Azərbaycan qazının Suriyaya nəqli başlandı

Azərbaycan qazının Suriyaya nəqli başlandıBu gün Türkiyənin Kilis şəhərinin Yavuzlu kəndində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlini təmin edəcək Türkiyə-Suriya təbii qaz boru kəmərinin rəsmi açılış mərasimi keçirilib.

Sonxeber.az "Report"a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Qətər İnkişaf Fondunun rəhbəri Fəhad Həmad Həssan Əl-Sulaiti (Fahad Hamad Hassan Al-Sulaiti) və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir iştirak ediblər.

Nazirlərin çıxışlarından sonra rəsmi şəxslərin iştirakı ilə səhnədə simvolik olaraq quraşdırılmış boru kəmərinin klapanı çevrilib və bununla da Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına rəsmi olaraq start verilib.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya hökuməti arasında bu yaxınlarda imzalanmış sənədə əsasən, təbii qazın nəqli üçün bütün texniki hazırlıqlar tamamlanıb. Layihənin ilk mərhələsində Suriyaya ildə 1.2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılacaq və elektrik enerjisi istehsalında istifadə olunacaq. Bu proses nəticəsində 1 200-1 300 meqavatlıq elektrik istehsalı gücünə nail olunması nəzərdə tutulur.

Yeni enerji xəttinin istifadəyə verilməsi Suriyanın enerji infrastrukturunun bərpası baxımından mühüm addım hesab olunur. Belə ki, Azərbaycandan gələn təbii qazın Suriyanın zədələnmiş elektrik infrastrukturunun bərpasına, eyni zamanda, Türkiyənin regional enerji mərkəzinə çevrilməsi hədəfinə də ciddi töhfə verməyi məqsəd qoyur.

Xatırladaq ki, cari il iyulun 12-də Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəri çərçivəsində SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalayıblar.

09:04

Avqustun 2-dən etibarən Azərbaycandan Türkiyəyə gələn təbii qaz Kilisdən Suriyaya ötürüləcək.

Oxu.Az xəbər verir ki, bu marşrutla qaz tədarükü sayəsində hazırda Suriyada istehsal olunan elektrik miqdarı təxminən iki dəfə artacaq.

Xatırladaq ki, ötən ilin dekabrında Suriyada baş verən dövlət çevrilişindən sonra yeni hökumət Türkiyə ilə əlaqə qurub. Türkiyə hökuməti digər sahələrdə əlaqələri inkişaf etdirməklə yanaşı, enerji infrastrukturunun dirçəldilməsini üzərinə götürüb.

Suriyanın yeni hökuməti Azərbaycanla da diplomatik əlaqələri bərpa edib. Prezident İlham Əliyevin aprelin 11-də Antalyada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şaraa ilə görüşü olub. Bundan sonra Bakı Ankarayla birlikdə Suriyanın postmünaqişə dövründə bərpa və inkişafına töhfə verməyə hazır olduğunu bəyan edib və öz dəstəyini əsirgəməyib. Mayın 4-də isə Prezident İlham Əliyevin tapşırığı ilə baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Suriyada səfərdə olub. Səfər Suriyanın bərpasına, inkişafına dəstək və bu ölkənin hazırkı keçid hökuməti ilə müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq imkanlarını araşdırmaq məqsədi daşıyıb. İyulun 12-də isə Bakıda İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti Əhməd Əş-Şaara ilə geniş tərkibdə görüşü olub.

Razılaşmaların nəticəsi olaraq iyulun 30-da Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Suriyaya təbii qaz ixracında Türkiyənin Azərbaycan və Qətərlə əməkdaşlıq edəcəyini açıqlayıb.

Qeyd edək ki, gündəlik 6 milyon kubmetr ötürmə qabiliyyətinə malik Kilis-Hələb qaz xəttinin təmiri bu il mayın 21-də başa çatıb. Xəttin ötürmə qabiliyyəti ildə 2 milyard kubmetrə çata bilər.

