Stiletto geyinirsiniz? - Hansı ölçü və forma idealdır
Qadınlara 3-5 santimetrdən çox olmayan hündürlükdə dikdaban ayaqqabı geyinmək tövsiyə olunur. Həddindən artıq hündür dikdabanlar duruş pozuntularına, bel ağrılarına və oynaq problemlərinə səbəb ola bilər.
Lent.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Dikdaban geyinmək hansı problemlərə yol açır?
Ortoped və cərrah Eboni Vinsent-Slit qeyd edib ki, dikdaban ayaqqabılar qadınlarda ayaq ağrılarının ən çox rast gəlinən səbəblərindən biridir:
"Mən müntəzəm olaraq nevrinomalardan, bursitdən, çəkic barmaq sindromundan, stres sınıqlarından və artritin erkən mərhələlərindən əziyyət çəkən pasiyentləri müalicə edirəm. Bu problemlərin səbəbi ya birbaşa olaraq, ya da dolayı yolla uzun müddət dikdaban ayaqqabı geyinməkdir".
Ən çox zərər bir dəfəlik dikdaban geyinməkdən deyil, illərlə dəbli, lakin rahat olmayan ayaqqabıların yığılmış təsirindən qaynaqlanır.
İdeal topuq hündürlüyü nə qədər olmalıdır?
Həkimin sözlərinə görə, topuğun hündürlüyü 5 sm-dən çox olmamalıdır. Bu hündürlük sübutlara əsaslanan tədqiqatlarla təsdiqlənib.
Belə ki, 5 sm-dən hündür ayaqqabı geyinmək ayağın ön hissəsinə düşən təzyiqi düzdaban ayaqqabılarla müqayisədə 76% artırır. Bu isə zamanla xroniki ağrılar və zədələrə gətirib çıxarır.
Ayaqqabının strukturu və dəstəyi də topuq qədər vacibdir. 5 sm-dən alçaq topuqlu modelləri seçərkən burun hissəsinin geniş olmasına diqqət edin.
İti burunlu ayaqqabılardan uzaq durmaq lazımdır. Onlar bursitə və sinirlərin sıxılmasına səbəb ola bilər.
Ayaqları dəstəkləyən ayaqqabı modelləri
Podoloq Merion Yau Harley bir neçə uyğun model tövsiyə edib:
Platformalı topuqlar – həm daban, həm də ayağın ön hissəsini qaldırdığı üçün ayağın meyilli vəziyyəti azalır və nəticədə daha az gərginlik yaranır. Daha sabitdir.
Geniş blok topuqlar və platforma ayaqqabılar (tanqetka) – şpilka ilə müqayisədə sabitliyi artırır və ayağa düşən təzyiqi azaldır.
Kəmərli və möhkəm bağlanan modellər – xüsusilə ayağın ön hissəsində və topuq ətrafında qalın kəməri olan modellər sürüşmənin qarşısını alır.
Açıq burunlu modellər – barmaqların sıxılmamasına imkan verir və ağrı ehtimalını azaldır.
Ayaqları dikdaban geyinməyə necə hazırlamaq olar?
Mütəxəssislər yeni ayaqqabını tədbirə çox yaxın zamanda almağı tövsiyə etmirlər. Yeni ayaqqabını tədricən geyinmək və əvvəlcə evdə "açmaq" vacibdir. Əgər tez-tez dikdaban geyinirsinizsə, nazik ortopedik içliklər almaq faydalı ola bilər. Bu, rahatlığı və dəstəyi artırır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 720 Tarix: 10 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Alatoranlıq" serial olur
"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"
10 noyabrTelefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...
Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə
14 noyabr5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?
Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama
8 noyabrDünyada sahili olmayan yeganə dəniz
Yer kürəsində sahili və limanı olmayan yeganə dəniz mövcuddur. Atlantik okeanının daxilində yerləşən Sarqasso dənizinin sərhədlərini quru sahələri deyil, dörd güclü okean axını formalaşdırır. -a istinadən bildirir ki, bu qeyri-adi dəniz Floridadan təxminən 950 kilometr şərqdə yerləşir. Ona ən yaxın qur
14 noyabrQadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB
Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay
15 noyabrSatın aldığı qırıq çaydan ona sərvət qazandırdı
İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak
7 noyabr"Powerbank"dakı gizli düymə nə üçündür?
Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri
15 noyabrSahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?
İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona
8 noyabrGöbələkləri bişirməzdən əvvəl yumaq lazımdırmı?
Göbələklərin hazırlanması zamanı ən çox mübahisə doğuran məsələlərdən biri onların yuyulmasıdır. Bəzi insanlar göbələkləri suya salmağın onların dadını dəyişdirdiyini düşünür, digərləri isə bişirməzdən əvvəl mütləq yuyulmasını vacib hesab edir. Göbələklərin səthində torpaq və digər çirkləndiricilər qal
12 noyabr