"Bu dəyişikliklər edilməsə, təhsil sistemimiz ixtisaslı yox, sadəcə diplomlu, lakin işsiz kütlələr yetişdirməyə davam edəcək" - AÇIQLAMA

"Bu dəyişikliklər edilməsə, təhsil sistemimiz ixtisaslı yox, sadəcə diplomlu, lakin işsiz kütlələr yetişdirməyə davam edəcək" - AÇIQLAMA"İxtisas seçimi abituriyentlərin yalnız ali təhsil alma mərhələsi deyil, eyni zamanda onların gələcək həyat yollarının, peşəkar yönlərinin və iqtisadi-sosial mövqelərinin müəyyənləşdirildiyi strateji qərardır. Bu prosesin düzgün aparılmaması həm fərdi səviyyədə peşəkar narazılıq, işsizlik və motivasiya itkisiylə, həm də sistem səviyyəsində əmək bazarında disbalans, təhsildə resurs israfı və insan kapitalının səmərəsiz istifadəsi ilə nəticələnir. Azərbaycanda isə bu proses hələ də əsasən bal uyğunluğu və təsadüfi qərarlarla həyata keçirilir. Abituriyentlərin böyük əksəriyyəti ixtisas seçimi zamanı əmək bazarını, şəxsi bacarıqlarını, ailə imkanlarını və gələcək peşə prespektivlərini nəzərə almadan, yalnız imtahanda topladığı bala uyğun ixtisasları yazmaqla kifayətlənir".

Bu sözləri Sonxeber.az-a təhsil eksperti Kamran Əsədov danışıb.

O, açıqlamasında qeyd edib ki, Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanunun 13.2.5-ci maddəsində qeyd olunur ki, ali təhsil müəssisələrində ixtisaslar üzrə mütəxəssis hazırlığı əmək bazarının tələbatı nəzərə alınmaqla həyata keçirilməlidir:

"Lakin təhsil sistemi ilə əmək bazarı arasında bu qarşılıqlı əlaqə kağız üzərində qalır. Dövlət İmtahan Mərkəzinin 2023-cü il ixtisas seçimi statistikasına əsasən, abituriyentlərin təxminən 42 faizi yalnız bal uyğunluğuna əsasən seçim edib. Eyni zamanda, Dövlət Məşğulluq Agentliyinin hesabatına görə, son 3 ildə universiteti bitirən gənclərin 37 faizi ixtisası üzrə iş tapa bilməyib. Bu, ixtisas seçiminin real əmək bazarı ilə əlaqəli aparılmadığını və qərarların daha çox emosional və informasiyasız əsaslara söykəndiyini göstərir.

Müsbət hal odur ki, bəzi ixtisaslar üzrə tələbə marağı və bazar tələbi üst-üstə düşür. İnformasiya texnologiyaları, maliyyə, beynəlxalq münasibətlər, süni intellekt, səhiyyə menecmenti və mühəndislik sahələri üzrə ixtisaslar həm universitetlərdə rəqabətli qəbul planına, həm də məzunlar üçün yüksək iş tapma faizinə malikdir. Bu, göstərir ki, gənclər əmək bazarındakı ümumi meylləri müşahidə edir. Lakin burada sistemli marifləndirmə deyil, təsadüfi bilgilər və sosial şəbəkə yönləndirməsi mühüm rol oynayır.

Abituriyentlərin ixtisas seçimi zamanı ilk növbədə əmək bazarının real ehtiyaclarına əsaslanması vacibdir. Hazırda Azərbaycanda aqronomluq, balıqçılıq, kitabxanaçılıq, tarix, coğrafiya, ekologiya, kənd təsərrüfatı mühəndisliyi kimi ixtisaslar üzrə qəbul planı yüksək olsa da, tələbə marağı və bazar tələbi aşağıdır. Əgər bu sahələrin təklifləri əmək bazarının reallığına uyğun olsaydı, bu yerlər boş qalmazdı. Bu isə həm dövlətin təhsil xərclərinin səmərəsiz istifadəsinə, həm də tələbə potensialının düzgün yönləndirilməməsinə gətirib çıxarır".

