İsti havada soyuq dondurmanın zərərləri

İsti havada soyuq dondurmanın zərərləriAz şəkərli, qatqısız, süni rəngləndirici və aromatizatorsuz dondurmalar uşaqlar üçün daha təhlükəsizdir. Həmçinin bəzi uşaqlarda laktoza həssaslığı ola bilər. Bu hallarda laktozasız dondurmalar daha uyğun seçim sayılır.

Yay aylarında insanların ən çox istehlak etdiyi məhsullardan biri də dondurmadır. Xüsusilə, isti havalarda insanların sərinləmək üçün ilk seçimi bu qida olur. Lakin dondurma seçərkən yalnız dadına deyil, tərkibinə, saxlanma şəraitinə və gigiyenik qaydalara da xüsusi diqqət yetirilməlidir.

Oxu.Az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

"Bu, məhsulun keyfiyyətini pozur"

"Refresh Group" MMC-nin Qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən baş icraçı direktoru Seymur Qafarov açıqlamasında yay aylarında dondurma istehlakı zamanı sağlamlıq baxımından diqqət olunmalı məqamlara toxunub. Mütəxəssis vurğulayıb ki, dondurma alarkən onun "soyuq zəncir" şəraitində saxlanılıb-saxlanılmadığına xüsusi diqqət yetirilməlidir:

"Dondurma heç vaxt əriməməli və sonradan yenidən dondurulmamalıdır. Bu hal məhsulun keyfiyyətini və təhlükəsizliyini ciddi şəkildə poza bilər. Eyni zamanda, məhsulun üzərindəki etiketlər tam, aydın və oxunaqlı olmalı, tərkibi, istehsal və son istifadə tarixi, saxlanma şəraiti kimi məlumatlar diqqətlə yoxlanılmalıdır. Gigiyenik olmayan şəraitdə satılan dondurmalardan mütləq uzaq durmaq lazımdır".

Saxlanma şəraitində hansı risklər mövcuddur?

Mütəxəssis vurğulayır ki, dondurmanın tərkibindəki transyağlara və "E" kodlara (Qida məhsullarında istifadə olunan qida əlavələrini təyin etmək üçün Avropa Birliyi tərəfindən verilən bir koddur. Bu kodlar hər bir qida əlavəsinin təhlükəsizliyinin təsdiqləndiyini bildirir) qarşı diqqətli olunmalıdır:

"Həmçinin körpələr üçün süni qatqılar, stabilizatorlardan istifadə olunaraq ərsəyə gələn məhsullardan uzaq durulmasında fayda vardır. Bu cür məhsulların daxilində yüksək şəkərin olması sağlamlıq üçün risklidir. Bir digər risk faktoru isə məhsulun düzgün temperaturda saxlanmamasıdır. Dondurma mütləq -18°C temperaturdan aşağı şəraitdə saxlanılmalıdır. Əks halda, məhsulun tərkibi pozula, mikroorqanizmlərin inkişafı üçün əlverişli şərait yarana bilər ki, bu da sağlamlıq üçün təhlükəlidir".

"Ürək-damar xəstəlikləri riskini artırır"

Qida mütəxəssisi bildirir ki, tərkibində transyağlar olan dondurmalar təhlükə mənbəyidir:

"Transyağlar və süni qatqılar ürək-damar xəstəlikləri riskini artırır, immun sisteminə mənfi təsir edir, allergik reaksiyalara səbəb ola və uzunmüddətli istifadədə müxtəlif xroniki xəstəliklərə zəmin yarada bilər. Bu maddələr uşaqların sağlam inkişafına da mənfi təsir göstərə bilər. Əsl dondurma, əsasən təbii komponentlərdən - süd, qaymaq, şəkər kimi maddələrdən hazırlanır. Dondurulmuş desert isə bu əsas inqrediyentlərlə yanaşı, bir sıra digər qatqı maddələrini özündə ehtiva edir".

Uşaqlar üçün təhlükəsiz dondurma hansıdır?

