Elektrikli avtomobil almazdan əvvəl nəyi bilməlisiniz? Vacib MƏSLƏHƏTLƏR
Sürücülük təlimatçısı Xloya Miller-Eyrd ilk elektrik avtomobilini almadan əvvəl bilmək istədiyiniz bir neçə şeyi açıqlayıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, qadın xüsusən də TikTok videosunda avtomobilin əvvəllər bilmədiyi xüsusiyyətlərini paylaşıb.
"Axırıncı avtomobilimi dəyişməzdən əvvəl çox araşdırma aparmağa vaxtım yox idi və ehtiyaclarımı qarşılayan yeganə seçim tam elektrik avtomobili idi. Mən əvvəllər eyni hibrid avtomobili sürmüşdüm. Fərqin bu qədər böyük ola biləcəyini düşünmürdüm və rəqəmlər olduqca məntiqli idi. Seçdiyim üçün peşman deyiləm, amma kaş ki, bu barədə əvvəlcədən xəbərdar olaydım", - Miller Eyrd deyib.
Təlimatçı avtomobil parkının enerji doldurma məntəqəsində video çəkib. O, vurğulayıb ki, stansiyada "300 kVt-a qədər" göstərilsə də, əslində bu, həmişə belə deyil.
"Bu o demək deyil ki, siz 300 kilovat doldurma əldə edəcəksiniz. Baxmayaraq ki, burada yazılsa da, bəzən sadəcə 24 kilovat əldə edəcəksiniz. Səbəb odur ki, akkumulyator 80 faizə çatanda batareyanı qorumaq üçün doldurma sürəti əhəmiyyətli dərəcədə yavaşlayır. Ancaq bundan əvvəl də 300 almayacaqsınız, çünki hər istehsalçı şarj sürətinə məhdudiyyətlər qoyur".
Təlimatçı sonra əlavə edbi ki, o, heç vaxt bilmirdi ki, batareyanın uzunömürlülüyünü qorumaq üçün onun tutumunun yalnız 80 faizdən istifadə etməyə dəyər.
"Bu o deməkdir ki, əgər sizin avtomobiliniz 280 mil (450 kilometr – red.) məsafə qət edirsə, siz real olaraq bu məsafənin 80 faizindən istifadə edəcəyinizi gözləmək olar", - ekspert qeyd edib.
Xloya belə qənaətə gəlib ki, ev şarj cihazları "çox bahadır" və quraşdırılması 1000 dollardan çox başa gələ bilər. Onlar olmadan, o deyir ki, "olduqca bahalı" olan ictimai şarj cihazlarından istifadə etməlisiniz.
Müsbət tərəfini də deyir:
"Ancaq diqqətlə sürsəniz, əslində iddia ediləndən daha çox yürüş əldə edirsiniz".
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 828 Tarix: 09 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yatarkən daha çox kalori yandırmağın sirri açıqlandı
Əzələ kütləsinin artırılması yuxu zamanı enerjinin daha çox sərf edilməsinə kömək edə bilər. xəbər verir ki, bunu psixiatr və somnoloq Aleks Dimitriu "Men's Health" nəşrinə açıqlamasında bildirib. Mütəxəssisin sözlərinə görə, yuxu zamanı bədən kalori yandırmağa davam edir - bu göstəric
17 sentyabrAyaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Xüsusilə uzun müddət geynilən idman ayaqqabılarında yaranan xoşagəlməz qoxu ayaqqabı çıxarıldıqdan sonra belə günlərlə qala bilir. Qoxunu maskalamaq üçün ətirıi məhsullar istifadə etmək əvəzinə, ayaqqabının içinə bir xörək qaşığı soda tökərək gecə boyu gözlətmək nəm və pis qoxunu azaldır. xəbər veri
19 sentyabrAyla bağlı yeni kəşf: Alimləri təəccübləndirən an
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi 2024-cü ildə yaranan və diametri 22 metr olan yeni krater kəşf edib. xəbər verir ki, bu bu barədə ABŞ aerokosmik agentliyi məlumat yayıb. Bildirilib ki, "Science Advances" elmi jurnalının mütəxəssisləri bu tapıntını Günəş sistemində indiyədə
17 sentyabrStüardessalardan XƏBƏRDARLIQ: hətta isti havada da təyyarədə bunu geyinməyin
İlk baxışdan şort isti havada uçuş üçün rahat seçim kimi görünür. Lakin stüardessaların sözlərinə görə, açıq qalan dəri uçuşlar arasında düşündüyümüz qədər yaxşı təmizlənməyən səthlərlə təmasda ola bilər. xarici mediaya istinadən xəbər verir ki,istifadəçilər orta oturacaqda şortla əyləşdiyini, hər ik
21 sentyabrBeyninin yarısı insan toxumasından ibarət siçanlar yetişdirildi
ABŞ-da alimlər insan beyin hüceyrələrini siçanların beyninə köçürərək insan toxumasının üstünlük təşkil etdiyi yeni model yaradıblar. xəbər verir ki, Stanford Universitetinin tədqiqatçıları insan beyninin inkişafını və nevroloji xəstəliklərin mexanizmlərini araşdırmaq məqsədilə genetik modifikasiya edilmi
19 sentyabrHündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqabı geyinərkən bədənin ağırlıq mərkəzi önə doğru dəyişir. Bu zaman tarazlığı qoruma
20 sentyabrBu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB
Ev bitkiləri otağa gözəllik qatsa da, bəzi hallarda həşəratlar üçün gizlənəcək yerə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə yatağın yaxınlığında saxlanılan sıx yarpaqlı bitkilər taxtabitləri üçün əlavə sığınacaq yarada bilər. Mütəxəssislər bildirirlər ki, taxtabitləri bitkilərl
20 sentyabr