Necə yetişmiş və şirin qarpız seçmək olar? - 10 əlamət
Yay mövsümünün simvolu olan şirin və sulu qarpızdan zövq almaq üçün düzgün meyvəni seçmək çox vacibdir.
Lent.az bu 10 əlaməti təqdim edir:
Niyə düzgün qarpız seçmək vacibdir?
Qarpız təkcə ləzzətli meyvə deyil, həm də bədəni su ilə təmin edən, vitamin, lif və antioksidantlarla zəngin sağlamlıq mənbəyidir. Amma yalnız təbii yolla yetişmiş qarpızdan fayda almaq mümkündür. Erkən yığılan və ya nitratla böyüdülən meyvələr zərərli ola bilər.
Qarpız mövsümü nə vaxtdır?
Azərbaycanda arpız mövsümü iyulun sonu, avqust və sentyabrın birinci yarısı sayılır. Bu dövrdə bazarda təbii şəraitdə yetişmiş və kimyəvi maddəsiz qarpızlar olur. İyun və iyulun əvvəlində satılanlar tez-tez nitratla yetişdirilir.
Qarpızın faydaları
Antioksidant mənbəyidir – Likopeyn sayəsində ürək damarlarını qoruyur, iltihabı azaldır.
Orqanizmi təmizləyir – Sidikqovucu təsiri ilə toksinləri və artıq mayeni çıxarır.
Ürəyə xeyirlidir – Tərkibindəki sitrullin damarları genişləndirərək qan dövranını yaxşılaşdırır.
Dəri və immun sistemini gücləndirir – A, C və B qrup vitaminləri ilə.
İdmandan sonra faydalıdır – Kalium və maqnezium sayəsində əzələ spazmını aradan qaldırır.
Necə düzgün qarpız seçmək olar?
1. Qarpıza vurduqda səsi dinləyin
Aydın və cingiltili səs: yetişmiş qarpız.
Boğuq səs: hələ yetişməyib.
Titrək və çartlayan səs: həddindən artıq yetişmiş və ya artıq xarab olmağa başlayıb.
2. Sarı ləkə (torpaq ləkəsi)
Tünd sarı və ya krem rəngli ləkə: qarpız uzun müddət torpaqda yetişib.
Ağ və ya açıq yaşıl ləkə: vaxtsız yığılıb.
3. Zolaqları müşahidə edin
Yetişmiş qarpızın zolaqları kontrastlı və aydın olur.
Dəri mat olmalıdır. Parlaq dərili qarpız hələ yetişməyib.
4. Sap və kəsik yeri
Quru, bükülmüş sap – yetişmiş qarpızın əlamətidir.
Yaşıl və ya yaş sap – erkən yığılıb.
Kəsik yeri qurumuş və yapışqan olmayan olmalıdır.
5. Çəki
Eyni ölçülü iki qarpızdan ağır olanı daha şirəli və yetişmişdir.
6. Forma
Dairəvi və ya yüngül uzunsov formalar yaxşıdır. Qabarıq və qeyri-adi formalar – yetişmə zamanı problemlər olub.
7. Mikroçatlar və yapışqanlıq
Qarpızın üzərində:
çatlar,
yaş ləkələr,
yapışqanlıq,
çürük izləri varsa — almayın.
8. Qarpızın "cinsi" (xalq üsulu)
"Qız" qarpızlar – daha yumru, şirin və yumşaq.
"Oğlan" qarpızlar – uzunsov, çox vaxt az şirin və su kimi olur.
(Elmən təsdiqlənməsə də, təcrübədə fərqlər olur.)
9. Kəsməklə yoxlama (əgər bazarda icazə varsa)
Məzmun parlaq qırmızı olmalıdır.
Ağ damarlar, selik olmamalıdır.
Qara və ya qəhvəyi tumlar – yetişmişliyə işarədir.
Tam qırmızı və tumuzsuz – çox vaxt kimyəvi təsirlə yetişdirilmiş meyvədir.
10. Nitrat testi
Ətini suya salın:
Su çəhrayı olursa – nitrat çoxdur.
Şəffaf və ya bulanıqlı qalırsa – problem yoxdur.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1129 Tarix: 24 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÖlümdən iki gün əvvəl orqanizmdə nə baş verir?
Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə
15 noyabrSahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?
İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona
8 noyabrDünyada sahili olmayan yeganə dəniz
Yer kürəsində sahili və limanı olmayan yeganə dəniz mövcuddur. Atlantik okeanının daxilində yerləşən Sarqasso dənizinin sərhədlərini quru sahələri deyil, dörd güclü okean axını formalaşdırır. -a istinadən bildirir ki, bu qeyri-adi dəniz Floridadan təxminən 950 kilometr şərqdə yerləşir. Ona ən yaxın qur
14 noyabrTurşu xiyarların xarab olmaması üçün nə etməli?
Turşu bankasını açdıqdan sonra xiyarların bir neçə gün ərzində xarab olmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, düzgün saxlanma şəraiti turşuların həm dadını, həm də xırtıldayan quruluşunu uzun müddət qorumağa kömək edir. xəbər verir ki, duzlu xiyarlar bank
8 noyabrRomanovların əfsanəvi sapfiri rekord qiymətə satıldı
Bir vaxtlar Rusiya İmperiyasının kral zinət əşyaları kolleksiyasına daxil olan nəhəng sapfirin yerləşdiyi nadir bilərzik İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda gözləntiləri iki dəfədən çox üstələyərək 4,9 milyon dollara alıcı tapıb. "Qafqazinfo" xəbər verir ki, "Sotheby's"
14 noyabrBu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər
2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ
12 noyabrQadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB
Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay
15 noyabrGöbələkləri bişirməzdən əvvəl yumaq lazımdırmı?
Göbələklərin hazırlanması zamanı ən çox mübahisə doğuran məsələlərdən biri onların yuyulmasıdır. Bəzi insanlar göbələkləri suya salmağın onların dadını dəyişdirdiyini düşünür, digərləri isə bişirməzdən əvvəl mütləq yuyulmasını vacib hesab edir. Göbələklərin səthində torpaq və digər çirkləndiricilər qal
12 noyabr