Uşaqlar üçün hansı növ dondurmaların uyğun olduğu barədə danışan həmsöhbət qeyd edib ki, meyvə püresi, süd və qatıq əsaslı dondurmalar daha münasib seçimdir:

"Az şəkərli, qatqısız, süni rəngləndirici və aromatizatorsuz dondurmalar uşaqlar üçün daha təhlükəsizdir. Həmçinin bəzi uşaqlarda laktoza həssaslığı ola bilər. Bu hallarda laktozasız dondurmalar daha uyğun seçim sayılır".

Dondurulmuş paketli məhsullar mikrob mənbəyidir?

Adətən uşaqlıqda yediyimiz, küçə kənarlarında, səyyar maşınlarda satılan açıq dondurmaların mikrob daşıyıcısı olduğu düşünülürdü. Amma türk professor Ahmet Rasim Küçükusta mikroblarla bağlı iddialara əks-arqumentlə cavab verib. O qeyd edib ki, ən böyük mikrob mənbəyi dondurulmuş paketli məhsullardır. O, bəzi xarici ölkələrdə dondurulmuş fastfud tipli məhsulların geri çağırıldığını bildirib:

"Emal olunmuş un, şəkər, transyağlar və əlavə maddələrlə hazırlanan "mühəndislik məhsulu" paketlənmiş dondurmalar və digər qidalar xroniki xəstəliklərin əsas səbəblərindəndir".

Adı şirin olsa da...

Diyetoloq Esra Kula da deyib ki, dondurmanın adı şirin olsa da, hər dondurma sağlam deyil:

"Bəzi paketli dondurmaların tərkibində real süd və təbii şəkər olmadığı üçün həm sağlamlığa zərərlidir, həm də çəki artımına səbəb olur. Bu dondurmalardansa, evdə hazırlanan alternativ qidalar daha faydalıdır. Qatıq, yulaf və təbii meyvələrlə hazırlanmış ev dondurmaları daha sağlamdır. Hətta bu dondurmalar klassik dondurma dadına tam uyğun gəlməsə də, uşaqlara və kilo vermək istəyən böyüklərə soyuq və faydalı qəlyanaltı kimi təqdim edilə bilər".

Hipotermiya, sinir reseptorlarının qıcıqlanması...

Bəzi mütəxəssislər isə hesab edirlər ki, isti havalarda dondurma yemək təhlükəlidir. Bioloq Aleksandr Sozıkin bildirib ki, isti havada çox soyuq dondurma qəbul etmək ağız boşluğundakı selikli qişanın lokal soyumasına, yəni hipotermiyaya səbəb olur. Bu da immun hüceyrələrinin fəaliyyətini zəiflədir:

"Normalda ağız boşluğunda olan mikroblar immun sistem tərəfindən nəzarətdə saxlanılır. Amma müdafiə zəiflədikdə bu mikroorqanizmlər sürətlə artır və müxtəlif infeksiyalara yol aça bilər. Nəticədə boğazda ağrı, şişkinlik və virus xəstəlikləri ortaya çıxır. Bu səbəbdən mütəxəssislər isti havalarda dondurmanı birdən-birə çox soyuq halda yeməməyi tövsiyə edirlər".

Bioloqun sözlərinə görə, çox isti havada dondurma yeməyin başqa bir mənfi təsiri də sinir reseptorlarının qıcıqlanmasıdır:

"Bədən yüksək temperaturda olanda ağız boşluğunun, xüsusilə damağın qəfil soyuması beyin damarlarında spazmaya səbəb ola bilər. Bu isə öz növbəsində qəfil və şiddətli baş ağrısı ilə nəticələnə bilər".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 593   Tarix: 09 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Bermud üçbucağı"nda batmış şəhərin izləri tapılıb

Kuba və Haiti yaxınlığındakı "Bermud üçbucağı"nda dəniz dibinin xəritələrində batmış şəhərin mümkün izləri tapılıb. -ın xəbərinə görə, bu barədə britaniyalı ufoloq Skott Uorinq "Daily Mail" nəşrinə müsahibəsində danışıb. Ekspertin sözlərinə görə, izlər dünya okeanı xəritəsinin yaradılmasın

9 sentyabr
.

