatına və tətbiq etdiyi dini qaydalara baxmaq lazımdır: "Çünki o, Allahın vəhylərini və dinin əsaslarını ən kamil şəkildə həyatına tətbiq edib. Peyğəmbərin sünnəsinə nəzər saldıqda, yas süfrələrinin təşkili ilə bağlı bu şəkildə bir nümunəyə rast gəlmirik. Əksinə, bu cür israf və təmtəraqlı mərasimlər peyğəmbər tərəfindən qadağan olunub. Bununla yanaşı, peyğəmbər vəfat edən şəxsin ailəsinə şəfqət və dəstək göstərilməsini tövsiyə edirdi. O bildirirdi ki, bu ailəyə yaxınları və qonşuları tərəfindən yemək bişirilib göndərilməlidir. Çünki dəfn prosesi və başsağlığı mərasimləri ailə üçün həm fiziki, həm də emosional cəhətdən ağırdır. Ailə üzvləri dərd içində olduqları və vaxt baxımından çətinlik çəkdikləri üçün onların bu yükdən azad olunması məqsədəuyğundur. Peyğəmbərin bu tövsiyəsi həm də uzaqdan başsağlığına gələn qonaqların qida ehtiyacının təmin olunmasına yönəlib. Onların ac qalmaması üçün yeməklərin ailə tərəfindən deyil, qonşular və yaxınlar tərəfindən təqdim olunması daha doğru sayılır. Bu baxımdan, vəfat etmiş şəxsin ailəsinin ilk üç gün ərzində ehsan süfrəsi təşkil etməsi nəinki vacib deyil, əksinə, İslamın mahiyyəti və peyğəmbərin göstərişləri ilə uyğunlaşmır. Bu, ailəyə əlavə yük və israf hesab olunur, şəriət baxımından təşviq edilmir".

"İsrafçılıq İslamda bəyənilməyən əməllərdəndir"

Vəfat etmiş şəxsin ailəsi tərəfindən digər günlərdə təşkil olunan ehsan süfrələrinə gəldikdə isə, həmsöhbətimiz bildirir ki, burada əsas amil ailənin maddi vəziyyətidir: "Əgər ailənin imkanı varsa, bu ehsan süfrəsinin verilməsi şəriət baxımından qadağan edilmir. Lakin burada diqqət yetirilməli mühüm məqam var. Bu mərasimlərdə əsasən ehtiyacı olan, imkansız şəxslərin iştirakı təmin olunmalıdır. Çünki yeməklə edilən xeyirxahlıq, savab əməl ən çox məhz kasıblar üçün əhəmiyyət daşıyır. Digər tərəfdən, israfçılıq İslamda bəyənilməyən əməllərdəndir. Əgər imkanlı bir şəxs vəfat etmiş yaxınının adına zəngin süfrə açmaqla kasıbları sevindirmək istəyirsə, bu niyyət savab sayılır və ona qadağa qoymaq olmaz. Lakin bu addımlar dini zərurət kimi qəbul edilməməlidir. Təəssüf ki, bəzi bölgələrdə üç, yeddi, qırx, hətta 52 mərasimlərinin keçirilməsi bir növ dini məcburiyyət kimi təqdim olunur. İnsanlar belə düşünürlər ki, bu mərasimlər keçirilməzsə, vəfat etmiş yaxınlarına qarşı hörmətsizlik etmiş olarlar. Bu isə dini savadsızlıqdan irəli gəlir".

"Hüquqi tənzimləmələr tətbiq edilməlidir"

E.Məmmədov vurğulayır ki, bəzi dairələr və ya şəxslər bu cür adət-ənənələrin davam etməsində maraqlıdırlar: "Bu isə dini prinsiplərdən çox, sosial və ya maddi maraqlarla əlaqəlidir. Yaxşı olar ki, bu adət-ənənənin aradan qaldırılması istiqamətində yalnız maarifləndirici tədbirlərlə kifayətlənməyək, eyni zamanda qanunvericilik də bu məsələdə rol oynasın. Məsələn, müəyyən hüquqi tənzimləmələr tətbiq edilməklə, israfçılığın və dini məcburiyyət adı altında insanların maddi yük altına salınmasının qarşısı alınmalıdır".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 578   Tarix: 22 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paltarlarınızın gözəl qoxması üçün qarderoba bunu qoyun

Paltarın xoş qoxusu insanın səliqəli və baxımlı görünməsində mühüm rol oynayır. Məhz buna görə bahalı butik və otellərdə geyimlər adətən incə və zərif ətir qoxusu ilə seçilir. Mütəxəssislər bildirirlər ki, bu effekti əldə etmək üçün şkafda tək bir qoxudan deyil, bir neçə aromatik notun birləşməsində

3 may
.

