Öz yaxın dostunu 40 dollara satan Silvester Stallone elə günlərə qalıb ki... - Rembonun acı hekayəsi

Öz yaxın dostunu 40 dollara satan Silvester Stallone elə günlərə qalıb ki... - Rembonun acı hekayəsiÖlkə.az Musavat.com-a istinadla xəbər verir ki, Hollivudun əfsanəvi aktyoru, "Rambo" və "Rocky" filmlərinin ulduzu Silvester Stallone bir zamanlar aclıq və yoxsulluqla üz-üzə qalaraq sevimli itini – Butkusu – cəmi 40 dollara satmaq məcburiyyətində qalıb.

Stallone müsahibələrinin birində bu hadisəni belə xatırlayır:

"Pulum yox idi, yemək tapa bilmirdim. Butkus da mənim kimi ac qalırdı. Elə düşündüm ki, bəlkə onu alan kimsə ona yaxşı baxar. Ən azı o, tox qalar."

Bu hadisə, onun məşhurluğa gedən yolunun nə qədər çətin və ağrılı olduğunu göstərir. Stallonenin həyatı uşaqlıqdan faciələrlə başlayıb: ata-anası onu sevməyib, üzünün bir hissəsi iflic olub, danışığında ciddi qüsurlar var imiş. Amma bütün bunlara baxmayaraq, o, məşhur aktyor olmaq istəyib və bu yoldan dönməyib.

O, bir gün ssenari yazır və həmin ssenariyə 250 min dollar təklif edirlər. Lakin razılaşmır, çünki ssenaridəki baş qəhrəmanı yalnız özü oynamaq istəyir. Halbuki o zaman vağzalda gecələyir, ac qalırdı. Lakin öz prinsipindən dönmür.

Sevimli dostu Butkusu satdıqdan bir neçə gün sonra Stallonenin əlinə pul keçir. O, üç gün ərzində iti satdığı yerin qarşısında dayanaraq alıcını gözləyir. Nəhayət, onu görür və deyir:

"O mənim dostum idi. Xahiş edirəm, onu geri ver…"

Alıcı isə artıq bilir ki, Stallonenin imkanı artıb. Buna görə Butkusu yalnız 15 min dollara satacağını deyir. Stallone tərəddüd etmədən bütün pulunu verərək 40 dollara satdığı dostunu 15 min dollara geri alır.

Daha sonra isə taleyi dəyişir. 1 milyon dollara başa gələn "Rocky" filmi 250 milyon dollar gəlir gətirir. Filmin ilk hissəsində sevimli iti Butkus da rol alır – o artıq sadəcə dost deyil, əfsanəyə çevrilmiş bir xatirədir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1240   Tarix: 22 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Siqaret yalnız sağlamlığınız üçün zərərli deyil: yeni risk AŞKARLANDI

15 ölkədə aparılan genişmiqyaslı araşdırma bu vərdişin gözlənilməz təsirini üzə çıxarıb. Məlum olub ki, zaman keçdikcə siqaret çəkmək insanın həyatına ciddi şəkildə təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, siqaretin tanış olmaq, söhbəti davam etdirmək və ya həmkarlarla vaxt keçirmə

17 sentyabr
.

Süni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video

"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları

20 sentyabr
.

Arvadına dediyi tək kəlimə başına dərd oldu

Türkiyənin Yargıtay 2-ci Hüquq Dairəsi boşanma işi üzrə mühüm qərar qəbul edib. xarici mediaya istinadla xəbər verir ki, məhkəmə arvadına "eşşəksən, heyvansan" deyərək təhqir edən kişinin daha ağır təqsirli olduğuna qərar verib. Şiddətli fikir ayrılığı yaşayan ər-arvad qarşılıqlı şəkildə boşanm

17 sentyabr
.

Mumiyalanmış insan qalıqları internetdə satılır: Həyəcan təbili

Bioarxeoloqlar sosial şəbəkələrdə, onlayn marketpleyslərdə və hərraclarda mumiyalanmış insan qalıqlarının satışının artması ilə bağlı sağlamlıq üçün real təhlükə barədə xəbərdarlıq ediblər. Alimlər bu qənaətə mumiyaların fraqmentlərinin satışı ilə bağlı 128 elan və paylaşımı araşdırdıqdan sonra gəliblər

17 sentyabr
.

Alimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu

Boliviyada elmə əvvəllər məlum olmayan yeni vəhşi pişik növü aşkar edilib. Yeni növə Leopardus tilcayo adı verilib və o, Tilcayo pələng pişiyi kimi tanınacaq. "National Geographic" jurnalına istinadən xəbər verir ki, alimlər bu pişik növünü ilk dəfə 2016-cı ildə müşahidə ediblər. Lakin onu

19 sentyabr
.

Beyninin yarısı insan toxumasından ibarət siçanlar yetişdirildi

ABŞ-da alimlər insan beyin hüceyrələrini siçanların beyninə köçürərək insan toxumasının üstünlük təşkil etdiyi yeni model yaradıblar. xəbər verir ki, Stanford Universitetinin tədqiqatçıları insan beyninin inkişafını və nevroloji xəstəliklərin mexanizmlərini araşdırmaq məqsədilə genetik modifikasiya edilmi

19 sentyabr
.

22 yaşlı qadın məşqçinin cavabı gündəm oldu: "Bu komandanı qadınlar aşağı liqaya salmayıb" - VİDEO

Türkiyənin "Turgutluspor" klubunun 22 yaşlı baş məşqçisi Zeynep Mestanın televiziya proqramında yayımlanan yeni görüntüləri diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, proqramın aparıcısı Beyazıt Öztürkün qadınların futboldakı mövqeyi ilə bağlı sözlərinə gənc məşqçinin verdiyi cava

17 sentyabr
.

30 dollara almışdı - 150-250 min dəyəri var imiş

ABŞ-nin Miçiqan ştatında əmlak satışında 30 dollara alınmış rəsm əsərinin tanınmış sürrealist rəssam Gertruda Aberkrombinin itirilmiş əl işi olduğu ortaya çıxıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə UPI nəşri məlumat yayıb. Rəsm əsərini alan şəxs onun bir küncündə "Abercrombie, '51"

21 sentyabr
.

Bir fincan qəhvədə gizlənən sirr - ARAŞDIRMA

Qəhvənin insan orqanizmi üçün əvvəllər düşünüldüyündən daha çox faydası ola bilər. Alimlər müəyyən ediblər ki, kofein hüceyrələrin qədim müdafiə mexanizmlərini aktivləşdirə bilir. xarici mediaya istinadən xəbər verir ki, qəhvə hüceyrələrin sağ qalmasına kömək edən əsas mexanizmlərdən birini işə sal

21 sentyabr