İlanla üz-üzə qalanda nə etməli?
Yay mövsümünün gəlişi ilə təbiətdə ilanlara rast gəlmə halları artıb. Qızmar havalarda, xüsusilə açıq ərazilərdə və su hövzələrinin yaxınlığında bu canlılarla qarşılaşmaq mümkündür.
Bir neçə gün öncə dənizdə istirahət edən qadının qoluna ilan dolanması ilə bağlı xəbər yayılmışdı. Hadisə zamanı yaxınlıqda olan bir gənc qadını xilas edib.
İlanlarla bağlı təhlükə və davranış qaydaları barədə herpetoloq Anar Cəfərov açıqlama verib.
Onun sözlərinə görə, Azərbaycanda sarılaraq boğulma təhlükəsi yaradacaq qədər iri ölçülü ilan növləri yoxdur:
"Lakin bəzi hallarda, xüsusilə dənizdə su ilanları insan bədəninə sarıla bilər. Bu zaman panikaya düşmək, qəfil və təlaşlı hərəkətlər etmək olmaz. İlanlar adətən özlərini təhdid altında hiss etdikdə belə davranırlar. Belə bir vəziyyətlə qarşılaşsanız, sakit və təmkinli olun, yavaş-yavaş uzaqlaşın".
Mütəxəssis vətəndaşlara xəbərdarlıq edərək açıq ərazilərdə və su kənarlarında diqqətli olmağı, mümkün qədər ayaqqabısız və nəzarətsiz ərazilərdə gəzməməyi tövsiyə edib.
Qeyd edək ki, insan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyası"nın sədri, XXI Əsrin Qadınları İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova Şıx çimərliyində ilan gördüyünü bildirib. QHT sədri bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
"Dünən havanın istisinə sevincək olub Şıxov çimərliyinə üz tutduq. Çimərliyin bağlanmasına 2 saat qalmış, 6 nəfərə 180 manat verib tələm-tələsik dənizə qaçdıq. Millət hovuzda çimirdi, dənizdə isə bizdən başqa bir oğlan vardı. Biz 6 qadın... şok keçirdik... Dənizdə İradə xanımın qoluna ilan sarıldı. Təsəvvür edin, nə hala düşdük... Köməyə gələn oğlan ilanın başından tutub dənizdən çıxardı. Oğlan olmasaydı, qorxudan 6 meyit olmuşduq. Hələ də özümüzə gələ bilmirik. Qışqırmaqdan da səsimiz batıb".(musavat.com)
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 846 Tarix: 19 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Xüsusilə uzun müddət geynilən idman ayaqqabılarında yaranan xoşagəlməz qoxu ayaqqabı çıxarıldıqdan sonra belə günlərlə qala bilir. Qoxunu maskalamaq üçün ətirıi məhsullar istifadə etmək əvəzinə, ayaqqabının içinə bir xörək qaşığı soda tökərək gecə boyu gözlətmək nəm və pis qoxunu azaldır. xəbər veri
19 sentyabrBədən bu yaşdan sonra daha sürətlə qocalır?
İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə
20 sentyabrÇox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır
Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:
20 sentyabrİnsanlar səhvlərini etiraf etməkdən niyə çəkinirlər? - Psixoloq
Son vaxtlar cəmiyyətdə insanların bir-birini anlamaqda çətinlik çəkdiyi müşahidə olunur. Bu tendensiyanı sosial şəbəkələrdə də aydın şəkildə görmək mümkündür. Empatiya çatışmazlığı, başqalarını ittiham etmək, mühakimə etmək və onların səhvlərini axtarmaq getdikcə daha geniş yayılır. Bəs bu vəziyyət cəmiyyət
17 sentyabrEv yığışdırmaq arıqladır? - 30 dəqiqədə bu qədər kalori yanır
Oturaq iş və azhərəkətli həyat tərzi fonunda ev yığışdırmaq əlavə kalori yandırmağın sadə yollarından biri ola bilər. xəbər verir ki, adi ev təmizliyi zamanı həftə ərzində təxminən 2690 kilokalori sərf etmək mümkündür. İl ərzində isə bu göstəricinin təxminən 140 min kilokaloriyə çatmaq ehtimalı var
20 sentyabrTelefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Smartfon istifadəçiləri bəzən ekranın yuxarı hissəsində kiçik yaşıl və ya narıncı nöqtənin göründüyünü müşahidə edirlər. Bir neçə saniyədən sonra yoxa çıxan bu işarə əslində telefonun məxfilik və təhlükəsizlik funksiyalarından biridir. Rəngli indikator tətbiqlərdən birinin telefonun kamerasına və y
19 sentyabrBəzi insanlar niyə başqasının uğuruna sevinə bilmir?
Bəzən insan dostunun, həmkarının və ya yaxın adamının uğur xəbərinə gözlənildiyi kimi sevinclə reaksiya vermir. Psixoloqlar isə bunun arxasında tamam başqa səbəblərin də dayana biləcəyini bildirirlər. xəbər verir ki, belə reaksiyalara özünü başqaları ilə müqayisə etmək, aşağı özünəqiymət, şəxsi uğurları
20 sentyabr