Soyuducunu və qidanı korlamayın: Məhsulların dondurulmasında yol verilən 9 SƏHV

Soyuducunu və qidanı korlamayın: Məhsulların dondurulmasında yol verilən 9 SƏHVDondurucu kamera tərəvəz, meyvə və yeməkləri əvvəlcədən hazırlayıb saxlamaq və əlavə pul xərcləməmək üçün əla vasitədir. Amma bu rahat funksiyanı yanlış istifadə etdikdə, gözlənilən nəticəni verməyə bilər.

Lent.az bu 9 yayğın səhvi təqdim edir.

1. İsti yeməyi dərhal dondurucuya qoymayın
Təzə bişmiş isti yeməklərin dondurucuya qoyulması kameranın daxilində temperaturu artırır. Bu da oradakı digər məhsulların qismən əriməsinə və bakteriyaların inkişafı üçün şəraitin yaranmasına səbəb ola bilər. Üstəlik, belə yeməklər qeyri-bərabər donur. Əvvəlcə otaq temperaturuna qədər soyudun və ya bir neçə saatlıq soyuducuya yerləşdirin.

2. Məhsulları otaq temperaturunda əritməyin
Yemək uzun müddət otaq temperaturunda qaldıqda onun səthi tez isinərək bakteriyalar üçün ideal mühit yaradır. Ən təhlükəsiz üsul – soyuducuda və ya soyuq suda (30 dəqiqədən bir suyu dəyişərək) əridilməsidir.

3. Su tərkibi yüksək olan tərəvəzləri dondurmayın
Pomidor, xiyar, balqabaq kimi tərəvəzlər dondurulduqda quruluşunu və dadını itirərək "kaşaya" çevrilirlər. Hüceyrələrdəki su buz kristallarına çevrilərək toxumanı məhv edir. Belə tərəvəzləri yalnız şorba və ya qovurma üçün istifadə etmək məsləhətdir.

4. Tərəvəzləri blanş etmədən dondurmayın
Blanşetmə – tərəvəzin qısa müddətlik qaynar suya salınması onun rəngini, dadını və faydalı maddələrini qoruyur. Əks halda, dondurulduqdan sonra tərəvəzlər solğun, dadsız və yumşaq olur. Bu, xüsusilə yerkökü, lobya, noxud və kələmdə müşahidə olunur. Qaynatdıqdan sonra onları mütləq soyuq suda soyudun.

5. Hər şeyi bir paketə yığmayın
Meyvə və tərəvəzləri birbaşa paketə töküb dondurmaq onları bir-birinə yapışdırır və iri buz topasına çevirir. Sonradan istifadə etmək çətin olur – ya kəsilməli, ya da atılmalıdır. Ən düzgün yol məhsulları əvvəlcə nimçədə ayrıca dondurmaq, sonra isə konteynerlərə yığmaqdır. Bu, həm formalarını qoruyur, həm də porsiyalarla istifadəni asanlaşdırır.

6. Dondurucunu tam doldurmayın və boş da saxlamayın
Tamamilə dolu dondurucuda hava dövranı zəifləyir və soyutma zəifləyir. Əgər içəridə çox az məhsul varsa, hər qapı açıldıqda soyuq tez itirilir. Ən ideal – 75% doluluqdur. Bu, sabit temperaturu saxlayır və enerji qənaətinə səbəb olur.

7. Məhsulları açıq şəkildə dondurmayın
Qapaqsız konteynerlər və ya bağlanmamış paketlər "don yanığı"na səbəb olur. Məhsulun səthi buz qatına bürünərək dadını və quruluşunu itirir. Bu hissələr çox vaxt kəsilərək atılır. Möhkəm bağlanan konteynerlər və ya zipli paketlər istifadə edin, içindəki havanı buraxın.

8. Keyfiyyətsiz qab istifadə etməyin
Bəzi plastik qablar aşağı temperaturda kövrəkləşib çatlayır. Polistirol və ucuz plastiklər dondurucu üçün uyğun deyil. Alt hissəsində "qar dənəsi" simvolu və ya "dondurmaq üçün" yazısı olan qabları seçin.

9. Paketləri imzalamağı unutmayın
Birkaç həftədən sonra nəyi nə vaxt dondurduğunuzu xatırlamaq çətin ola bilər. Bu da məhsulun xarab olmasına və ya eyni şeyin bir neçə dəfə alınmasına səbəb olur. Marker və ya yapışqan lentlə paketləri imzalayın: məhsulun adını və tarixini qeyd edin.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2781   Tarix: 20 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rənglərin möhtəşəmliyi: Avropada "qızıl payız"ın ən uzun sürdüyü 10 məkan

Avropanın bəzi bölgələrində parlaq payız rəngləri hətta noyabr ayına qədər qorunub qalır. Payızda Avropanın böyük hissəsi rəngarəng mənzərəyə bürünür. Ağacların yaşıl yarpaqları sarı, narıncı və tünd qırmızı çalarlara çevrilir. Bir çox turist də bu gözəlliyi görməyə çalışır, çünki qədim qalalar və tarix

21 sentyabr
.

