Hamının bildiyi bu dərman ürəyi MƏHV EDİRMİŞ - ŞOK XƏBƏRDARLIQ

Hamının bildiyi bu dərman ürəyi MƏHV EDİRMİŞ - ŞOK XƏBƏRDARLIQABŞ-ın Virciniya ştatında aparılan tədqiqat ürək dərmanları qəbul edən pasiyentlər üçün vacib bir təhlükəyə diqqət çəkib.

Musavat.com-un xəbərinə görə, araşdırma nəticəsində məlum olub ki, qandakı natriumun az miqdarda enməsi belə, ürəyin elektrik siqnallarının ötürülməsində ciddi problemlər yarada bilər.

Tədqiqat "Heart Rhythm" jurnalında dərc olunub və araşdırma qrupu sübut edib ki, xüsusilə flekaimid kimi natrium kanallarını bloklayan dərmanlardan istifadə edən şəxslər bu risklə daha çox üz-üzədir. Alimlər təcrübələrini ürək quruluşu insana bənzəyən dəniz donuzları üzərində aparıblar. Müşahidələr göstərib ki, natrium səviyyəsi azaldıqda ürək keçiriciliyində problemlər yaranır, bu da aritmiya riskini artırır.

Natrium çatışmazlığı qusma, ishal, sidikqovucu dərmanlar, bəzi preparatlar və yaşla bağlı fizioloji dəyişikliklər səbəbilə baş verə bilər. Xüsusilə xəstəxanada müalicə alan və yaşlı pasiyentlər bu baxımdan daha həssas sayılır.

Tədqiqatın əsas müəllifi, Virciniya Texnologiya Universitetinin Fralin Tədqiqat İnstitutunun alimi Stiven Poelzin deyib: "Uzun müddətdir bilinir ki, natrium kanallarını bloklayan preparatlar ürək keçiriciliyini zəiflədir. Lakin biz ilk dəfə göstərdik ki, natriumun azlığı ilə bu dərmanların birləşməsi təhlükəni qat-qat artırır."

Alimlər bildirir ki, natrium kanallarının qismən bağlandığı vəziyyətdə ürək siqnalları alternativ yollarla ötürülməyə çalışır. Bu zaman hüceyrələrarası əlaqələr və kalium ionlarının axını kimi mexanizmlər işə düşür. Ancaq natrium çatışmazlığı bu yolların effektivliyini də zəiflədir və nəticədə siqnal ötürülməsi ləngiyir.

Araşdırma ürək ritmini tənzimləyən dərmanlar qəbul edən xəstələrin natrium səviyyələrinin diqqətlə izlənilməsinin vacibliyini bir daha önə çəkir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1213   Tarix: 19 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ölümdən iki gün əvvəl orqanizmdə nə baş verir?

Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə

15 noyabr
.

Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?

İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona

8 noyabr
.

Dünyada sahili olmayan yeganə dəniz

Yer kürəsində sahili və limanı olmayan yeganə dəniz mövcuddur. Atlantik okeanının daxilində yerləşən Sarqasso dənizinin sərhədlərini quru sahələri deyil, dörd güclü okean axını formalaşdırır. -a istinadən bildirir ki, bu qeyri-adi dəniz Floridadan təxminən 950 kilometr şərqdə yerləşir. Ona ən yaxın qur

14 noyabr
.

Turşu xiyarların xarab olmaması üçün nə etməli?

Turşu bankasını açdıqdan sonra xiyarların bir neçə gün ərzində xarab olmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, düzgün saxlanma şəraiti turşuların həm dadını, həm də xırtıldayan quruluşunu uzun müddət qorumağa kömək edir. xəbər verir ki, duzlu xiyarlar bank

8 noyabr
.

Romanovların əfsanəvi sapfiri rekord qiymətə satıldı

Bir vaxtlar Rusiya İmperiyasının kral zinət əşyaları kolleksiyasına daxil olan nəhəng sapfirin yerləşdiyi nadir bilərzik İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda gözləntiləri iki dəfədən çox üstələyərək 4,9 milyon dollara alıcı tapıb. "Qafqazinfo" xəbər verir ki, "Sotheby's"

14 noyabr
.

Mağara divarlarında 280 qədim təsvir tapıldı - 60 il yanından keçib, görməyiblər

İspaniyanın Kataloniya bölgəsindəki "Cova de la Font Major" mağarasında onilliklər boyu turistlərin diqqətindən yayınan 280 Paleolit dövrü qayaüstü oyması aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, Katalan İnsan Paleoekologiyası və Sosial Təkamül İnstitutunun alimləri Xosep Mariy

14 noyabr
.

Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər

2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ

12 noyabr
.

Qadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB

Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay

15 noyabr
.

Göbələkləri bişirməzdən əvvəl yumaq lazımdırmı?

Göbələklərin hazırlanması zamanı ən çox mübahisə doğuran məsələlərdən biri onların yuyulmasıdır. Bəzi insanlar göbələkləri suya salmağın onların dadını dəyişdirdiyini düşünür, digərləri isə bişirməzdən əvvəl mütləq yuyulmasını vacib hesab edir. Göbələklərin səthində torpaq və digər çirkləndiricilər qal

12 noyabr