Britaniya kəşfiyyatının yeni rəhbərinin babası "Qəssab" ləqəbli nasist cinayətkar olub
Böyük Britaniyanın MI6 kəşfiyyat xidmətinin yeni rəhbəri Bleyz Metrevelinin əcdadları arasında nasist cinayətkar olub. Bu onun babası Konstantin Dobrovolskidir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Daily Mail" nəşri məlumat verib.
Məlumata görə, Konstantin Dobrovolski milliyyətcə ukraynalı olub, Qızıl Ordudan fərarilik edib, "Adolf Hitler Almaniyası üçün casusluq edib və öldürüb". Nəşr bildirib ki, Dobrovolski "Qəssab" ləqəbini daşıyıb.
Nəşrin müəllifi qeyd edib ki, Metreveli babası ilə heç vaxt görüşməsə də, İkinci Dünya müharibəsi zamanı nasistlərlə əlaqədə olması onun qüsursuz reputasiyasına kölgə salır.
"EAD" nəşri, həmçinin MI6-nın yeni rəhbərinin əcdadının nasist keçmişi haqqında məlumat verib, lakin onu başqa şəkildə - David Mixayloviç Metreveli olaraq adlandırıb. Nəşr tarixçi Aleksandr Dyukova istinadən yazıb ki, Metreveli 1942-ci ildə Xarkov yaxınlığında əsir düşüb, daha sonra qafqazəsilli nasist əməkdaşlarına təlim keçib və onlara radiotexnikadan dərs deyib. Xatırladaq ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer MI6 məxfi kəşfiyyat xidmətinin tarixində ilk dəfə bir qadını rəhbər təyin edib. Bleyz Metreveli hazırda MI6-da texnologiyalar və innovasiyalar üzrə baş direktor vəzifəsində çalışır. Bundan əvvəl isə Metreveli MI5-də yüksək vəzifə tutub.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 967 Tarix: 27 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO
Ukraynanın Odessa şəhərində hücumdan sonra lentə alındığı bildirilən görüntülər sosial mediada diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda hücum nəticəsində zərər görən yaşayış binası və ətraf ərazidəki vəziyyət əks olunub. Binanın bəzi mərtəbələrində ciddi dağıntıların olduğu, ərazid
18 sentyabrTelefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Smartfon istifadəçiləri bəzən ekranın yuxarı hissəsində kiçik yaşıl və ya narıncı nöqtənin göründüyünü müşahidə edirlər. Bir neçə saniyədən sonra yoxa çıxan bu işarə əslində telefonun məxfilik və təhlükəsizlik funksiyalarından biridir. Rəngli indikator tətbiqlərdən birinin telefonun kamerasına və y
19 sentyabrBeyninin yarısı insan toxumasından ibarət siçanlar yetişdirildi
ABŞ-da alimlər insan beyin hüceyrələrini siçanların beyninə köçürərək insan toxumasının üstünlük təşkil etdiyi yeni model yaradıblar. xəbər verir ki, Stanford Universitetinin tədqiqatçıları insan beyninin inkişafını və nevroloji xəstəliklərin mexanizmlərini araşdırmaq məqsədilə genetik modifikasiya edilmi
19 sentyabrDizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA
"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl
17 sentyabrİnsanlar səhvlərini etiraf etməkdən niyə çəkinirlər? - Psixoloq
Son vaxtlar cəmiyyətdə insanların bir-birini anlamaqda çətinlik çəkdiyi müşahidə olunur. Bu tendensiyanı sosial şəbəkələrdə də aydın şəkildə görmək mümkündür. Empatiya çatışmazlığı, başqalarını ittiham etmək, mühakimə etmək və onların səhvlərini axtarmaq getdikcə daha geniş yayılır. Bəs bu vəziyyət cəmiyyət
17 sentyabrSüni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video
"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları
20 sentyabr