Göbək nahiyəsinə masajla böyrək daşlarını çıxardığını iddia edən şəxsin görüntüləri müzakirə yaratdı - VİDEO

"Böyrək daşı tökürəm" deyərək nümayiş etdirilən görüntülər sosial şəbəkələrdə diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki,kadrlarda bir şəxsin göbək nahiyəsinə müxtəlif hərəkətlərlə masaj etdiyi, daha sonra isə ovucunda saxladığı daşabənzər kiçik parçaları qaba qoyduğu görünür. Şəx

18 sentyabr
.

Ev yığışdırmaq arıqladır? - 30 dəqiqədə bu qədər kalori yanır

Oturaq iş və azhərəkətli həyat tərzi fonunda ev yığışdırmaq əlavə kalori yandırmağın sadə yollarından biri ola bilər. xəbər verir ki, adi ev təmizliyi zamanı həftə ərzində təxminən 2690 kilokalori sərf etmək mümkündür. İl ərzində isə bu göstəricinin təxminən 140 min kilokaloriyə çatmaq ehtimalı var

20 sentyabr
.

Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır

Xüsusilə uzun müddət geynilən idman ayaqqabılarında yaranan xoşagəlməz qoxu ayaqqabı çıxarıldıqdan sonra belə günlərlə qala bilir. Qoxunu maskalamaq üçün ətirıi məhsullar istifadə etmək əvəzinə, ayaqqabının içinə bir xörək qaşığı soda tökərək gecə boyu gözlətmək nəm və pis qoxunu azaldır. xəbər veri

19 sentyabr
.

İnsanlar səhvlərini etiraf etməkdən niyə çəkinirlər? - Psixoloq

Son vaxtlar cəmiyyətdə insanların bir-birini anlamaqda çətinlik çəkdiyi müşahidə olunur. Bu tendensiyanı sosial şəbəkələrdə də aydın şəkildə görmək mümkündür. Empatiya çatışmazlığı, başqalarını ittiham etmək, mühakimə etmək və onların səhvlərini axtarmaq getdikcə daha geniş yayılır. Bəs bu vəziyyət cəmiyyət

17 sentyabr
.

Ərinin geyiminə reaksiyası sosial şəbəkələrdə müzakirələrə səbəb oldu - VİDEO

Sosial şəbəkələrdə yayılan video ər-arvad arasında baş verən dialoqla gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, videoda qadının çəkiliş zamanı geyimi və verdiyi pozlar ərinin narazılığına səbəb olur. Kişi həyat yoldaşına "Belə də video olmaz, hər yerin açılır. Bir az diqqətli olmalısan"

21 sentyabr
.

Saatda eyni rəqəmlər niyə gözümüzə dəyir? - Səbəbi açıqlandı

11:11-də arzu tuturuq, 13:13-ü görəndə ehtiyatlanırıq, 17:17 isə bəzilərinə kainatın hansısa mesaj verdiyini düşündürür. Bəs təsadüfi rəqəm uyğunluqlarında taleyin işarəsi axtarmağımızın səbəbi nədir və bu, psixoloji baxımdan nə dərəcədə normaldır?. xarici mediaya istinadla xəbər verir ki, psixologiy

20 sentyabr
.

Messi cərimə zərbəsindən 75-ci qolunu vurub tarixdə ikinci yerə yüksəldi

MLS-in müntəzəm mövsüm oyununda "İnter Mayami" evdə "San-Dieqo" ilə 2-2 hesablı heç-heçə edib. -ın xəbərinə görə, ev sahiblərindən Lionel Messi və Luis Suares fərqləniblər. Qonaqlardan isə Anders Dreyer iki qol vurub. "İnter Mayami"nin kapitanı Lionel Messi birbaşa cərim

21 sentyabr
.

30 dollara almışdı - 150-250 min dəyəri var imiş

ABŞ-nin Miçiqan ştatında əmlak satışında 30 dollara alınmış rəsm əsərinin tanınmış sürrealist rəssam Gertruda Aberkrombinin itirilmiş əl işi olduğu ortaya çıxıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə UPI nəşri məlumat yayıb. Rəsm əsərini alan şəxs onun bir küncündə "Abercrombie, '51"

21 sentyabr