Təhsil eksperti onu da vurğuladı ki, dünya təcrübəsində ixtisas seçimi məktəb dövründən başlayan, sistemli şəkildə aparılan karyera planlaması prosesi ilə müşayiət olunur:

"Məsələn, Almaniyada "Berufsorientierung" proqramları çərçivəsində 9-cu sinifdən etibarən şagirdlər peşə yönümlü testlərdən keçirilir, real iş mühitində təcrübələrə cəlb olunur və fərdi karyera planları hazırlanır. Finlandiyada isə məktəbdə fəaliyyət göstərən "opinto-ohjaaja" – təhsil məsləhətçiləri tərəfindən hər bir şagirdə uyğun ixtisas istiqaməti hazırlanır. ABŞ-da məktəblərdə "college counselor" sistemi fəaliyyət göstərir və abituriyentlərə yalnız qəbul prosesi deyil, gələcək əmək bazarı ilə bağlı qərarlar vermək üçün fərdi konsultasiyalar təqdim olunur. Bu sistemlərdə dövlət təkcə texniki icraçı deyil, aktiv yönləndirici rol oynayır.

Azərbaycanda isə nə orta məktəblərdə peşə yönümlü məsləhət xidməti mövcuddur, nə Elm və Təhsil Nazirliyinin bu sahədə marifləndirici mexanizmləri var, nə də Dövlət İmtahan Mərkəzi ixtisas seçimi dövründə əmək bazarına dair təhlilləri abituriyentlərlə paylaşır. Elm və Təhsil Nazirliyinin nə bu sahədə strategiyası var, nə təlim proqramı, nə də real əmək bazarı proqnozlarına əsaslanan planı. Nazirlik bu prosesi izləyir, lakin onu yönləndirmir. İxtisas seçimi mövzusunda nə məktəblərə resurs göndərilir, nə valideynlərə maarifləndirmə aparılır, nə də ixtisaslar üzrə gələcək imkanlar və risklər barədə rəsmi bələdçi materiallar hazırlanır.

Nəticə etibarilə, minlərlə abituriyent yalnız balına uyğun olan, lakin bacarığı, marağı və əmək bazarındakı dəyəri nəzərə alınmayan ixtisaslar üzrə qərar verir. Bu isə dörd il sonra yeni bir işsiz məzunlar ordusunun yaranmasına səbəb olur. Bu problem nəinki fərdi, eyni zamanda milli miqyaslı insan resurslarının səmərəsiz istifadəsi və təhsilin real iqtisadiyyata töhfə verə bilməməsidir.

Bu vəziyyətin dəyişməsi üçün ilk növbədə məktəbdaxili peşə yönümlü təlim və məsləhət sistemləri qurulmalıdır. İxtisas seçimi dövründə abituriyentlərə interaktiv platformalar, əmək bazarına dair məlumat bazaları, proqnoz göstəriciləri təqdim olunmalıdır. Eyni zamanda universitetlər öz ixtisaslarının bazar dəyəri və məzunların iş tapma göstəriciləri ilə bağlı ictimaiyyətə açıq hesabatlar verməlidir. Təhsil Nazirliyi isə bu prosesi yalnız texniki yox, strateji və psixoloji yanaşma ilə idarə etməlidir.

