İspaniyada bu 4 sözü desəniz biabır olacaqsınız
Bir çox turizm mütəxəssisləri turistlərə getdikləri ölkənin dilində ən azı bir neçə əsas ifadəni öyrənməyi tövsiyə edirlər. Lakin bəzən turistlər bu cəhddə həddini aşır və nəticədə utandırıcı vəziyyətlərlə qarşılaşırlar.
İspaniyada həddindən artıq turizmdən narazı olan yerli sakinlərin könlünü almaq istəsələr belə, bəzi geniş yayılmış görünsə də, yanlış istifadə edilən ispan ifadələri ciddi anlaşılmazlıqlara və xoşagəlməz hadisələrə səbəb ola bilər.
Lent.az xarici mediaya istinadən həmin ifadələri təqdim edir.
1. "Estoy caliente" ifadəsi cinsi mənada başa düşülür.
Bir çox turist "Mənə isti gəlir" demək üçün bu ifadəni işlədərək özlərini biabır edirlər. Halbuki "estoy caliente" ispan dilində fiziki istini deyil, cinsi ehtirası bildirir. Doğru ifadə "tengo calor"dur.
2. "Estoy casado/casada" – evlisiniz, yoxsa yorğun?
İki ifadə səslənmədə bənzər olsa da, tamamilə fərqli mənalara malikdir. "Estoy cansado/cansada" – "yorğunam", "estoy casado/casada" isə "evliyəm" deməkdir. Turistlər tez-tez bu ikisini qarışdıraraq gülməli vəziyyətə düşürlər.
3. "Embarazada" – utandım yox, hamiləyəm
İngilis dilindəki "embarrassed" sözünə oxşarlığına görə çoxları "embarazada" sözünün "utanmaq" mənasında olduğunu düşünür, lakin bu söz əslində "hamilə" deməkdir. Doğru ifadə "estoy avergonzado/avergonzada"dır.
4. "Hasta la vista" – kinodan tanınan, amma real həyatda nadir hallarda işlənən ifadədir
Bu ifadə "Terminator" kimi filmlər sayəsində məşhurlaşıb, amma gündəlik danışıqda ispanlar onu istifadə etmir. Onun əvəzinə "hasta luego" (sonra görüşərik) və ya "adiós" (sağ olun) daha təbii və məqbul ifadələrdir.
Bu tip dil səhvləri bəzi hallarda ciddi nəticələrə gətirib çıxara bilər. Məsələn, Portuqaliyada rusiyalı bir turist qranat şirəsi (portuqalca "sumo de romã") sifariş vermək istəyərkən, yanlışlıqla "granada" sözünü işlədib və bu da "əl qumbarası" anlamına gəldiyindən, o, qısamüddətli saxlanılıb. Bu hadisə dilin nə qədər vacib olduğunu bir daha xatırladır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1607 Tarix: 23 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır
Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:
20 sentyabrTelefon şarjda olarkən yanında yatmaq təhlükəlidirmi?
Telefonun şarjda olarkən yanında yatmağın sağlamlığa zərərli olması ilə bağlı çoxsaylı fikirlər yayılıb. Həkimlər isə bildirirlər ki, bu mövzuda ən böyük risk radiasiyadan deyil, daha çox elektrik, qızma və nasaz şarj cihazlarından qaynaqlanır. xəbər verir ki, bu günə qədər aparılan araşdırmalar mobi
20 sentyabrRənglərin möhtəşəmliyi: Avropada "qızıl payız"ın ən uzun sürdüyü 10 məkan
Avropanın bəzi bölgələrində parlaq payız rəngləri hətta noyabr ayına qədər qorunub qalır. Payızda Avropanın böyük hissəsi rəngarəng mənzərəyə bürünür. Ağacların yaşıl yarpaqları sarı, narıncı və tünd qırmızı çalarlara çevrilir. Bir çox turist də bu gözəlliyi görməyə çalışır, çünki qədim qalalar və tarix
21 sentyabrSaatda eyni rəqəmlər niyə gözümüzə dəyir? - Səbəbi açıqlandı
11:11-də arzu tuturuq, 13:13-ü görəndə ehtiyatlanırıq, 17:17 isə bəzilərinə kainatın hansısa mesaj verdiyini düşündürür. Bəs təsadüfi rəqəm uyğunluqlarında taleyin işarəsi axtarmağımızın səbəbi nədir və bu, psixoloji baxımdan nə dərəcədə normaldır?. xarici mediaya istinadla xəbər verir ki, psixologiy
20 sentyabrİnsanlar səhvlərini etiraf etməkdən niyə çəkinirlər? - Psixoloq
Son vaxtlar cəmiyyətdə insanların bir-birini anlamaqda çətinlik çəkdiyi müşahidə olunur. Bu tendensiyanı sosial şəbəkələrdə də aydın şəkildə görmək mümkündür. Empatiya çatışmazlığı, başqalarını ittiham etmək, mühakimə etmək və onların səhvlərini axtarmaq getdikcə daha geniş yayılır. Bəs bu vəziyyət cəmiyyət
17 sentyabrBaşları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto
ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y
19 sentyabrBu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB
Ev bitkiləri otağa gözəllik qatsa da, bəzi hallarda həşəratlar üçün gizlənəcək yerə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə yatağın yaxınlığında saxlanılan sıx yarpaqlı bitkilər taxtabitləri üçün əlavə sığınacaq yarada bilər. Mütəxəssislər bildirirlər ki, taxtabitləri bitkilərl
20 sentyabrEşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri
20 sentyabr