Problemlərinizi süni intellektlə uzun müddət müzakirə edirsinizsə... - Psixiatr riskləri sadaladı

Süni intellektdən mütəmadi istifadə bəzi insan kateqoriyaları üçün mənfi nəticələrə səbəb ola bilər. xəbər verir ki, bu barədə rusiyalı həkim-psixiatr, narkoloq Ruslan İsayev RT-yə müsahibəsində bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, risk qrupuna depressiyaya, təşvişə və ya sosial izolyasiyaya meyill

11 sentyabr
.

İnfarktdan qısa müddət əvvəl hansı əlamətlər peyda olur?

"İnfarktın bəzi əlamətləri infarkt baş verməzdən bir neçə gün əvvəl və hətta bir neçə həftə əvvəl ortaya çıxa bilər". -ya istinadən xəbər verir ki, amerikalı kardioloqlar Abhi Kandelval və Rocer Blumental infarktın bu erkən simptomları barədə xəbərdarlıq ediblər. Əsas xəbərdarlıq siqnallarında

9 sentyabr
.

Mətbəxdə ən çox elektrik "yeyən" cihaz

Hansı məişət cihazı elektrik enerjisi hesabını nəzərəçarpacaq dərəcədə artıra bilər? Məlum olub ki, söhbət yalnız soyuducu və ya mikrodalğalı sobadan getmir. xarici mediaya istinadən xəbər verir ki, soyuducu sutka ərzində fasiləsiz işləyir, paltaryuyan maşın mütəmadi istifadə olunur, soba isə həftəd

10 sentyabr
.

Teleaparıcı kral oldu: Uqandada qeyri-adi hadisə

Uqanda Dövlət Yayımları Korporasiyasının (UBC) məşhur aparıcısı, şahzadə Edvard Rukidi Kidzananqoma ölkə ərazisində yerləşən Toro krallığının yeni hökmdarı elan edilib. bu barədə "Africanews" telekanalına istinadən xəbər verir. Teleaparıcı Toro Vərəsəlik Komitəsinin qərarı ilə kral olub. O

11 sentyabr
.

Mətbəx çanağına sirkə püskürtsəniz nə baş verər? - SADƏ ÜSUL

Mətbəx çanağı hər gün yağ, qida qalıqları və su ilə təmasda olur. Buna görə də mütəmadi yuyulmasına baxmayaraq, onun üzərində ləkələr, ərp və xoşagəlməz qoxu yarana bilər. Məlum olub ki, hərtərəfli təmizlik üçün həmişə məişət kimyəvi vasitələrinə ehtiyac yoxdur. Adi sirkə də bu işdə kömək edə bilər

13 sentyabr
.

Səhər yorğun oyanırsınızsa, səbəb gecə etdiyiniz bu səhvdir

Səhər kifayət qədər yatmağınıza baxmayaraq özünüzü yorğun hiss edirsinizsə, bunun səbəbi gecə yatmazdan əvvəl etdiyiniz bəzi vərdişlər ola bilər. xəbər verir ki, yuxu mütəxəssislərinin fikrincə, yatmazdan əvvəl uzun müddət telefon, planşet və ya kompüter ekranına baxmaq yuxunun keyfiyyətinə mənfi təsi

12 sentyabr
.

Bəzi tərəvəzlərin ürək üçün faydaları - Mütəxəssisdən məsləhət

"Yaşılyarpaqlı tərəvəzlərin müntəzəm istehlakı ürək xəstəliklərinin yaranması riskini təxminən 11%, ürək-damar xəstəliklərindən ölüm ehtimalını isə təxminən 21% azaldır". -ın xəbərinə görə, bu barədə rusiyalı professor Oleq Medvedev -ya müsahibəsində danışıb. Oleq Medvedevin sözlərinə görə

10 sentyabr
.

Xəstələnəndə toyuq şorbası yemək həqiqətən faydalıdırmı? Dietoloqların CAVABI

Özünüzü pis hiss etdiyiniz zaman bir kasa isti toyuq şorbası vəziyyətinizi yüngülləşdirə bilər. Bulyon orqanizmdə maye ehtiyatını bərpa etməyə kömək edir, istilik burun tutulmasını azalda bilər, bəzi inqrediyentlər isə orqanizmi faydalı qida maddələri ilə təmin edir. xarici mediaya istinadən xəbər veri

10 sentyabr