İranda müharibə davam edərsə, bu məhsullar bahalaşa bilər - Video
İran-İsrail hərbi münaqişəsi başlayandan qonşu ölkədən Azərbaycana ərzaq məhsulları gətirilmir.
"Qafqazinfo" xəbər verir ki, bu barədə sahibkar Elgün Məmmədli İTV-yə danışıb.
"Biz İrandan yağ, pendir, xurma, düyü, şokoladlar alırıq. İndi yollar bağlıdır deyə məhsullar gəlmir və qiymətlərdə də artım var. Hazırda kimin əlində nə varsa, onu satır. Bir həftədir ki, yollar bağlıdır, mal ala bilmirik. Ən çox tələbat İran yağlarınadır. Əlimizdə isə az yağ qalıb", - deyə, sahibkar bildirib.
Satıcıların sözlərinə görə, İrandan yeni məhsullar gəlməsə, qiymət artımı qaçılmazdır. Ən çox artım düyü, yağ və xurma kimi məhsullarda gözlənilir.
Digər sahibkar Bahal Bayramov da müharibə səbəbilə məhsul gəlmədiyini söyləyib: "Həm də özləri də mal satmırlar. Deyirlər ki, özümüz üçün saxlayırıq. Bu da bizim bazara təsir edir. Ən ucuz bazar İranındır. Biz ucuzluğa görə işləyirik, baha olsa, işləyə bilmərik. Belə getsə, 10 günə heç İran məhsulu tapılmayacaq".
Ekspertlər isə deyir ki, Yaxın Şərqdəki gərginlik İranın logistika imkanlarını və xarici ticarətini çətinləşdirə bilər.
Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, müharibənin davam etməsi, miqyasının genişləndirilməsi İrandan Azərbaycana gətirilən məhsulların həcminin azalmasına gətirib çıxaracaq: "Hətta müharibə daha da dərinləşərsə, praktiki olaraq İrandan Azərbaycana məhsul idxalının dayanmasına səbəb ola bilər. Bu halda logistik olaraq həmin məhsulları gətirmək mümkün olmayacaq. O baxımdan bizim ticarət dövriyyəmiz, eyni zamanda İrandan idxalın həyata keçirilməsi müharibənin hansı müddəti əhatə etməsindən və miqyasından aslı olacaq".
Daha ətraflı videomaterialda:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Brent markalı neftin qiyməti bir barel üçün 102 dollara düşdü
Neft qiymətləri düşür və bu, bu həftənin ABŞ ilə İran arasındakı münaqişənin diplomatik yolla həlli istiqamətində səyləri bərpa etmək üçün fürsət yarada biləcəyi gözləntiləri ilə əlaqədardır. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri 1,8
21 sentyabrAzərbaycanda emal sənayesi 3 %-dən çox böyüyüb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanın emal sənayesində 14 milyard 912,1 milyon manat dəyərində məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % çoxdur. Ema
11 sentyabrASCO-nun mənfəəti 38 dəfə artıb
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) bu ilin I yarısını 23,386 milyon manat mənfəətlə başa vurub. səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,85 dəfə çoxdur. Yanvar-iyun aylarında ASCO-nun əməliyyat gəlirləri 256,42
4 sentyabrAzərbaycanın 8 ayda metanol istehsalının həcmi açıqlanıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 223,2 min ton həcmində metanol (metil spirit) istehsal olunub. -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 29,8 % azdır. Bu ilin sentyabrın 1-nə 37 min ton hazır məhsul qalığı yaranıb. Qeyd edə
17 sentyabrNaxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 17 %-ə yaxın artıb
Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 35 lisenziya verib. "Report"un yerli bürosunun məlumatına görə, bu, ötən ili
17 sentyabrAzərbaycan bazarında Ermənistan məhsulları satılacaq: Qiymətlər necə olacaq?
Azərbaycanla Ermənistan arasında ticarət əlaqələrinin bərpası fonunda Ermənistandan Azərbaycana məhsul idxalı da gündəmə gəlib. 2026-cı ilin martında Azərbaycana Ermənistandan ilk dəfə 960 dollar dəyərində məhsul idxal edilib, hazırda isə qarşılıqlı ticarətin genişləndirilməsi müzakirə olunur. Bəs, Ermənista
7 sentyabrAzərbaycanda 8 ayda 446 dövlət standartı qəbul edilib
Bu ilin yanvar-avqust aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutu 446 yeni dövlət standartı qəbul edib. bu barədə AZSTAND-a istinadən xəbər verir. Məlumata görə, bunun 91-i nəqliyyat, 56-sı qida texnologiyas
10 sentyabrAzərbaycana İrlandiyadan pul köçürmələri 7 dəfədən çox artıb
Bu ilin I yarısında Azərbaycana xaricdən köçürülmüş 748,5 milyon ABŞ dolları vəsaitin 356,65 milyon ABŞ dolları Rusiyanın payına düşüb. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından bildirilir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 67,4 % çoxdur. Yanvar-iyun aylarında ölkəyə daxil olan pu
15 sentyabrAzərbaycandan Rumıniyaya xam neft ixracının dəyəri 35%-dən çox artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Rumıniyaya 924 min 913,09 ton xam neft ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 faiz və ya 146 min 297,55 ton artım deməkdir. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. İxrac olunan xam neftin dəyəri 581 milyo
21 sentyabr