Bu ölkədə ət reklamları yığışdırıldı

Niderlandın paytaxtı Amsterdam şəhərinin rəhbərliyi ət və qazıntı yanacağı məhsullarının küçə reklamına tarixi qadağa tətbiq edərək, dünyada belə bir qərar qəbul edən ilk paytaxt olub. xarici mediaya istinadən xəbər verir ki, mayın 1-dən etibarən burger və aviabilet reklamları lövhələrdən, eləcə də avtobu

5 may
.

Əkizdirlər, amma doğma bacı deyillər

İngiltərədə yaşayan əkiz bacılar Mişel və Laviniya Osborn həyatlarını alt-üst edən bir DNT testi ilə üzləşiblər. xarici mediaya istinadən xəbər verir ko, bir neçə dəqiqəlik fərqlə eyni anadan doğulsalar da, bacıların fərqli ataları olduğu məlum olub. Bu nadir hadisə tibbdə "heteropaternal superfekundasiya"

4 may
.

Neymar Robinyonun oğlunu döydü

"Santos"un hücumçusu Neymar məşq zamanı Braziliya millisinin keçmiş oyunçusu Robinyonun oğlu Robinyo Junior ilə münaqişəyə girib. -ın xarici mediaya istinadən məlumatına görə, hadisə klubun məşq meydançasında məşq zamanı baş verib. 34 yaşlı futbolçu oyun zamanı 18 yaşlı komanda yoldaşının on

4 may
.

Acqarına məşq edənlərin nəzərinə: Hansı hallarda qidalanmaq mütləqdir?

Səhər yeməyi yemədən idman etmək yalnız yüngül fiziki aktivlik zamanı məqbul sayılır. Ağır güc məşqlərinə başlamazdan bir neçə saat əvvəl qidalanmaq isə başgicəllənmə hallarının və mümkün zədələrin qarşısını almaq üçün vacibdir. xəbər verir ki, bu barədə fitnes təlimçisi İrina Maltseva " portalın

6 may
.

Kylie Jenner "Instagram"da 15 milyon izləyici itirib

Dünyaca məşhur fenomen və iş qadını Kylie Jenner "Instagram" platformasında milyonlarla izləyici itirib. xarici mediaya istinafən xəbər verir ki, platformanın bot və passiv hesablarla bağlı həyata keçirdiyi genişmiqyaslı təmizləmə prosesi Jennerin hesabına da təsir edib. Bildirilir ki, "Instagram"ı

7 may
.

Çində üç ay komada olan qadın toyuna iki gün qalmış ayıldı

Çində komaya düşən qadın toyuna iki gün qalmış ayılıb. xarici mediaya istinadən xəbər verir ki, Çin sakini nişanlısı ilə altı ildir münasibətdə olub və cütlüyün toyu aprelin 25-nə təyin edilib. 2026-cı ilin əvvəlində boğazında ağrı hiss edən qadın yerli klinikaya müraciət edib və orada ona iynə vurulub

5 may
.

Çində insanın içinə yerləşə biləcəyi nəhəng kompüter hazırlanıb

Çində texnobloqer Soda Baka insanın yerləşə biləcəyi nəhəng kompüter yaradıb. xəbər verir ki, bu barədə "Tom's Hardware" portalı məlumat yayıb. Bildirilir ki, qurğu vizual olaraq klassik oyun sistem blokunu xatırladır, lakin ölçüləri o qədər böyüdülüb ki, içərisində tam funksional iş sahəs

4 may
.

Zəkanın yalnız anadan keçməsi mifi: Genetiklər nə deyirlər?

İntellektin əsasən anadan irsən keçməsi barədə yayılan fikirlər həqiqəti əks etdirmir. xəbər verir ki, bu barədə " nəşrinə Göttingen və Sibir Federal universitetlərinin professoru, Rusiya Elmlər Akademiyasının Ümumi Genetika İnstitutunun aparıcı tədqiqatçısı, rusiyalı genetik Konstantin Krutovsk

6 may