Devid Bekhem xəstəxanalıq oldu: Əməliyyat edildi
Məşhur futbolçu Devid Bekhem xəstəxanaya düşüb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə onun həyat yoldaşı Viktoriya Bekhem sosial media hesabından xəbər verib və futbolçunun əli sarğılı halda xəstəxana çarpayısında uzandığının əks olunduğu görüntülərini paylaşıb.
Kadrlarda Bekhemin sağlamlıq problemlərinə baxmayaraq gülümsədiyi görünür.
"Tez sağal, bizim əziz atamız", - deyə Viktoriya paylaşımına şərh yazıb.
O, əri ilə bağlı hadisənin detalları barədə açıqlama verməyib. Lakin məsələ ilə bağlı məlumatı insayderlər bölüşüblər.
Cütlüyə yaxın mənbənin "The Sun" qəzetinə bildirdiyinə görə, Devid Bekhem illər əvvəl aldığı zədə ilə bağlı gizli əməliyyat keçirib - o, 22 il əvvəl İngiltərə ilə Cənubi Afrika Respublikası arasında keçirilən oyunda biləyini sındırmışdı və oyunu sarğılı əllə davam etdirmişdi. Son rentgen müayinəsi zamanı məlum olub ki, həmin dövrdə istifadə olunan vint hələ də Bekhemin ön qolunda qalıb və orqanizm tərəfindən sorulmayıb. Bu səbəbdən futbolçu əməliyyat olunmaq məcburiyyətində qalıb.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 749 Tarix: 27 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çində üç ay komada olan qadın toyuna iki gün qalmış ayıldı
Çində komaya düşən qadın toyuna iki gün qalmış ayılıb. xarici mediaya istinadən xəbər verir ki, Çin sakini nişanlısı ilə altı ildir münasibətdə olub və cütlüyün toyu aprelin 25-nə təyin edilib. 2026-cı ilin əvvəlində boğazında ağrı hiss edən qadın yerli klinikaya müraciət edib və orada ona iynə vurulub
5 mayEv şəraitində cavanlaşmağın sadə üsulu tapılıb
Qadınlar ev şəraitində tətbiq edilə bilən sadə cavanlaşma üsulu tapıblar. xarici mediaya istinadən xəbər verir ki, sosial şəbəkələrdə viral olan bu üsula "The New York Post" diqqət çəkib. Belə ki, bloqerlər "liftinq effekti" yaradan pulsuz üsulu nümayiş etdirirlər. Vizajist Fro Moni
4 mayQazaxıstanlı idman müəliminin paylaşımı gündəm olub - VİDEO
Qazaxıstanlı idman məşqçisi Anastasiya Makshayeva paylaşdığı rəqs videosu ilə sosial şəbəkələrdə gündəm olub. xarici mediaya istinadən xəbər verir ki, sosial mediada qısa zamanda yayılan görüntülər minlərlə baxış toplayıb. Anastasiya Makshayevanın enerjili rəqs performansı istifadəçilər tərəfindən böyü
7 mayBu ölkədə ət reklamları yığışdırıldı
Niderlandın paytaxtı Amsterdam şəhərinin rəhbərliyi ət və qazıntı yanacağı məhsullarının küçə reklamına tarixi qadağa tətbiq edərək, dünyada belə bir qərar qəbul edən ilk paytaxt olub. xarici mediaya istinadən xəbər verir ki, mayın 1-dən etibarən burger və aviabilet reklamları lövhələrdən, eləcə də avtobu
5 mayNarazı gəlin diqqət çəkdi - VİDEO
Toy məclislərindən birində lentə alınan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. xəbər verir ki, yayılan kadrlarda ən çox diqqət çəkən məqam gəlinin üz ifadəsi olub. İzləyicilər onun narazı və bir qədər soyuq göründüyünü qeyd ediblər. Görüntülərdə cütlüyün rəqs etdiyi anlar da yer alıb
3 mayMəşhur futbolçu məşqlərə səccadə ilə qatıldı
Məşhur futbolçu Kenan Yıldızın məşqlərə və oyunlara səccadə ilə qatılması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. xarici mediaya istinadən xəbər verir ki, gənc futbolçunun səccadə ilə klubun bazasına daxil olduğu anlar qısa müddətdə yayılaraq azarkeşlərin diqqətini çəkib. Onun bu davranış
6 may