Bütün dünyada trend olan labubu nədir? - VİDEO

Bütün dünyada trend olan labubu nədir? - VİDEO"Labubu" adlanan oyuncaqlar son dövrlər bütün dünyada trend olub.

Ölkə.Az xəbər verir ki, labubu mərkəzi Honkonqda olan "pop mart" adlı brendin "the monster" seriyasına aid bir obrazdır.

Bu, əvvəllər sadəcə kolleksiyaçıların maraqlandığı "blind box" oyuncağı idi. Yəni qutunu açmadan içərisində hansı modelin olduğunu insanlar bilmirdi. Bu da təəccübləndirmə effekti ilə kolleksiyaçıların diqqətini çəkmişdi.

Sosial şəbəkələrin təsiri nəticəsində vəziyyət dəyişib. Tiktokda qutu açılışı videoları paylaşan və nadir olan fiqurları axtaran istifadəçilər, evlərində labubu üçün otaq ayıran kolleksiyaçılar sayəsində bu oyuncaq moda sənyesinin yeni simasına çevrilib.

Bir zamanlar adi oyuncaq olan labubu indi xüsusilə Çin, Yaponiya və Cənubi Koreyada çox populyardır.

"Pop Mart"ın ümumi illik gəliri 2024-cü ildə 13.04 milyard yuan (təxminən 1.81 milyard ABŞ dolları) olub. Bu göstərici əsasən labubunun satışları sayəsində 2 dəfə artıb . "The Monsters" seriyası (Labubu daxil olmaqla) 2024-cü ildə təxminən 3 milyard yuan (420 milyon ABŞ dolları) həcmində gəlir gətirib .

Həmin ildə "pop mart" gəlirlərinin təxminən 400 milyon dolları məhz labubunun satışı hesabına formalaşıb .

İnsanlar niyə bu oyuncağı alır?

"Blind box" (gizli qutu) anlayışı motivasiya və mükafat sistemini işə salır və istifadəçilər nə alacaqlarını bilmədikləri üçün dopamin sevinclə xarakterizə olunan bir an yaşanır.

Labubunun "şirin‑qəddar" görkəmi — yəni eyni anda sevimli və qorxunc görünməsi beyində həm sevgi, həm də risk hissi oyadır. Bu tərz Z nəslinin qeyri-ənənəvi estetik anlayışına uyğundur və duyğusal bağ yaradır.

"Qıtlıq + fomo (qaçırma qorxusu)"

Məhdud buraxılışlar, gizli nadir fiqurlar və təkrar almaq ehtiyacı insanlarda "birdən əldən qaçıraram" düşüncəsi ilə fomoya yol açır.

TikTok və instaqram kimi platformalarda "unboxing" videoları (qutu açılışı), trendə qatılanların sosial statusunu göstərə bilir.

Bundan əlavə, iqtisadi qeyri-sabitlik, gərgin həyat və böyük streslər altındadır. Labubu kimi oynaq obyektlər emosional təsəlli və uşaq nostalgiyası yaradır və insanlar tək olmadıqlarını hiss edir.

Bəzi ekspertlər bu trendlərdən və xüsusilə "blind box" modellərinin qumar effekti yaratma potensialından narahatdırlar. Uşaqlar və gənclər üçün bu hiper-adrenalindən asılılıq səviyyəsinə qədər gedib çıxa bilər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2175   Tarix: 23 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır

Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:

20 sentyabr
.

Beyninin yarısı insan toxumasından ibarət siçanlar yetişdirildi

ABŞ-da alimlər insan beyin hüceyrələrini siçanların beyninə köçürərək insan toxumasının üstünlük təşkil etdiyi yeni model yaradıblar. xəbər verir ki, Stanford Universitetinin tədqiqatçıları insan beyninin inkişafını və nevroloji xəstəliklərin mexanizmlərini araşdırmaq məqsədilə genetik modifikasiya edilmi

19 sentyabr
.

Ev yığışdırmaq arıqladır? - 30 dəqiqədə bu qədər kalori yanır

Oturaq iş və azhərəkətli həyat tərzi fonunda ev yığışdırmaq əlavə kalori yandırmağın sadə yollarından biri ola bilər. xəbər verir ki, adi ev təmizliyi zamanı həftə ərzində təxminən 2690 kilokalori sərf etmək mümkündür. İl ərzində isə bu göstəricinin təxminən 140 min kilokaloriyə çatmaq ehtimalı var

20 sentyabr
.

Argentina hərbi gəmisində "yoxa çıxan" qadın dənizçi görüntüləri gündəm oldu - VİDEO

Argentinaya məxsus ARA Libertad təlim gəmisində çəkilən görüntülər sosial mediada marağa səbəb olub. xarici mediaya istinadla xəbər verir ki, gəmidə müsahibə zamanı kameranın qarşısından keçən qadın dənizçinin bir neçə saniyə sonra görüntüdə görünməməsi izləyənlərin diqqətini çəkib. Argentina Hərbi Dəni

21 sentyabr
.

Dolab seçimində görünüş və funksionallıq necə qorunmalıdır?

Dolab modeli otağın mebellərinə uyğun olmalı, eyni zamanda kifayət qədər saxlama sahəsi təqdim etməlidir. Geyimlərin sayı çoxdursa, asılqan hissəsi geniş olan dolab seçmək daha rahatdır. Qatlanmış paltarlar üçün rəflər, kiçik əşyalar üçün isə siyirmələr faydalıdır. Dolabın ölçüsü də otağa uyğun olmalıdır

20 sentyabr
.

Rusiyada inəyin itməsi ayının iki nəfəri parçalaması ilə nəticələndi

Rusiyanın İstintaq Komitəsinin Tomsk vilayəti üzrə İdarəsi iki yerli sakinin meyitinin tapıldığı yerdə mütəxəssislərin araşdırma apardığını bildirib. -ya istinadən xəbər verir ki, hadisə Sever kəndi yaxınlığında baş verib. 44 yaşlı kişi fermasından inəyin itdiyini öyrəndikdən sonra onu axtarmağa yollanıb

21 sentyabr
.

22 yaşlı qadın məşqçinin cavabı gündəm oldu: "Bu komandanı qadınlar aşağı liqaya salmayıb" - VİDEO

Türkiyənin "Turgutluspor" klubunun 22 yaşlı baş məşqçisi Zeynep Mestanın televiziya proqramında yayımlanan yeni görüntüləri diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, proqramın aparıcısı Beyazıt Öztürkün qadınların futboldakı mövqeyi ilə bağlı sözlərinə gənc məşqçinin verdiyi cava

17 sentyabr
.

Süni intellekt modelləri mürəkkəb maliyyə hesablamalarında səhvlərə yol verirlər - Araşdırma

"Saturn" texnologiya şirkəti ən geniş yayılmış süni intellekt modellərinin ("ChatGPT", "Claude", "Copilot", "Grok", "Gemini" və digərləri) maliyyə tapşırıqlarının öhdəsindən necə gəldiyini təhlil edib. xəbər verir ki, tədqiqatın nəticələrin

21 sentyabr
.

Messi cərimə zərbəsindən 75-ci qolunu vurub tarixdə ikinci yerə yüksəldi

MLS-in müntəzəm mövsüm oyununda "İnter Mayami" evdə "San-Dieqo" ilə 2-2 hesablı heç-heçə edib. -ın xəbərinə görə, ev sahiblərindən Lionel Messi və Luis Suares fərqləniblər. Qonaqlardan isə Anders Dreyer iki qol vurub. "İnter Mayami"nin kapitanı Lionel Messi birbaşa cərim

21 sentyabr