Əgər bu dəyişikliklər edilməzsə, təhsil sistemimiz ixtisaslı yox, sadəcə diplomlu, lakin işsiz kütlələr yetişdirməyə davam edəcək. Bu isə nə iqtisadiyyata, nə təhsil sektoruna, nə də cəmiyyətə fayda verməyəcək. Təhsil yön verməlidir, yönsüz yığmaq yox. Və bu yönü dövlət göstərə bilmirsə, gələcək nəsillərin həyatına təsadüflər qərar verəcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1988   Tarix: 18 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qış geri QAYIDIR: Dolu düşəcək, qar yağacaq

Azərbaycanın rayonlarında martın 22-si gündüzdən 23-ü gündüzədək bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, axşam və gecə ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcək. Şimşək çaxacağı, dağlıq ərazilərdə dolu düşəcəyi

22 mart
.

Dərmansız iki həftəyə yuxunu yaxşılaşdırmaq mümkün olacaq

Yuxu keyfiyyətini artırmaq üçün yalnız düzgün gündəlik rejimə riayət etmək kifayət etmir; yataq otağının temperaturunun 20-21 dərəcə səviyyəsində saxlanılması da vacib hesab olunur. xəbər verir ki, rusiyalı mütəxəssis Sergey Kozırev-in sözlərinə görə, yuxunun əsas amili hər gün eyni vaxtda yatmaq v

24 mart
.

Professor Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə APA-ya onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqda dəfn ediləcək

21 mart
.

Şuşada da bayram namazı qılındı - Fotolar

Şuşanın Yuxarı Gövhər Ağa məscidində bayram namazı qılınıb. "Qafqazinfo" xəbər verir ki, namazda yerli sakinlər və qonaqlar iştirak edib. Tədbir zamanı dini mərasimlər keçirilib və bayram əhval-ruhiyyəsi ilə dolu anlar yaşanıb. Qeyd edək ki, bayram namazında iştirak edənlər birlik, həmrəyli

20 mart
.

Bu il "Son zəng" FƏRQLİ TARİXDƏ KEÇİRİLƏCƏK

Azərbaycanda bu il "Son zəng" tədbiri 14 iyunda deyil, 12 iyunda keçiriləcək. bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu dəyişiklik tədris ili üçün təsdiqlənmiş məktəb təqvimində öz əksini tapıb. Məlumata görə, tədbirin tarixinin irəli çəkilməsinə səbəb 14 iyun tarixinin qeyri-iş günü olmasıdır

22 mart
.

Bakı metrosunda yeni QADAĞA

İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, 1 aprel tarixindən Bakı metropoliteninin stansiyalarında və qatarlarda elektron siqaretlərdən istifadə qadağası qüvvəyə minir. Bildirilib ki, qaydaya əməl etməyən şəxslər 30 manat məbləğində cərimə olunacaqlar. "Unutmayın ki, qaydala

21 mart
.

Kəlbəcər sakini: Ən böyük xəyalım evimi görmək idi (VİDEO)

Əliyevlər ailəsi Kəlbəcər şəhərinin birinci yaşayış məhəlləsində məskunlaşıblar. Onlar 35 illik ayrılıqdan sonra öz doğma yurdlarına qayıdıblar. Baku TV Əliyevlər ailəsinin qonağı olub, onların təəssüratını öyrənib. Doğma yurda qayıtmağın sevincini yaşayan sakin Rasim Əliyev bildirib ki, illərdir b

20 mart
.

Azərbaycanda əhali sürətlə qocalacaq - Ekspertdən HƏYƏCAN TƏBİLİ

Son illər Azərbaycanda doğum sayında azalma müşahidə olunur. Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov parlamentin plenar iclasında bildirib ki, 2015-ci ildə ölkədə 160 mindən çox uşaq doğulduğu halda, 2025-ci ildə bu rəqəm 100 minin altına düşüb. Onun sözlərinə görə, bu tendensiya gələcəkd

22 mart
.

Allahşükür Paşazadə: "Yaxın dostumu itirdim"

Allahşükür Paşazadə Gürcüstanın katolikos-patriarx II İlyanın dəfnində iştirak edəcək. xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bayram namazından sonra jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, uzun illər İlya ilə dostluq edib:. "O dai

20 mart