Açıq gözlə asqırmaq mümkündür? – alimlər məşhur mifi təkzib etdi

Açıq gözlə asqırmaq mümkündür? – alimlər məşhur mifi təkzib etdiGeniş yayılmış inancın əksinə olaraq, açıq gözlə asqırmaq tamamilə mümkündür və gözləriniz yerindən "çıxmayacaq". Həkimlərin izahına görə, asqırarkən gözlərin bağlanması bakteriya və çirklənmədən qoruyan avtomatik refleksdir.

Lent.az bununla bağlı məlumatları təqdim edir:

Açıq gözlə asqırmaq tam mümkündür. Sadəcə olaraq, gözlərin bağlanması şüurdan asılı olmayan avtomatik refleksdir. Əgər bu refleksi qəsdən dayandırmağı bacarsanız, narahat olmağa əsas yoxdur. Gözləriniz orbitadan çıxmayacaq. Qastonun sözlərinə görə, bunun mümkün olması həmin refleksin birmənalı şəkildə məcburi olmadığını göstərir.

Asqırmaq orqanizmin burun keçidlərini qıcıqlandırıcı maddələrdən (viruslar, allergenlər, kimyəvi maddələr) təmizləmək üçün ağciyərlərdən burun və ağız yolu ilə havanı kəskin şəkildə xaric etməsidir. Purdue Universitetindən klinik müəllim Meq Sorq bildirir ki, bu, seliyi çıxarmağa və yad hissəciklərin tənəffüs yollarına düşməsinin qarşısını almağa kömək edən qoruyucu mexanizmdir. Asqırmaya həm də bəzi qeyri-adi səbəblər qara bibərin tərkibindəki piperin, acı bibərdəki kapsaisin kimi maddələr, eləcə də "fotosenoz" deyilən, parlaq işığın asqırmanı tetiklə­diyi refleks səbəb ola bilər. İnsanların əksəriyyəti asqırarkən gözlərini avtomatik bağlayır. Bunun səbəbi dəqiq məlum olmasa da, doktor Qaston bunun gözləri bakteriya və çirklənmədən qoruma funksiyası daşıya biləcəyini deyir. Texniki olaraq bu refleksə qarşı çıxıb açıq gözlə asqırmaq mümkündür. Lakin gözlərin "çıxması" ilə bağlı iddialar əsassızdır, elmi sübut yoxdur. Asqırma zamanı yaranan təzyiq göz bəbəyinin çıxmasına səbəb olacaq qədər güclü deyil.

Təzyiq əsasən qan damarlarında yüksəlir, gözün özündə və ətraf əzələlərdə isə bu səviyyəyə çatmır. Bəzən həddindən artıq gərginlik kapilyarların partlamasına, göz və üzdə qızartı və ya göyərməyə səbəb ola bilər. Amma bu, gözlərin orbitadan çıxması demək deyil. Hətta açıq gözlə asqırsanız belə.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 734   Tarix: 10 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10 noyabr
.

Telefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...

Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə

14 noyabr
.

5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?

Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama

8 noyabr
.

Dünyada sahili olmayan yeganə dəniz

Yer kürəsində sahili və limanı olmayan yeganə dəniz mövcuddur. Atlantik okeanının daxilində yerləşən Sarqasso dənizinin sərhədlərini quru sahələri deyil, dörd güclü okean axını formalaşdırır. -a istinadən bildirir ki, bu qeyri-adi dəniz Floridadan təxminən 950 kilometr şərqdə yerləşir. Ona ən yaxın qur

14 noyabr
.

Qadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB

Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay

15 noyabr
.

Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı

İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak

7 noyabr
.

"Powerbank"dakı gizli düymə nə üçündür?

Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri

15 noyabr
.

Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?

İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona

8 noyabr
.

Göbələkləri bişirməzdən əvvəl yumaq lazımdırmı?

Göbələklərin hazırlanması zamanı ən çox mübahisə doğuran məsələlərdən biri onların yuyulmasıdır. Bəzi insanlar göbələkləri suya salmağın onların dadını dəyişdirdiyini düşünür, digərləri isə bişirməzdən əvvəl mütləq yuyulmasını vacib hesab edir. Göbələklərin səthində torpaq və digər çirkləndiricilər qal

12 noyabr