İsti havada soyuq duş qəbul etmək: Alimlərdən məşhur sərinləmə üsulu ilə bağlı HƏYƏCAN TƏBİLİ

İsti havada soyuq duş qəbul etmək: Alimlərdən məşhur sərinləmə üsulu ilə bağlı HƏYƏCAN TƏBİLİİsti havada soyuq duş qəbul etmək məntiqi həll yolu kimi görünür, lakin alimlər xəbərdarlıq edirlər ki, bu üsul təsirsiz olmaqla yanaşı, həm də bədənin həddindən artıq istiləşməsini gücləndirə bilər. Məşhur inancın əksinə olaraq, soyuq su ilə bədənin kəskin soyuması termorequlyasiyanın təbii mexanizmlərini poza bilər.

Oxu.Az bildirir ki, bu barədə Lankaster Universitetinin anatomiya üzrə professoru Adam Teylor "Daily Mail" nəşrinə müsahibəsində danışıb.

O qeyd edib ki, soyuq duş sadəcə olaraq soyutma illüziyası yaradır, bədənin daxili istiliyini isə azaltmır.

"Bu fenomenin başa düşülməsi damar sisteminin soyuğa reaksiyasına əsaslanır. Həddindən artıq qızdırılan zaman orqanizm təbii şəkildə qan damarlarını genişləndirir və bununla da isti qanın dərinin səthinə yaxınlaşmasına, ətraf mühitə artıq istilik buraxmasına imkan verir", - deyə Adam Teylor qeyd edib.

Lakin soyuq su ilə təmas əks prosesi işə salır.

"Soyuq su dərinin səthinə yaxın olan damarların daralmasına səbəb olur. Nəticədə bu nahiyələrə qan axını azalır və deməli, istilik ötürülməsi də azalır. Siz faktiki olaraq istiliyi bədəninizin daxilində, xüsusən də həyati vacib orqanların ətrafında qapadırsınız", - deyə alim xəbərdarlıq edib.

Onun sözlərinə görə, tarixən isti iqlim zonalarında olan insanlar bu prinsipi intuitiv şəkildə başa düşürdülər. Məsələn, Yaxın Şərq və Şimali Afrikada ənənəvi olaraq isti havalarda ilıq içkilərdən istifadə edirdilər ki, bu da tərləməni və bədənin təbii soyumasını stimullaşdırırdı.

Professor Teylor vurğulayıb ki, soyuq duşdan sonra subyektiv sərinlik hissi aldadıcıdır.

"İnsan müvəqqəti rahatlama hiss edə bilər, lakin bu zaman orqanizmə soyumaq deyil, istiliyi saxlamaq siqnalı daxil olur. Bu effekt isti hava şərtlərində xüsusilə arzuolunmazdır, - deyə o bildirib.

Bundan əlavə, soyuğa kəskin məruz qalma ciddi fəsadlara səbəb ola bilər. 15°C və daha aşağı temperaturda olan su "soyuq şok" adlanan təsirə gətirib çıxara bilər ki, bu zaman qan damarları qəfil daralır və arterial təzyiq artır. Statistika göstərir ki, bu, xüsusilə ürək-damar xəstəliklərinə, o cümlədən ürəyin işemik xəstəliyinə meyilli insanlar üçün təhlükəlidir.

Bu xəbərdarlıqlara baxmayaraq, alim qeyd edib ki, evdə adi soyuq duş qəbul edərkən ciddi problemlərin yaranma riski minimaldır. Lakin məqsəd bədənin daxili temperaturunu effektiv şəkildə azaltmaqdırsa, o zaman soyuq duş optimal həll yolu deyil.

Həkimlər isti havalarda daha çox fizioloji soyutma üsullarından istifadə etməyi məsləhət görürlər: otaq temperaturunda olan kifayət qədər su içmək, ventilyatorlardan istifadə etmək, təbii parçalardan olan rahat paltar geyinmək və mümkün qədər pik saatlarda günəşə məruz qalmağı məhdudlaşdırmaq lazımdır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1099   Tarix: 26 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı

Sağlam yaşlanmaq, dərinin gəncliyini qorumaq və immuniteti güclü saxlamaq hər zaman diqqət mərkəzindədir. Orqanizmin özünün istehsal etdiyi, lakin qidalar vasitəsilə də dəstəklənməli olan kükürd tərkibli sistein amin turşusu hüceyrələrin yenilənməsində mühüm rol oynayır. Hüceyrələrin qocalmasının qarşısın

13 noyabr
.

Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?

İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona

8 noyabr
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13 noyabr
.

Qadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB

Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay

15 noyabr
.

Payızda yatmazdan əvvəl bunları edin - Səhərə gümrah oyanmağın yolları

Payız aylarında havaların soyuması, günlərin qısalması və temperaturun dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür. Bu dövrdə yuxu rejiminə diqqət yetirmək, səhərlər yorğun oyanmamaq və sağlamlığı qorumaq üçün yatmazdan əvvəl bəzi sadə qaydalara əməl etmək tövsiyə olunur. xəbər verir ki, yuxudan əvvə

7 noyabr
.

Əvvəl ağ idi: təkər şinləri niyə qara rəngdə istehsal olunur?

Bu gün yollarda gördüyümüz avtomobillərin demək olar ki, hamısının təkərləri qara rəngdədir. Lakin maraqlıdır ki, ilk avtomobil şinləri qara deyil, ağ rəngdə istehsal olunurdu. Bəs zamanla onların rəngi niyə dəyişdi?. xarici mediaya istinadən xəbər verir ki, avtomobil şinlərinin qara rəngdə olmasını

15 noyabr
.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

7 noyabr
.

Yumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul

Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt

8 noyabr
.

Kotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu

Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka

15 noyabr