Bu ayaqqabıları yay səyahətində əsla geyinməyin

Bu ayaqqabıları yay səyahətində əsla geyinməyinYay – səyahət və yeni təəssüratlar üçün ən ideal mövsümdür. Lakin düzgün seçilməmiş ayaqqabı səfərinizin keyfiyyətinə ciddi təsir göstərə bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, narahat ayaqqabı – ayaq ağrısı, diskomfort, su toplaması və hətta travmalar deməkdir.

Dəri ayaqqabılar

Klassik dəri ayaqqabılar zərif görünsə də, yayda ayağın həddindən artıq isinməsinə və tərləməsinə səbəb olur. Belə ayaqqabılar hava buraxmır və bu da nəticədə sürtünmə və su toplanmasına gətirib çıxarır.

Bu tip ayaqqabılar uzun gəzintilər və turist marşrutları üçün uyğun deyil. Əvəzində nəfəs alan materialdan hazırlanmış yüngül idman ayaqqabıları və ya rahat sandallar seçmək tövsiyə olunur.

Hündür dabanlı ayaqqabılar

Yayda aktiv hərəkət üçün hündür daban – ən pis seçimdir. Belə ayaqqabılar ayağı dəstəkləmir və tez yorğunluq hissi yaradır. Əgər qeyri-bərabər səthdə gəzirsinizsə, zədələnmə riski xeyli artır. Bunun əvəzinə, alçaq dabanlı sandallar və ya yumşaq altlıqlı baletkalar seçmək daha doğrudur.

Ağır idman ayaqqabıları

"Dəmir kimi" ağır və hava keçirməyən krossovkalar yayda ayağı çox tez istidir və hətta qısa məsafələrdə belə narahatlıq yaradır. Ayaq nəfəs ala bilmədiyindən tez yorulur və şişə bilər.

Belə ayaqqabılar uzun turistik marşrutlar üçün uyğun deyil. Onların əvəzinə mesh (torlu) materiallardan hazırlanmış yüngül idman ayaqqabıları geyinmək məsləhətdir.

Nazik altlıqlı baletkalar

Baletkalar ilk baxışda rahat görünsə də, nazik altlıq yerə təzyiqi yumuşaltmır. Bu ayağa lazımi dəstəyi vermir və uzun yol gedəndə tez yeyilir. Çox zaman topuq və barmaqları sürtür. Ən yaxşı alternativ – rahat altlıqlı sandallar və ya yüngül krossovkalardır.

Sərt altlıqlı sandallar

Bəzi sandalların altlığı çox sərt olur və bu da addım zamanı zərbələri yumşaltmır, nəticədə ayaq və bel ağrıları yarana bilər. Buna görə belə sandallar uzun ekskursiyalar və yürüşlər üçün uyğun deyil. Yumşaq və elastik altlıqlı modellər isə daha rahat seçimdir.

Plastik şlöp və çimərlik "vetnamkalar"

Plastik vetnamkalar çox zaman ayağı düzgün sabitləmir və uzun gəzintidə ayaqda sürtünmə və su toplamasına səbəb olur. Bundan əlavə, qeyri-bərabər səthlərdə ayağı qorumur və narahatlıq yaradır. Belə ayaqqabılar yalnız çimərlik üçün uyğundur, şəhər gəzintisi və ya turistik səfərlər üçün deyil. Əvəzində remenli sandallar və ya rahat krossovkalar seçmək daha düzgündür.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1432   Tarix: 16 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dolab seçimində görünüş və funksionallıq necə qorunmalıdır?

Dolab modeli otağın mebellərinə uyğun olmalı, eyni zamanda kifayət qədər saxlama sahəsi təqdim etməlidir. Geyimlərin sayı çoxdursa, asılqan hissəsi geniş olan dolab seçmək daha rahatdır. Qatlanmış paltarlar üçün rəflər, kiçik əşyalar üçün isə siyirmələr faydalıdır. Dolabın ölçüsü də otağa uyğun olmalıdır

20 sentyabr
.

Həkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı

Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq

19 sentyabr
.

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə

20 sentyabr
.

Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər

Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən

20 sentyabr
.

Ərinin geyiminə reaksiyası sosial şəbəkələrdə müzakirələrə səbəb oldu - VİDEO

Sosial şəbəkələrdə yayılan video ər-arvad arasında baş verən dialoqla gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, videoda qadının çəkiliş zamanı geyimi və verdiyi pozlar ərinin narazılığına səbəb olur. Kişi həyat yoldaşına "Belə də video olmaz, hər yerin açılır. Bir az diqqətli olmalısan"

21 sentyabr
.

Siqaret yalnız sağlamlığınız üçün zərərli deyil: yeni risk AŞKARLANDI

15 ölkədə aparılan genişmiqyaslı araşdırma bu vərdişin gözlənilməz təsirini üzə çıxarıb. Məlum olub ki, zaman keçdikcə siqaret çəkmək insanın həyatına ciddi şəkildə təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, siqaretin tanış olmaq, söhbəti davam etdirmək və ya həmkarlarla vaxt keçirmə

17 sentyabr
.

Qorxulu yuxuların səbəbi - Açıqlandı

İnsanlarda yuxu pozuntusuna səbəb olan amillər və gecə kabuslarının əsas yaranma səbəbləri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim Karema Maqomedova danışıb. Onun sözlərinə görə, gecə kabusları müxtəlif nevroloji pozuntular, o cümlədən yuxu zamanı tənəffüs pozuntuları səbəbində

18 sentyabr
.

Arvadına dediyi tək kəlimə başına dərd oldu

Türkiyənin Yargıtay 2-ci Hüquq Dairəsi boşanma işi üzrə mühüm qərar qəbul edib. xarici mediaya istinadla xəbər verir ki, məhkəmə arvadına "eşşəksən, heyvansan" deyərək təhqir edən kişinin daha ağır təqsirli olduğuna qərar verib. Şiddətli fikir ayrılığı yaşayan ər-arvad qarşılıqlı şəkildə boşanm

17 sentyabr
.

Bina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO

Ukraynanın Odessa şəhərində hücumdan sonra lentə alındığı bildirilən görüntülər sosial mediada diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda hücum nəticəsində zərər görən yaşayış binası və ətraf ərazidəki vəziyyət əks olunub. Binanın bəzi mərtəbələrində ciddi dağıntıların olduğu, ərazid

18 sentyabr