Xankəndidən verilən Zəngəzur dəhlizi MESAJI

Xankəndidən verilən Zəngəzur dəhlizi MESAJIİyulun 19-21-də Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumu yalnız informasiya texnologiyalarının deyil, həm də Azərbaycanın çağdaş dünyaya təqdim etdiyi geosiyasi baxış bucağının parlaq nümunəsidir. "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda keçirilən forum 52 ölkədən 140-dan çox iştirakçını bir araya gətirməklə Azərbaycanın texnologiya, diplomatiya və strateji mesajlar sahəsində yüksələn rolunu bir daha göstərdi. Forumda media savadlılığı, informasiya təhlükəsizliyi, süni intellektin medianın dayanıqlılığına təsiri, dezinformasiyaya qarşı strategiyalar kimi mühüm mövzular müzakirə edildi. Mühüm məqamlardan biri də Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı açıqlamaları oldu. Dövlət başçısı bildirdi ki, biz Zəngəzur dəhlizinin potensialını ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndiririk:

"Ermənistan və İranla sərhədimizin qovuşuğuna qədər dəmir yolunun tikintisini, demək olar, başa çatdırırıq. Yəqin ki, bir ildən az müddətdə, bəlkə də, gələn ilin yazında bu dəmir yolunun Azərbaycan hissəsi tikilmiş olacaq".

Zəngəzur dəhlizinin reallaşması mahiyyət etibarilə Şimal-Cənub dəhlizinin başqa istiqamətini açacaq. Təkcə hamının haqqında danışdığı bir istiqamətə - Rusiyadan, Azərbaycandan İrana, Rəştə deyil, həm də Şərqi Zəngəzur və Zəngəzur bölgəsinin digər hissələri vasitəsilə İrana, oradan da Türkiyəyə. Bu, yük axınının həcminin artırılması üçün böyük perspektivlər açır", - deyə dövlət başçısı qeyd edib.

Milli Məclisin deputatı Vüqar Bayramov Oxu.Az-a açıqlamasında bildirib ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi zaman məsələsidir:

"Təbii ki, Zəngəzur dəhlizi birmənalı şəkildə istifadəyə veriləcək. İqtisadi təhlillər də göstərir ki, Zəngəzur dəhlizi bütövlükdə regionun inkişafı üçün vacibdir. Bu baxımdan, Ermənistan da iqtisadiyyatının qısamüddətli deyil, daha orta və uzunmüddətli dövrdə inkişafında maraqlıdırsa, dəhlizin rasional olaraq daha tez açılmasına səy göstərməlidir. Regional olaraq Zəngəzur dəhlizi Qafqaz üçün həm də dayanıqlı sülh və stabilliyin əsasını qoya bilər. Çünki kommunikasiyanın açılması, o cümlədən Zəngəzur dəhlizinin istifadəyə verilməsi həm də əməkdaşlıq üçün yeni imkanlar deməkdir".

"Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasının quru nəqliyyat vasitəsilə birləşməsinə imkan verəcək. Dəhliz türk dünyasını birləşdirən bir yol olacaq. Bütün bunlarla yanaşı, Zəngəzur dəhlizinin istifadəyə verilməsi həm də region ölkələri üçün faydalıdır. İqtisadi qiymətləndirmələr də göstərir ki, region ölkələri də Zəngəzur dəhlizinin istifadəyə verilməsindən dividend əldə edəcəklər. Ona görə regionda maraqlı olan ölkələr də bu dəhlizin daha qısa zamanda istifadəyə verilməsini təşviq etməlidirlər. Bu istiqamətdə maneələr yaratmaq deyil, dəstək nümayiş etdirmək prinsipinə üstünlük verməlidirlər", - deputat vurğulayıb.

Müsahibimiz əlavə edib ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi, eyni zamanda, Şimal-Cənub nəqliyyat marşrutunun genişləndirilməsinə imkan verəcək:

"Çünki nəticə etibarilə Şimal-Cənub nəqliyyat dəhlizi şimaldan başlayaraq cənuba - Hindistana qədər yüklərin daşınmasını özündə ehtiva edir. Amma eyni zamanda, artıq həmin nəqliyyat dəhlizi Zəngəzur dəhlizi vasitəsilə həm də Türkiyə və Avropaya genişlənmiş olacaq. Bu da təbii ki, Şimal-Cənub nəqliyyat dəhlizinin həm ötürmə imkanlarının, həm də bütövlükdə yükdaşıma tutumunun daha da artmasına şərait yaradacaq. Bu baxımdan, Zəngəzur dəhlizinin istifadəyə verilməsi, məhz qlobal forumda qeyd olunduğu kimi, regional layihələrin daha da genişlənməsinə, region ölkələrinin bu imkandan daha sıx şəkildə faydalanmasına gətirib çıxaracaq".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1263   Tarix: 22 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın şəkər ixracından gəliri 2 dəfədən çox artıb

Bu ilin yanvar-avqust aylarında ölkədən 91 milyon ABŞ dolları dəyərində 146,9 min tondan çox şəkər ixrac edilib. xəbər verir ki, Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 2,3 dəfə artıb. Cari ilin ilk yarısında şəkərin ümumi ixracda xüsus

16 sentyabr
.

Gürcüstan Azərbaycandan neft və neft yağları idxalına çəkdiyi xərci 2 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 102 milyon ABŞ dolları dəyərində 101 min 43 ton neft və neft yağları idxal edib. -ın Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində

21 sentyabr
.

Avropada yanacaq qiyməti niyə bahalaşır? - AÇIQLAMA

Avropada yanacağın qiymətindəki dəyişikliklər son dövrdə həm qlobal enerji bazarındakı proseslər, həm də regiondakı geosiyasi gərginliklərlə əlaqələndirilir. Neftin dünya bazarında bahalaşması ilə yanaşı, yanacağın daşınması və emalı xərcləri, təchizat zəncirində yaranan problemlər və Avropa ölkələrind

16 sentyabr
.

Azərbaycanda aqrar sektor 3 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 10 milyard 57,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % çoxdur. Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 2 %, bitkiçili

11 sentyabr
.

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub

17 sentyabr
.

Azərbaycanda pul bazası 15 %-ə yaxın artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 238,8 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 1,2 % çoxdur. Bununla belə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 7,9 %, son 1 ildə isə 14,8 % artıb

7 sentyabr
.

Brent markalı neftin qiyməti artaraq 107,44 dollar/barelə çatıb

Bazarın Yaxın Şərqdəki vəziyyətə diqqəti davam etdirməsi ilə çərşənbə axşamı səhəri neft qiymətləri yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün çatdırılma ilə Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,76 dollar (1,67%) çox, bir barel üçü

15 sentyabr
.

Çindən Azərbaycana turist axını 5 % artıb

2026-cı ilin avqust ayında Çindən Azərbaycana gələn turistlərin sayı 5 % artıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Teymur Süleymanzadə "China Southern Airlines" aviaşirkətinin Bakıdakı nümayəndəliyinin fəaliyyətə başlamasını

10 sentyabr
.

Azərbaycanda mobil cihazların bazar payı avqustda 17 %-dən çox azalıb

Bu ilin avqust ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 51,81 % təşkil edib. "Statcounter" agentliyinin son hesabatına istinadən xəbər verir ki, bu, iyul ayına nisbətən 10,88 faiz bəndi və ya 17,4 %, 2025-ci ilin avqust ayını

2 sentyabr