"Çelsi" pulunu geri qaytarmaq üçün Enzo Fernandesi "Real"a sata bilər
İngiltərənin "Çelsi" klubu 2023-cü ildə yarımmüdafiəçi Enzo Fernandes üçün ödədiyi 120 milyon avroluq transfer məbləğini geri qaytarmaq niyyətindədir.
"Report" "TyC Sports"a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu ilə İspaniyanın "Real" kollektivi yaxından maraqlanır və madridlilərin bu məbləği ödəməyə hazır olduğu bildirilir.
Bununla belə, "Kral klubu" bu transferi reallaşdırmaq üçün hazırkı heyətindən bir neçə futbolçunu satmalı olacaq.
Məlumata əsasən, 2022-ci il dünya çempionu olan Fernandesin mümkün transferi baş tutarsa, onun yetirməsi olduğu "River Pleyt" (Argentina) klubu təxminən 5 milyon avro gəlir əldə edəcək.
"Marca" nəşri qeyd edir ki, futbolçunun İngiltərəni tərk etmək istəyinə təsir edən əsas amillərdən biri ölkədəki hava şəraiti və günəşli günlərin azlığıdır. Argentinalı yarımmüdafiəçi daha isti iqlimə üstünlük verir.
Qeyd edək ki, Fernandes cari mövsümdə bütün turnirlərdə 46 oyuna çıxıb, 12 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun "Çelsi" ilə müqaviləsinin müddəti 2032-ci ilin yayına qədər qüvvədədir.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1071 Tarix: 22 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
DÇ-2026: Argentina və Kolumbiya 1/8 finalda
Futbol üzrə dünya çempionatında Argentina Kabo Verdeni çətinliklə məğlub edərək 1/8 finala yüksəlib. Qaynarinfo-nun məlumatına görə, Mayami stadionunda keçirilən 1/16 final mərhələsinin matçında "tanqoçular" 3:2 hesablı qələbəyə seviniblər. Görüşün əsas vaxtı 1:1 hesablı bərabərliklə yekunlaşıb
4 iyul"Qarabağ" və Marko Yankoviçin lider olduğu göstərici açıqlandı
2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında 90 dəqiqə ərzində ən çox dəqiq ötürmə müəllifi olan futbolçular bəlli olub. Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının hesabatında bildirilib. "Qarabağ"ın futbolçusu Marko Yankoviç birinci pillədə qərarlaşıb. Yarımmüdafiəçini
1 iyul"UFC Fight Night Baku": Qazaxıstanlı Almabayev qələbə qazandı
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində növbəti görüş baş tutub. xəbər verir ki, turnirin üçüncü əsas qarşılaşmasında Qazaxıstanı təmsil edən Asu Almabayev (57.15 kq) ABŞ-dən olan Çarlz Consonla (56.92 kq) qarşıaşıb. Superyüngül çəkidə keçirilən döyüşdə Asu Almabayev Çarlz Conson
27 iyun"Qarabağ" bu gün Avstriyada iki yoxlama oyunu keçirəcək
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün sözügedən ölkədə daha iki yoxlama oyunu keçirəcək. Qaynarinfo-nn məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda ilk olaraq Ukrayna təmsilçisi "Xarkov"la üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 15:00-d
1 iyulAzərbaycan Premyer Liqası: Son 5 mövsümdə nə qədər azarkeş olub?
Azərbaycan Premyer Liqasında son 5 ilin tamaşaçı statistikası açıqlanıb. Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının hesabatında bildirilib. Sonuncu 2025/2026 mövsümündə keçirilən 198 oyunda ümumilikdə 285 min 778 tamaşaçı qeydə alınıb və hər qarşılaşmaya orta hesabla 1443 azarkeş düşüb
1 iyulElvin Cəfərquliyev İngiltərə Premyer Liqasında?
"Qarabağ"ın və Azərbaycan millisinin cinah müdafiəçisi Elvin Cəfərquliyev sosial şəbəkə hesabında diqqətçəkən foto paylaşıb. Qaynarinfo xəbər verir ki, hazırda Ağdam təmsilçisinin heyətində Avstriyanın Zaltsburq şəhərində təlim-məşq toplanışında olan istedadlı futbolçu asudə vaxtında çəkilmi
30 iyunOrelyen Çuameni zədə səbəbindən Paraqvaya qarşı matçı buraxa bilər
Fransa yığmasının yarımmüdafiəçisi Orelyen Çuameni DÇ-2026-nın 1/8 finalında Paraqvay millisinə qarşı matçı buraxa bilər. "Report" "RMC Sport"a istinadən xəbər verir ki, oyunçu bud nahiyəsindəki zədə səbəbindən narahatlıq hiss edir. Futbolçunun 1/4 finala qədər bərpa olunacağı gözlənilir
4 iyulLukaku dünya çempionatlarında Belçika millisinin ən məhsuldar oyunçusu olub
Romelu Lukaku Belçika millisinin heyətində dünya çempionatlarında ən çox qol vuran futbolçu adına sahib çıxıb. "Report"un məlumatına görə, 33 yaşlı hücumçu buna Yeni Zelandiyanı 5:1 hesabı ilə məğlub etdikləri G qrupunun II turunun oyununda fərqlənməklə nail olub. O, mundiallardakı qollarını
27 iyun