Tədarük Hələbdəki təbii qaz stansiyasında elektrik istehsalı məqsədilə istifadə olunacaq və təxminən 1200 meqavat elektrikə çevriləcək. Beləliklə, hazırda Suriyada istehsal olunan elektrik miqdarı təxminən iki dəfə artacaq. Suriyada gündə 3-4 saat davam edən elektrik təchizatı bu dəstəklə 10 saata qədər çıxmış olacaq.

Elektrik dəstəyi yalnız təbii qazla məhdudlaşmır. Türkiyə Suriyanın şimalına elektrik ixracatını da artırmağı planlaşdırır. Mövcud xətlərlə 280 meqavat elektrik Suriyaya göndəriləcək.

Keçmişdə istifadə olunan Birecik-Hələb elektrik xətti də yenidən istifadəyə veriləcək. Təxminən 500 meqavat tutumlu bu xəttin də tamamlanması ilə, ümumilikdə, 900 meqavatlıq elektrik ixracatı mümkün olacaq. Beləliklə, təxminən 1 milyon 600 min evin elektrik ehtiyacı qarşılanacaq.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1457   Tarix: 02 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan İtaliyaya birbaşa investisiya qoyuluşunu 310 dəfə artırıb

Bu ilin I yarısında Azərbaycandan xaricə yönəldilmiş 5 milyard 0,4 milyon ABŞ dolları birbaşa investisiyanın 3 milyard 245,6 milyon ABŞ dolları İtaliyanın payına düşüb. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 309,4 dəfə çoxdur. Yanvar-iyu

15 sentyabr
.

ASCO-nun mənfəəti 38 dəfə artıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) bu ilin I yarısını 23,386 milyon manat mənfəətlə başa vurub. səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,85 dəfə çoxdur. Yanvar-iyun aylarında ASCO-nun əməliyyat gəlirləri 256,42

4 sentyabr
.

Sahil Babayevə müşavir təyin edildi

Maliyyə naziri Sahil Babayevə yeni müşavir təyin olunub. Qaynarinfo xəbər verir ki, bu barədə yeni müşavir Rəşad Həsənov özü məlumat paylaşıb. O qeyd edib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb. "Dövlət qulluğunda peşəkar fəaliyyətim

14 sentyabr
.

Qeyri-neft-qaz sektorunda ÜDM istehsalı artıb

Bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında istehsal olunan ümumi daxili məhsulun (ÜDM) həcmi 87 709,5 milyon manat təşkil edərək ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlav

9 sentyabr
.

Naxçıvanda qadın sahibkarlar 1,4 milyon manatdan artıq güzəştli kredit alıb

İndiyə qədər Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu qadın sahibkarların layihələrinin maliyyələşdirilməsə 1,4 milyon manatdan çox güzəştli kredit ayırıb. "Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvanın iqtisadiyyat naziri Kazım Hüseynəliye

18 sentyabr
.

Azərbaycan diri heyvan ixracından gəlirini 45 dəfəyədək artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 12,6 milyon dollar dəyərində diri heyvan ixrac edib. bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,7 dəfə çoxdur

14 sentyabr
.

Azərbaycanın 8 ayda metanol istehsalının həcmi açıqlanıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 223,2 min ton həcmində metanol (metil spirit) istehsal olunub. -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 29,8 % azdır. Bu ilin sentyabrın 1-nə 37 min ton hazır məhsul qalığı yaranıb. Qeyd edə

17 sentyabr
.

Brent markalı neftin qiyməti 105,7 dollar/barelə düşdü

Neft qiymətləri, əvvəlki gün Yaxın Şərqdən yanacaq tədarükündəki fasilələrlə bağlı narahatlıqların azalması ilə əlaqədar əhəmiyyətli bir düşmədən sonra, cümə axşamı səhəri orta dərəcədə düşür. xəbər verir ki, Londondakı ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,14 dolla

17 sentyabr
.

SOCAR ilk dəfə İtaliyadan Gürcüstana 5 min ton benzin idxal edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə müəssisəsi olan "SOCAR Georgia Petroleum" SOCAR Qrupunun tərkibinə daxil edilmiş "Italiana Petroli" şirkətindən həmin ölkəyə 5 min ton həcmində yüksək keyfiyyətli benzin idxal edib. "Report"un Gürcüstan büros

4 sentyabr