Həyat və ölüm arasında üçüncü mərhələ də var?
Canlılar tibbi olaraq öldükdən sonra belə, fərqli bir həyat formasında varlığını davam etdirə bilərmi? Alimlər bu sualın arxasınca gedirlər. Aparılan yeni tədqiqatlar həyat və ölüm anlayışımızı kökündən dəyişə bilər.
Sonxeber.az Qaynarinfo-ya istinadən xəbər verir ki, "The Conversation" nəşrində dərc edilən elmi məqaləyə əsasən, tədqiqatçılar orqanizmlərin ölümü sonrası hüceyrələrin hələ də fəaliyyət göstərə və hətta çevrilə biləcəyi ehtimalı üzərində çalışırlar. Ənənəvi olaraq ölüm, geri dönməyən son kimi qəbul olunurdu. Lakin son elmi nəticələr bu sərt tərifin yenidən nəzərdən keçirilməsinə səbəb olub.
Alimlərin müşahidələrinə əsasən, bir canlı öldükdən sonra belə bədənin bəzi hüceyrələri hələ də "yaşayır" və tamamilə fərqli formaya çevrilə bilir. Bu çevrilmə "yaşayan robotlar" olaraq tanınan, çoxhüceyrəli və yeni funksiyalara malik orqanizmlərlə özünü göstərir. Bu anlayış, hüceyrələrin orqanizmin bioloji ölümündən sonra belə aktiv qala biləcəyi və yeni funksiyalar qazana biləcəyi ehtimalını ortaya qoyur.
Bu "yaşayan robotlar"ın ən maraqlı nümunələrindən biri insanın ağciyər hüceyrələrindən əldə olunan "antrobotlar"dır. Təkcə ağciyər hüceyrələri, heç bir xarici müdaxilə olmadan birləşərək ətrafda hərəkət edə bilən və zədələnmiş sinir hüceyrələrini bərpa etmə qabiliyyətinə malik mürəkkəb strukturlar yaradır. Bu cür hüceyrə çevrilməsi və funksionallıq, ölümün yalnız fərdi orqanizm və şüur səviyyəsində bir son olduğunu, lakin hüceyrə səviyyəsində bir yenidənqurma və adaptasiya mərhələsinin başlanğıcı ola biləcəyini göstərir.
Bu kəşf, tibb, biologiya və regenerativ tibb sahələrində inqilabi tətbiqlərə yol aça bilər.
İnsanların geri qaytarılması hələ mümkün deyil
Bu yeni, "üçüncü mərhələ" adlandırılan halın yaranması ölüm anından keçən vaxt və maddələr mübadiləsi kimi müxtəlif amillərdən asılıdır. Araşdırmaçılar bu hüceyrəvi proseslərin tam başa düşülməsi üçün əlavə elmi işlərin aparılmasına ehtiyac olduğunu vurğulayırlar.
Bu kəşf təkcə həyat və ölümün bioloji sərhədlərini sarsıtmır, eyni zamanda etik və fəlsəfi müzakirələr üçün də ciddi zəmin yaradır. Gələcək tədqiqatlar bu sirli üçüncü mərhələnin mahiyyətini ortaya çıxararaq insan sağlamlığı və biotexnologiya üçün yeni imkanların qapısını aça bilər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1182 Tarix: 23 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı
Sağlam yaşlanmaq, dərinin gəncliyini qorumaq və immuniteti güclü saxlamaq hər zaman diqqət mərkəzindədir. Orqanizmin özünün istehsal etdiyi, lakin qidalar vasitəsilə də dəstəklənməli olan kükürd tərkibli sistein amin turşusu hüceyrələrin yenilənməsində mühüm rol oynayır. Hüceyrələrin qocalmasının qarşısın
13 noyabrSahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?
İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona
8 noyabrQuru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq
"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv
13 noyabrQadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB
Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay
15 noyabrPayızda yatmazdan əvvəl bunları edin - Səhərə gümrah oyanmağın yolları
Payız aylarında havaların soyuması, günlərin qısalması və temperaturun dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür. Bu dövrdə yuxu rejiminə diqqət yetirmək, səhərlər yorğun oyanmamaq və sağlamlığı qorumaq üçün yatmazdan əvvəl bəzi sadə qaydalara əməl etmək tövsiyə olunur. xəbər verir ki, yuxudan əvvə
7 noyabrƏvvəl ağ idi: təkər şinləri niyə qara rəngdə istehsal olunur?
Bu gün yollarda gördüyümüz avtomobillərin demək olar ki, hamısının təkərləri qara rəngdədir. Lakin maraqlıdır ki, ilk avtomobil şinləri qara deyil, ağ rəngdə istehsal olunurdu. Bəs zamanla onların rəngi niyə dəyişdi?. xarici mediaya istinadən xəbər verir ki, avtomobil şinlərinin qara rəngdə olmasını
15 noyabrKlozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün
Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul
7 noyabrYumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul
Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt
8 noyabrKotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu
Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka
15 noyabr