Əlinizə baxaraq keçəlləşməyə meyilli olub-olmadığınızı anlayın
Yeni araşdırma göstərdi ki, kişilərdə anadangəlmə hormon səviyyələri andogen tipli saç tökülməsini öncədən xəbər verə bilər.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, kişilərdə barmaq uzunluğu ilə keçəlləşmə riski arasında maraqlı bir əlaqə mövcuddur.
"Barmaqlarınıza baxın – keçəlləşmə risqini anlayın"
Amerikalı həkim Coe izah edir:
"Kişinin keçəlləşməyə meyilli olub-olmadığını anlamağın sadə bir yolu var — barmaqlarınıza baxmaq kifayətdir".
Əgər üzüyünüz (4-cü barmaq) şəhadət barmağınızdan (2-ci barmaq) uzundursa, gələcəkdə keçəlləşmə riskiniz 6 dəfə yüksəkdir.
Bu mif deyil – elmidir
Həkimin sözlərinə görə, bu üsul geniş yayılmış yanlış inanclara, məsələn, keçəlləşmənin yalnız anadan miras qalması fikrinə əsaslanmır. Əslində, hər şey bətndaxili hormon səviyyələri ilə bağlıdır.
"Əgər üzük barmağınız şəhadət barmağından uzundursa, bu, doğulmamışdan öncə yüksək testosteron səviyyələrinə məruz qaldığınızı göstərir".
Mexanizm necə işləyir?
Yaş artdıqca saç follikulları DHT (dihidrotestosteron) hormonuna qarşı daha həssas olurlar. Bu hormon zamanla saç follikullarını zəiflədir və nəticədə saçlar tökülməyə başlayır. Əgər bətndə yüksək testosterona məruz qalmısınızsa, DHT-yə həssaslığınız da artmış olur.
2023-cü ildə "Dermatologic Therapy" jurnalında dərc olunan bir araşdırma göstərib ki, 2D:4D nisbəti aşağı olan (yəni üzük barmağı daha uzun olan) kişilərdə keçəlləşmə riski əhəmiyyətli dərəcədə yüksəkdir.
Vacib qeyd
Bu yalnız güclü bir korrelyasiyadır, yəni əlaqə mövcuddur, amma bu mütləq diaqnoz deyil. Yəni barmaq uzunluğu keçəlləşməni 100 faiz proqnozlaşdırmır.
Sosial mediada reaksiya
Coenin videosu TikTok-da böyük rezonans doğurub. İzləyicilər barmaqlarını müqayisə edərək şərhlərdə fikirlərini bölüşüblər:
"Məndə üzük barmağı uzun... amma yalnız sağ əlimdə"!
"Ailədəki bütün kişilərdən əllərinin şəklini istədim"!
"Bəs qadınlar necə? Mənim də saçlarım seyrəkləşir və üzük barmağım daha uzundur".
"Cavab ovucdadır... daha doğrusu, barmaqlarda".
Unutmayın
Bu məlumat yalnız maarifləndirici xarakter daşıyır və həkim məsləhətini əvəz etmir. Sağlamlığınızla bağlı suallarınız üçün həmişə ixtisaslı həkimə müraciət edin. Özbaşına diaqnoz və ya müalicə ilə məşğul olmayın.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 732 Tarix: 26 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÖlümdən iki gün əvvəl orqanizmdə nə baş verir?
Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə
15 noyabrSahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?
İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona
8 noyabrDünyada sahili olmayan yeganə dəniz
Yer kürəsində sahili və limanı olmayan yeganə dəniz mövcuddur. Atlantik okeanının daxilində yerləşən Sarqasso dənizinin sərhədlərini quru sahələri deyil, dörd güclü okean axını formalaşdırır. -a istinadən bildirir ki, bu qeyri-adi dəniz Floridadan təxminən 950 kilometr şərqdə yerləşir. Ona ən yaxın qur
14 noyabrTurşu xiyarların xarab olmaması üçün nə etməli?
Turşu bankasını açdıqdan sonra xiyarların bir neçə gün ərzində xarab olmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, düzgün saxlanma şəraiti turşuların həm dadını, həm də xırtıldayan quruluşunu uzun müddət qorumağa kömək edir. xəbər verir ki, duzlu xiyarlar bank
8 noyabrRomanovların əfsanəvi sapfiri rekord qiymətə satıldı
Bir vaxtlar Rusiya İmperiyasının kral zinət əşyaları kolleksiyasına daxil olan nəhəng sapfirin yerləşdiyi nadir bilərzik İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda gözləntiləri iki dəfədən çox üstələyərək 4,9 milyon dollara alıcı tapıb. "Qafqazinfo" xəbər verir ki, "Sotheby's"
14 noyabrBu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər
2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ
12 noyabrQadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB
Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay
15 noyabrGöbələkləri bişirməzdən əvvəl yumaq lazımdırmı?
Göbələklərin hazırlanması zamanı ən çox mübahisə doğuran məsələlərdən biri onların yuyulmasıdır. Bəzi insanlar göbələkləri suya salmağın onların dadını dəyişdirdiyini düşünür, digərləri isə bişirməzdən əvvəl mütləq yuyulmasını vacib hesab edir. Göbələklərin səthində torpaq və digər çirkləndiricilər qal
12 noyabr