Kiloqramı 110 min avro olan daş: göydən düşüb

Kiloqramı 110 min avro olan daş: göydən düşübDünyada sehrli bir yaşıl daş var ki, bu daş dağıdıcı bir kosmik toqquşma nəticəsində yaranıb və Yer kürəsinin ən məşhur geoloji xəzinələrindən birinə çevrilib. Söhbət yalnız Çexiyada tapılan və kilogramı 110 min avro dəyərində olan moldavitdən gedir.

Lent.az xarici mediaya istinadən bu daş barədə məlumat verir.

Yaşıl xəzinə necə yarandı?

Təxminən 15 milyon il əvvəl baş vermiş rezonanslı bir hadisə Avropanın landşaftını birdəfəlik dəyişdirdi. Cənubi Almaniya ərazisinə meteorit düşərək 24 kilometrlik Ries kraterini formalaşdırdı (indiki Nördlingen yaxınlığında). Bu kosmik toqquşma o qədər güclü idi ki, ətrafdakı qayalar tamamilə buxarlandı.

"Anormal istilik və təzyiq səthdəki çöküntüləri əridərək, atmosfer vasitəsilə yüzlərlə kilometr uzağa atılmış ərimiş damcıların yaranmasına səbəb oldu. Onlar tez soyuyaraq şüşəyə bənzər maddəyə çevrildilər. Biz bu maddəni bu gün moldavit kimi tanıyırıq", – deyə materialda qeyd olunur. Bu yaranma prosesi moldaviti digər kosmik mənşəli fenomenlərlə əlaqələndirir, məsələn, Mərakeş meteoritinin Marsda termal suyun varlığını sübut etməsi kimi. Ənənəvi qiymətli daşlar milyon illər ərzində Yer mantiyasında kristallaşdığı halda, moldavit bir neçə saniyə ərzində formalaşmışdır. Onun amorf və kristalsız strukturu ona təbii şüşə statusu verir, bu səbəblə moldavit klassik minerallar siyahısına daxil edilmir. Özünəməxsus butulka-yaşıl rəngi isə tərkibindəki dəmir elementləri ilə əlaqəlidir; bu rəng meşə yaşılıdan göyümtül yaşıla qədər dəyişə bilər.

Moldaviti bənzərsiz edən nədir?

Moldavitin əsas fərqləndirici cəhəti çox məhdud coğrafi yayılmasıdır. Dünyada mövcud olan moldavitin 99%-dən çoxu yalnız bir ərazidə, Çexiyanın cənubundakı Vltava çayının yuxarı hövzəsində tapılıb. "Moldavit" adı da bu çayın alman adı olan "Moldau" sözündən götürülüb. İlk moldavit nümunələri 1836-cı ildə burada aşkarlanmışdı. Əsas yataqlar Çeskə-Budeyovitse, Trqove-Svine və Praxatitse ətrafındadır. Moraviyada, Yihlava çayı yaxınlığında da bəzi tapıntılar mövcuddur, lakin onlar daha tünd rəngli və az şəffaf olurlar. Bu geocoğrafi eksklüzivlik, moldavitin nadirliyini və qiymətini daha da artırır.

Qiymətlər necə dəyişib?

2000-ci illərin əvvəlində moldavitin 1 qramı təxminən 4,60 avroya satılırdı. Lakin 2025-ci ilə gəldikdə, yüksək keyfiyyətli nümunələrin qiyməti artıq 110 avro/g səviyyəsini keçib, bu isə kilogram üçün 110 000 avro deməkdir. Muzey səviyyəsində olan, şəffaf və təbii formaları olan moldavitlər isə bundan da baha qiymətə satılır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 991   Tarix: 23 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ölümdən iki gün əvvəl orqanizmdə nə baş verir?

Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə

15 noyabr
.

Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?

İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona

8 noyabr
.

Dünyada sahili olmayan yeganə dəniz

Yer kürəsində sahili və limanı olmayan yeganə dəniz mövcuddur. Atlantik okeanının daxilində yerləşən Sarqasso dənizinin sərhədlərini quru sahələri deyil, dörd güclü okean axını formalaşdırır. -a istinadən bildirir ki, bu qeyri-adi dəniz Floridadan təxminən 950 kilometr şərqdə yerləşir. Ona ən yaxın qur

14 noyabr
.

Turşu xiyarların xarab olmaması üçün nə etməli?

Turşu bankasını açdıqdan sonra xiyarların bir neçə gün ərzində xarab olmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, düzgün saxlanma şəraiti turşuların həm dadını, həm də xırtıldayan quruluşunu uzun müddət qorumağa kömək edir. xəbər verir ki, duzlu xiyarlar bank

8 noyabr
.

Romanovların əfsanəvi sapfiri rekord qiymətə satıldı

Bir vaxtlar Rusiya İmperiyasının kral zinət əşyaları kolleksiyasına daxil olan nəhəng sapfirin yerləşdiyi nadir bilərzik İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda gözləntiləri iki dəfədən çox üstələyərək 4,9 milyon dollara alıcı tapıb. "Qafqazinfo" xəbər verir ki, "Sotheby's"

14 noyabr
.

Mağara divarlarında 280 qədim təsvir tapıldı - 60 il yanından keçib, görməyiblər

İspaniyanın Kataloniya bölgəsindəki "Cova de la Font Major" mağarasında onilliklər boyu turistlərin diqqətindən yayınan 280 Paleolit dövrü qayaüstü oyması aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, Katalan İnsan Paleoekologiyası və Sosial Təkamül İnstitutunun alimləri Xosep Mariy

14 noyabr
.

Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər

2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ

12 noyabr
.

Qadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB

Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay

15 noyabr
.

Göbələkləri bişirməzdən əvvəl yumaq lazımdırmı?

Göbələklərin hazırlanması zamanı ən çox mübahisə doğuran məsələlərdən biri onların yuyulmasıdır. Bəzi insanlar göbələkləri suya salmağın onların dadını dəyişdirdiyini düşünür, digərləri isə bişirməzdən əvvəl mütləq yuyulmasını vacib hesab edir. Göbələklərin səthində torpaq və digər çirkləndiricilər qal

12 noyabr