Psixoloq valideynlərə xəbərdarlıq etdi: "İnternetsiz uşaqlar düşünə bilmirlər"

Psixoloq valideynlərə xəbərdarlıq etdi: "İnternetsiz uşaqlar düşünə bilmirlər""Rəqəmsal mühitdə böyüyən müasir uşaqlar inkişaflarını yalnız texnologiyadan istifadə ilə məhdudlaşdırmamalıdırlar".

Oxu.Az xəbər verir ki, bu barədə klinik psixoloq Marianna Abravitova Rusiyanın "Beşinci kanal"ına verdiyi müsahibədə danışıb.

Mütəxəssis izah edib ki, uşaqlar erkən yaşlardan qadcetlərlə fəal ünsiyyət qurmağa başlayırlar ki, bu da onların şəxsiyyətinin formalaşmasına qaçılmaz şəkildə təsir göstərir. Onun sözlərinə görə, tam rəqəmsallaşmaya meyillilikdən qaçmaq vacibdir, çünki bu zaman texnologiyadan kənar, müstəqil inkişaf qabiliyyəti zəifləyə bilər.

Abravitova vurğulayıb ki, valideynlər anlamalıdırlar: uşağın şəxsiyyətinin formalaşması üçün onun özü ilə tək qalmaq, düşünmək və öz biopsixoloji, həmçinin əqli resurslarından istifadə etmək bacarığı vacibdir. İnkişaf yalnız internet və rəqəmsal cihazlarla qarşılıqlı əlaqə ilə məhdudlaşmamalıdır.

Bununla belə, psixoloq qeyd edib ki, ölçülü və düzgün yanaşma ilə texnologiya ilə erkən tanışlıq zərərli deyil. O əlavə edib ki, hətta böyüklər belə internetsiz qalanda narahatlıq keçirirlər - sanki özlərinin bir hissəsini itirirlər. İnternet dövründə doğulub böyüyən uşaqlar üçün isə belə bir ayrılıq daha ciddi dezoriyentasiyaya səbəb ola bilər.

Abravitovanın fikrincə, rəqəmsal dövrdə doğulan uşaqlar artıq texnoloji dünyaya inteqrasiya olunublar. Əgər virtual və real mühit arasında balans qorunarsa, bu, uşaqlara ətrafdakı reallıqla birgə inkişaf etmək və onun resurslarından səmərəli istifadə etmək imkanı verəcək.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1099   Tarix: 18 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ölümdən iki gün əvvəl orqanizmdə nə baş verir?

Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə

15 noyabr
.

Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?

İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona

8 noyabr
.

Dünyada sahili olmayan yeganə dəniz

Yer kürəsində sahili və limanı olmayan yeganə dəniz mövcuddur. Atlantik okeanının daxilində yerləşən Sarqasso dənizinin sərhədlərini quru sahələri deyil, dörd güclü okean axını formalaşdırır. -a istinadən bildirir ki, bu qeyri-adi dəniz Floridadan təxminən 950 kilometr şərqdə yerləşir. Ona ən yaxın qur

14 noyabr
.

Turşu xiyarların xarab olmaması üçün nə etməli?

Turşu bankasını açdıqdan sonra xiyarların bir neçə gün ərzində xarab olmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, düzgün saxlanma şəraiti turşuların həm dadını, həm də xırtıldayan quruluşunu uzun müddət qorumağa kömək edir. xəbər verir ki, duzlu xiyarlar bank

8 noyabr
.

Romanovların əfsanəvi sapfiri rekord qiymətə satıldı

Bir vaxtlar Rusiya İmperiyasının kral zinət əşyaları kolleksiyasına daxil olan nəhəng sapfirin yerləşdiyi nadir bilərzik İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda gözləntiləri iki dəfədən çox üstələyərək 4,9 milyon dollara alıcı tapıb. "Qafqazinfo" xəbər verir ki, "Sotheby's"

14 noyabr
.

Mağara divarlarında 280 qədim təsvir tapıldı - 60 il yanından keçib, görməyiblər

İspaniyanın Kataloniya bölgəsindəki "Cova de la Font Major" mağarasında onilliklər boyu turistlərin diqqətindən yayınan 280 Paleolit dövrü qayaüstü oyması aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, Katalan İnsan Paleoekologiyası və Sosial Təkamül İnstitutunun alimləri Xosep Mariy

14 noyabr
.

Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər

2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ

12 noyabr
.

Qadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB

Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay

15 noyabr
.

Göbələkləri bişirməzdən əvvəl yumaq lazımdırmı?

Göbələklərin hazırlanması zamanı ən çox mübahisə doğuran məsələlərdən biri onların yuyulmasıdır. Bəzi insanlar göbələkləri suya salmağın onların dadını dəyişdirdiyini düşünür, digərləri isə bişirməzdən əvvəl mütləq yuyulmasını vacib hesab edir. Göbələklərin səthində torpaq və digər çirkləndiricilər qal

12 noyabr